Ölənlər geri qayıdacaq

Ölənlər geri qayıdacaq
11 iyul 2013
# 07:45

“The Times” qəzetinin yazdığına görə Nyu-Yorkun City Universitetinin nəzəri fizika üzrə professoru Miçio Kaku 2030-cu ilə kimi bir neçə vacib yeniliyin olacağını qeyd edib.

- Həmin müddətə kimi insan orqanizminin müxtəlif hissələrinin sərbəst satışda olacağı güman edilir. Artıq bu gün elmin uğurları nəticəsində sümük, qulaq, burun, dəri, qığırdaq, ürək qapaqları və s. insan orqanlarını yaratmaq imkanı var.

- 2030-cu ildə internetlə birbaşa təmas yaradan, ona daxil ola bilən kontakt linzalar meydana gələcək. Hazırda belə bir qurğunun oxşarı üzərində Vaşinqton Universitetinin professoru Babək Pərviz işləyir. Kakunun sözlərinə görə, təsvir “gözlərin qabağında” yarımşəffaf, görməyə mane olmayan işıq diodlarının köməyi ilə formalaşacaq. Qurğu eyni zamanda xarici dillərdən avtomatik tərcüməni həyata keçirəcək.

- Belə bir ehtimal var ki, 2070-ci ilə kimi ölən canlıların həyata qaytarılması mümkün olacaq. Mütəxəssislər bir canlının ölümündən 25 il sonra onun qalıqlarından götürdükləri DNK nümunələrinə əsasən heyvanı klonlaşdıra biliblər. Hazırda neandertal genlərinin şifrəsi açılıb, elmi mühitdə bu növün yenidən bərpasının perspektivləri haqda söhbətlər aparılır. “Advanced Cell Technology korporosiyasının” əməkdaşı Robert Linza deyir: “Düşünürəm ki, bu o halda mümkün ola bilər ki, bizdə genetik manipulyasiya üçün vasitələr olsun. Nəzəri baximdan bu cür vasitələr gec-tez meydana gələcək. Amma əsas məsələ başqadır: bunu etmək lazımdırmı?”

- 2070-ci ildə insanın qocalmasını ləngidən texnologiyalar yaranacaq. Heyvan və həşəratlar üzərindəki eksperimentlər göstərir ki, ömrün uzanmasını kalorinin 30 faizə qədər məhdudlaşması ilə təmin etmək olar.

- 2100-ci ildə alimlərin “proqramlaşdırılmış materiya” arzusu gerçəkləşə bilər, bu vasitəylə “Terminator-2” filmində olduğu kimi predmetlərin ümumi görüntüsünü dəyişmək imkanı yaranacaq. Artıq bunun üçün xüsusi mikroçiplər yaradılıb.

- Alimlər ümid edir ki, XXII əsrin əvvəlində ulduzlara səyahət edən kosmik gəmi yaranacaq. İxtira edildiyi ilk vaxtlarda gəmilərin kiçik, amma sürətli olması ehtimal edilir.

- Həmin vaxt insanlıq xərçəngə də qalib gələ bilər. Bu diaqnostikada kəşflərin gözlənilməsi ilə bağlıdır. Əgər kəşf baş versə, xərçəng erkən mərhələdə aşkar olunacaq.

- Massaçuset Texnologiyalar İnstitutunun eksperti Rodni Bruks 2100-cü ildə robotlarla insanların birləşməsini güman edir: "50 ildən sonra biz genetik modifikasiyanın köməkliyi ilə insan bədəninə radikal dəyişikliklərin gətirilməsinin şahidi ola bilərik. Biz daha Darvinin təkamül nəzəriyyəsi ilə məhdudlaşmayacağıq. 2100-cü ilə kimi gündəlik həyatımıza ağıllı robotlar daxil olacaq. Özümüz də güman ki, qismən robot çevriləcəyik və onlarla sıx bağlı olacağıq”.

- Təxminən həmin vaxt kosmik liftin yaradılacaq və kosmik turizmə yol açılacaq. Güman edilir ki, bu səyahətdən orta statistik insanlar da istifadə edə biləcək.

# 5421 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər