Sizi bu filmlərlə aldatdılar...

Sizi bu filmlərlə aldatdılar...
19 aprel 2014
# 08:00

Fantastik və anti-utopik mövzuda olan bədii əsər və filmlərdə müəlliflərin gələcəklə bağlı iddiaları heç də həmişə düz çıxmır. Xüsusilə ötən əsrdə bir çox Hollivud aktyorlarının 21-ci əsrin əvvəli ilə bağlı fikirləri ilə hazırda ətrafda gördüklərimiz tam ziddiyyət təşkil edir. Bu ziddiyyət daha çox bədii filmlərdə 21-ci əsrdə baş verəcək kataklizmalar, fəlakətlər, dünyanın sonu haqqında olan mövzularla bağlıdır.

90-cı illərdə böyük populyarlıq qazanmış, 7 nominasiya üzrə “Oskar” mükafatına layiq görülmüş “Terminator-2” filmi tamaşaçıların ixtiyarına veriləndə, terminator fanatlarının əksəriyyəti 1997-ci ildə Rusiya ilə ABŞ arasında müharibənin başlayacağını gözləyirdilər. Daha sonra həmin filmin üçüncü hissəsi ekranlara çıxanda 2011-ci ildə “Skaynet” in bəşəriyyətə qarşı başlayacağı müharibə də iflasa uğradı.

“Titanik”in qurbanlarından olmuş biznesmen, milyoner yazıçı Con Cekob Astor 1894-cü ildə yazdığı “Başqa dünyalara səyahət” adlı fantastik romanında insanların Saturn planetinə səyahət etməyi haqqında yazır. Lakin 100 ildən artıq zaman keçməsinə baxmayaraq insanların yaxın Mars planetinə səyahəti də mümkün olmayıb.

Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının sonunda gələcək təsvir edilib. 21-ci əsrin əvvəllərindən söz açan yazıçı ehtimallara söykənərək həmin dövrdə televizorların olmayacağını, insanların pul vahidlərindən istifadə etməyəcəklərini, şahmat oynamayacaqlarını qeyd edir. Hal – hazırda 21-ci əsrdə yaşayan bizlər bu sadalananların hər birindən istifadə edirik, lakin Anar gələcəkdə olacaqları ehtimallar əsasında qeyd etdiyi üçün bu əsərdə yazıçı fantaziyasının reallaşmadığını söyləmək olmaz.

Amma uşaqlıqdan sevə - sevə baxdığımız “Sehirli xalat” filmindəki gələcək qəti şəkildə indiki dövrlə uzlaşmır. İndi nə pionerlər, nə televideofon, nə məktəblilərin Aya ekskursiyası, nə də 2001-ci ildə tikilən “saray” var. Ən əsası isə həmin filmdə 21-ci əsrdə hələ də SSRİ-nin mövcud olduğu göstərilsə də bu gün həmin ittifaq yoxdur.

2007-ci ildə istehsal edilmiş “Mən əfsanəyəm” filminin süjet xəttinə görə 2009-cu ildə xərçəng xəstəliyinin dərmanı tapılır və bir neçə aydan sonra həmin dərmanın tərkibində olan genetik virus nəzarətdən çıxaraq 2012-ci ildə dünya əhalisinin 90 faizini məhv edir, yerdə qalan insanlar isə zombiləşir. Lakin, 2009-cu ildən 5 il keçməsinə baxmayaraq bu dərman hələ də ixtira edilməyib.

“Geri gələcəyə” filmində 2015-ci ildə skeytbordların havada asılı vəziyyətdə hərəkət edəcəkləri, ayaqqabıların bağlarının öz – özünə bağlanacağı, avtomobillərin havada uçacağı təsvir olunsa da dövrümüzdə bunların heç biri reallaşmayıb.

“Los-Ancelesdən qaçış” filmində 2013-cü ildə ABŞ-da totalitar rejim qurulacağı, yeraltı təkanlar nəticəsində Los-Ancles şəhərinin materikdən ayrılaraq adaya çevrilməsi təsvir olunsa da, bu gün bunlardan da heç birinin mövcud olmadığı göz önündədir.

2013-cü illə bağlı daha bir proqnoz 1997-ci ilin istehsalı olan “Poçtalyon” filmində də var. Filmin süjetinə görə 2013-cü ildə baş verəcək nüvə müharibəsi bəşəriyyəti bir çox nailiyyətlərindən məhrum edib insanları ibtidai dövrə qaytaracaq. Reallıqda isə, keçən il belə bir hadisə heç yerdə qeydə alınmamışdır.

Nüvə müharibəsi mövzusunda çəkilmiş daha bir ekran əsəri rejissor Devid De Kotonun 1987-ci ildə çəkdiyi “Kripozoidlər” filmidir. Filmdə 1992-ci ildə baş verəcək nüvə müharibəsindən sonra sağ qalan insanlara mutantlar hücum edir. 1992-ci ildə insanlar nüvə müharibəsini yalnız bir dəfə Ceyms Kameronun “Terminator 2” filmində gördülər.

Gələcəyin təsvir edildiyi daha bir bədii film 2000-ci ildə çəkilmiş “Altıncı gün” filmidir. Bu filmdə insan klonlaşdırılmasnın 2015-ci ildə ən yüksək zirvəyə çatacağından və istənilən insanı klonlaşdırmağın mümkün olacağından bəhs edilir. Amma bunun yaxın bir neçə ildə mövcud olmayacağını asanlıqla söyləmək olar.

Əsrarəngiz kadrlarla tamaşaçıları cəlb edən fantastik filmlərin gələcəklə bağlı verdiyi vədlərə inanmaq lazım deyil. Ümumiyyətlə gələcək haqda fikir söyləmək heç də sadə iş deyil. Hətta Nostradamusun gələcəklə bağlı söylədikləri bəzi fikirlər reallığa çevrilməyib.

# 4343 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər