Vyanada musiqimiz haqda məruzə axşamı

Vyanada musiqimiz haqda məruzə axşamı
26 sentyabr 2017
# 09:59

Vyana Musiqi və Təsviri İncəsənət Universitetində “Dmitri Şostakoviç və Cövdət Hacıyev: tarixin səhifələri” elmi məruzə axşamı təşkil olunub. Tədbir C.Hacıyevin 100 illik yubileyinə və D.Şostakoviçin anadan olmasının 111-ci ildönümünə həsr edilib.

“Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti Şərqlə Qərbin mədəni dixotomiyasının inikası kimi” layihəsi çərçivəsində baş tutan tədbirdə Vyanada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova məruzəçi qismində çıxış edib. O, hər iki bəstəkarın həyat və yaradıcılığına nəzər salıb, D.Şostakoviç məktəbi və üslubunun XX əsr klassik musiqi sənətinin inkişafında oynadığı roldan bəhs edib. Bildirilib ki, D.Şostakoviç keçmiş SSRİ məkanında simfonik musiqinin inkişafına xüsusi töhfə verib, Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyev onun məktəbinin yetirmələri olublar. Eləcə də Soltan Hacıbəyov, Mstislav Rostropoviç, Elmira Nəzirova görkəmli bəstəkarın sinfində təhsil alıblar.

D.Şostakoviçin Azərbaycanla əlaqələrinə və burada onun yaradıcılığının araşdırılmasına toxunan məruzəçi dahi bəstəkarın musiqi mədəniyyətimizə böyük önəm verdiyini qeyd edib.

1952-ci ildə Bakıya gəlmiş D.Şostakoviçin Azərbaycan Dövlət Radiosunda çıxışı tədbir iştirakçılarına təqdim olunub. Bildirilib ki, 1934-cü ildə dahi Üzeyir Hacıbəylinin dəvəti ilə ilk dəfə Bakıya səfər edən D.Şostakoviç həyatının sonuna kimi dəfələrlə Azərbaycanda olub və buradakı klassik musiqi yaradıcıları ilə sıx əlaqələr saxlayıb. Azərbaycan dövlətinin görkəmli bəstəkarın bədii irsinə hörmətlə yanaşdığını diqqətə çatdıran F.Tahirova 2006-cı ildə D.Şostakoviçin 100 illik yubileyi münasibətilə Bakıda Beynəlxalq Şostakoviç Festivalının keçirildiyini qeyd edib.

F.Tahirova Azərbaycan simfonik musiqisinin yaradıcılarından biri, tanınmış ictimai xadım və pedaqoq Cövdət Hacıyevin yaradıcılığından söz açaraq, D.Şostakoviçin onun yaradıcılığına göstərdiyi təsirdən danışıb, iki bəstəkarın arasında sıx dostluğu vurğulayıb.

Məruzədə D.Şostakoviçin C.Hacıyev və digər Azərbaycan musiqiçiləri ilə əlaqələri tarixi faktlar, foto, sənədlər və audiofayllar əsasında sənədli xronika kimi təqdim olunub.

Sonra C.Hacıyevin oğlu - musiqişünas İsmayıl Hacıyev atası ilə bağlı xatirələrini, onun yaradıcılıq əlaqələri və Azərbaycan musiqi mədəniyyəti tarixində tutduğu mövqedən bəhs edib.

Tədbirdə C.Hacıyev və D.Şostakoviçin əsərlərindən parçalar səsləndirilib. /azertag.az/

# 2179 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər