Boşananlara məsləhətlər və təsəllilər

Boşananlara məsləhətlər və təsəllilər
27 fevral 2013
# 08:30

Boşanma müddətində vəkil, şahid, məhkəmə, maddi sıxıntılar, evdən köçmək kimi problemlərə başı qarışan dostunuz, sizdən nə gözləyir? Əlbəttə ki mənəvi dəstək, - yəni xoş bir söz, bir təsəlli. “Huffington Post” saytı, bax, bu məşhur təsəlliləri və dostunuzun eşitmək istədiyi 10 sözü toplayıb. Oxuyun, həmin dövrdə çox həssaslaşmış dostunuza nələr deməlisiniz, onları öyrənin...

Bunları eşitməlidir:

Tədbirə mənimlə gedərsən?”: Həyat yoldaşından ayrılan biri üçün ən pis şey hansısa tədbirə tək getməkdir. İllərlə “tək getmək” problemi olmayan “dul” birdən-birə özünü tədbirdə çox tənha hiss edir. Dostunuza edə biləcəyiniz ən yaxşı şey ona tədbirlərdə yoldaş olmaqdır.

“Səni çox istəyirəm”: Boşanma dövründə bir çox qadınlar özlərini günahlandırmağa başlayırlar. Araşdırmalara görə, tərəflər həmin dövrdə keçmişə nəzər yetirib həqiqətən sevilib-sevilmədiklərini analiz edirlər. Və heyif ki, çox vaxt “Sevilməmişəm” qənaətinə gəlirlər. Buna görə də, dostunuza bol-bol sevgi bəxş edin, “səni çox istəyirəm” sözünü təkrarlayın.

Yanındayıq”: Boşanma müddətində dostunuzu dinləyin, dərdini bölüşün, dəstək olun. Bu, sizin ən yaxın dost kimi borcunuzdur.

“Sən pis insan deyilsən”: Evlilik bitəndə çox vaxt ailələr arasında da soyuqluq yaranır. Heç bir ailə güzəştə getmək istəmir. Arada boşanmaqda olan cütlüyün psixoloji vəziyyəti pisləşir. Ona görə də, dostunuza tez-tez günahın onda olmadığını xatırlatmalı və buna inandırmalısınız.

“Çox pis vəziyyətdir”: Vaxtını vəkillə, məhkəmələrdə keçirən dostunuzun yanında vəziyyəti lənətləmək də onun yükünü yüngülləşdirə bilər.

“Maddi vəziyyətinə baxır”: İşıq pulu, su pulu və digər ödəmələrdən ömrü boyu xəbəri olmayan tərəf üçün boşanma daha asan olur. Həmişə ödəmə edən tərəf sizin dostunuzdursa, həm maddi, həm də mənəvi köməyinizi əsirgəməyin.

“Sənə... almışam”: Ayrılığa başı qarışmış birinin çətin ki özünə nəsə almağa vaxtı olsun. Xüsusilə qadınlar bu dövrdə özlərini çirkin, sevilməyən, lazımsız hiss edir. Masaj, yemək, şokolad – istənilən bir hədiyyə dostunuzun üzünü güldürməyə yetər.

“Həyəcanlanma”: Ayrılmağa hazırlaşan dostunuza hər şeyin öhdəsindən gələcəyini, indən belə daha yaxşı günlər görəcəyini tez-tez xatırladın.

“Nəyə ehtiyacın var?”: Vəkillə görüşməkdən evini səliqəyə salmağa, uşaqları əyləndirməyə vaxtı olmayan dostunuza kömək edin. Ehtiyacları ilə maraqlanın.

“Sən tək deyilsən”: Boşanmanın gətirdiyi ən pis hisslərdən biri yalnızlıqdır. Həyatda tək olmadığını ona hiss etdirin.

Digər məşhur təsəllilər:

Bu da keçər, darıxma.

Daha yaxşılarına layiqsən.

Nə istəyirsən, et. Səndən daha vacib nə var ki?!

Bundan sonra hər şey daha yaxşı olacaq.

Bir qapı bağlanırsa, mütləq başqası açılır.

Evdə yaxşı şərabım var, içək?

Evindən çıxma, o ayrılmaq istəyirsə, evdən də özü çıxsın.

Xoşbəxt olmaq sənin də haqqındır, özünü boş yerə günahlandırma.

Heç kim üçün ağlamağa dəyməz.

Yaxşı bir vəkil tap.

Başqalarının nə dediyinə qulaq asma.

Yeni insanlara qəlbini aç.

Kin tutma, belə olmalı imiş. Sən əlindən gələni etdin.

Çalış, səhvlərindən dərs götür.

Ürəyindəkiləri mənə aça bilərsən, nə vaxt desən yanına gələrəm.

İki il sonra bu qədər ağlamağına təəccüblənəcəksən.

Dünyada boşanan yeganə qadın (kişi) sən deyilsən ki?!

Hər şeyin zamana ehtiyacı var.

Arxaya yox, irəliyə bax.

# 5274 dəfə oxunub

Oxşar xəbərlər

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

18:40 23 iyul 2026
"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

17:00 23 iyul 2026
Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

14:00 19 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər