Gözümüzü kompüterdən necə qoruyaq?

Gözümüzü kompüterdən necə qoruyaq?
26 iyun 2013
# 07:15

Dünya əhalisinin əksəriyyəti göz zəifliyindən əziyyət çəkir. Həkimlər bu mövzuda yeni texnologiyaları günahlandırmaqda heç də haqsız deyillər əslində.

Kompüter istifadə etməkdən tutmuş telefonlara qədər hər bir modern əşya gözlərimizə düşmən kəsilib.


Göz həkimləri kompüterdən istifadəni göz xəstəliklərinin birinci səbəbi kimi göstərir. Gözlərdə quruluq, yanma, qızarma və baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.


Kompüter niyə gözlərə pis təsir edir?


Gözlərimiz anatomik olaraq görmə baxımından hərəkət etməyə və uzaqlığa görə kiçilib-böyüməyə hazır yaradılıb. Monitor arxasında 6-7 saat vaxt keçirən insanın gözləri bu imkanlardan istifadə etmir. Çünki gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur.

Gözlərin sağlamlığını qoruya bilməyi üçün göz qırpmaq çox vacibdir. Kompüter arxasında oturanda isə onları çox gec-gec qırpırıq. Buna görə gözlərdə quruluq yaranır. Göz yorğunluğunun səbəbi budur.

Digər bir faktorsa kompüterin ekranındakı görüntülərin real həyatdan fərqliliyidir. Ən yaxşı ekran belə real görüntülərin yerini vermir. Bundan başqa, radiasiya da gözün işləmə prinsipinə maneə törədir.


Bəs bu təsirləri necə minimuma endirmək olar?


1. Həkimlərin ilk məsləhəti gözlərə istirahətin verilməsi ilə bağlıdır. Ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verin. Hətta pəncərədən baxmaq belə gözün normal işləmə mexanizminə qayıtmasını təmin edir.

2. Ekranın yeri və qoyulma forması da gözləriniz üçün çox vacibdir. Çalışın ki, ekran dik formada, yəni sizə paralel olsun.

3. Monitorlar üçün filtr şüşələr gözlərə zərər verən ultrabənövşəyi şüaların qarşısını alır. Bu məhsullardan istifadə çox faydalıdır.

4. Linza taxırsınızsa, gözləriniz daha tez quruyacaq. Bunun qarşısını isə göz damcıları ilə almaq olar. Həkiminizlə məsləhətləşərək ala bilərsiniz.

5. A, B2, E və C vitaminləri, kalsium gözlərin sağlamlığı üçün çox vacibdir. Bundan başqa, kök, pendir, balıq və dənəli meyvələr də gözə çox xeyirlidir. Xüsusilə payız və qış aylarında təzə sıxılmış meyvə, tərəvəz şirələrinə üstünlük verin.

# 4229 dəfə oxunub

Oxşar xəbərlər

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

"Musiqi insan ruhunu yer aləmindən göylərə yüksəldir" - Tanınmış bəstəkardan aforizmlər

15:20 5 avqust 2026
Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam  - İlya Repinin 3 məşhur əsəri

Ukrayna və Rusiyanın bölüşə bilmədiyi rəssam - İlya Repinin 3 məşhur əsəri

14:40 5 avqust 2026
Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

Sənayeyə qurban verilən təbiət - Dəmiryolu reklamı üçün çəkilən əsərin pərdəarxası

17:38 3 avqust 2026
Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

13:00 3 avqust 2026
İnsan  torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

İnsan torpağın sahibidir, yoxsa təbiətin müvəqqəti qonağı? - Bir tablonun fəlsəfəsi

13:30 2 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər