Oskara necə dəvətnamə almaq olar?

Oskara necə dəvətnamə almaq olar?
23 fevral 2015
# 12:08

Amerikadakı karyerini İstanbulda davam etdirən “Next Door İletişim” Agentliyinin rəhbəri Arda Sayınərlə görüşdük, Oskar mükafatı ilə bağlı söhbətləşdik. Dünyanın bu ən məşhur heykəlciyinin necə hazırlandığından tutmuş, tədbir üçün bilet tapmağın çətinliyinə və lobbiçilik fəaliyyətinə qədər nə varsa hamısından...

- İllərcə Oskarı, yəni ABŞ Kino Akademiyasının mükafatlandırma mərasimini gözümüzdə çoxmu böyütdük? Sizcə bu mükafatlandırma mərasiminin əhəmiyyəti nədir?

- Başqa mükafatlandırma mərasimlərindən fərqli olaraq, buraya yalnız dəvətnaməsi olanlar gələ bilər və bu bilet asanlıqla əldə olunmur. Digər tədbirlərlə müqayisədə buraya qatılmaq imkanları daha çətindir. Dəvətnamə sahibi onu yalnız hərrac yoluyla sata bilər.

- Niyə hərrac?

- Prosedur belədir. Grammy, ya da Emmy mərasimlərində dəvətnamələr konkret şəxsin adına yazılmaya bilər. Məsələn, Universal Muzikin, ya HBO kanalının adına bir miqdar dəvətnamə ayrıla bilər. Oskarda isə, özəl olduğu üçün o dəvətnamələri tapmaq çox çətindir. Kimisə tanıyırsansa, əl altdan dəvətnamə ala bilərsən adına, başqa cür mümkün deyil.

- O zaman necə olur ki, bəzi sponsor firmalar tədbirə iştirakçı göndərə bilir?

- Ya hərrac agentlikləri kimi təqib edirsən, ya da sponsorlarla icazəli kampaniyalar aparırsan. Oskar mükafatının da bir mühafizə qanunu var. Laureatlar mükafatı sata bilmirlər.

- Hesab edək ki, mənə Oskar dəvətnaməsi gəlir. Necə bir dəvətnamədir o, nə şəkildə göndərilir?

- Bir qutunun içindədir. Qutuda dəvətnamə, maşın, ya da limuzin stikerin olur. Çünki mərasim keçirilən yerə gedən yollar bağlanır və polislər stikerə görə səni buraxır.

- Bəs qırmızı xalı? Hər kəs keçə bilirmi?

- Xeyr, əsas dəvətlilər qırmızı xalıdan keçə bilər. Başqa xalılar da var. Yaşıl və mavi xalı... Dəvətli qapıdan kontrol edilir və müvafiq xalıya yönəldilir. Hamı mətbuatın önündən keçə bilməz. Qırmızı xalının da qaydaları var. Məsələn, açıq havada da olsa, siqaret çəkə bilməzsən. Çox tanınmış adamsansa adını heç kim anons etməz, amma çox tanınmırsansa, xalının girişindəki məsul şəxs kim olduğunu soruşar. Bundan sonra adın anons edilər, paltarının markasını söylənər və sən fotoqrafların önünə keçərsən.

- Yerlər necə kontrol edilir?

- A sinfinə məxsus məşhurlar və namizədlər ən ön sıralarda olur. İlk 10-15 sıradakı kreslolara o ünlülərin fotoları qoyulur. Səhvən başqa bir yerə oturmayasan yəni... Salona sonradan gəlmisənsə və oturacağın yer ön cərgədədirsə, o saat səni qarşılayır və yerinə aparırlar. Buna bənzər Al Paçino krizi var, məsələn. İçəridə foto çəkdirmək də yasaqdır. Reklam aralarında xüsusi musiqi səsi ilə hamı ayağa qalxar, bir-birinə kartlarını uzadar, söhbət edərlər.

- Bu gecəyə getmək üçün ürəyim gedir və imkanım da var? Sizimi axtarmalıyam?

- Əsasən hə... Bu dəvətnamələrin dolaşdığı kiçik lobbini tapmağın lazım. Prodüserlərdən öyrəndim mən də. Tanıdığım insanlar var. Tanışlıq çox vacibdir burda... Adamını tapsan belə biletlər Amerikadan kənara çıxmır. Almaq üçün mütləq ora getməlisən.

- Lobbidən bəhs etdik. Nədən bir türk sənətçi orda özünə yer edə bilmir?

- Ordakı türklərin sayı Türkiyəyə diqqət çəkmək üçün yetərli deyil. Bizim elə bir lobbimiz yoxdur. Bunun üçün Türkiyə bazarının maddi anlamda nəsə ifadə etməsi lazımdır. Bundan əlavə, kiminsə söz sahibi olması gərəkdir. Zamanında Ahmet Ertegün elə isimlərdən idi. Artıq o da yoxdur.

- Dəvətnaməni tapdıq, tədbirə qatıldıq. Bəs after party?

- Əsas tədbir başqa, after party başqa... Salondan after partyə gedərkən başqa dəvətnaməniz olmalıdır. Bura gedərkən hədiyyə paketlərinin olduğu bir çadırdan keçirsən. Bura ən önəmli isimlər gəlir. Məsələn, Halle Berry Oskar aldığı il dostu after partyə girə bilməmişdi.

- Hədiyyə paketlərinin hamısında eyni şey var. Bahalı da olsalar, istifadə olunmur. Nə edilər bunları, xidmətçilərinəmi verirlər?

- Xidmətçilərinə, dostlarına... Götürməyənlər də var, götürənlərin isə əsasən assistentlərinə aparır...

Sinem VURAL, “Hürriyyət”

# 2069 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #