“Qızıl Şir” qüdrətini itirib?

“Qızıl Şir” qüdrətini itirib?
9 sentyabr 2013
# 11:33

70-ci Venetsiya festivalı başa çatıb. Kulis.az-ın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə baş mükafat-“Qızıl Şir” sənədli filmə Canfranko Rozzinin “Müqəddəs dairə” adlı sənədli filmə verilib. Tsay Min Lyanın “Avara itlər” filmi ikinci yerə, Qran Priyə layiq görülüb. Filip Qryoninqin “Polis arvadı” filmi jürinin xüsusi mükafatını qazanıb.

Festivalda olmuş rusiyalı kinoşünas Anton Dolinin yazdığına görə münsiflərin narazı ifadələri qalib filmin güzəştin nəticəsi olmasını deməyə imkan verib. “2013-cü ilin “Qızıl Şir”i kinoda heç bir üfüqlər açmadı, yeni istiqamətlər təyin etmədi. Bu o deməkdir ki, bədii kino azanda və ya dalana dirənəndə ağıllı tamaşaçı sənədli kino ilə təskinlik tapır. Realıq istənilən təxəyyüldən maraqlıdır. Canfranko Rozzinin sənədli filmi Romanın dairəvi avtonəqliyyat yolu haqqında səmimi bir kalamburdur”.

Münsiflər heyətinin rəhbəri, italyan klassiki Bernardo Bertoluççi Böyük İtalyan kinosunun tənəzzülünü müvəqqəti yolunu azma kimi qiymətləndirib. Saytın yazdığına görə, “...aşkar görünən isə mükafatın Rozziyə onun hansısa fövqəladə istedadına görə yox, bacarıqlı və çalışqan kinematoqrafçının filmində əbədi şəhərin koloritinin yarada bildiyinə görə verilib. Belə çıxır ki, Canfranko Felini kimi böyük italyan klassiklərinin edə bilmədiyini edə bilib”.

Mütəxəssislər bu filmin nə üçün Tsay Min Lyanın “Avara itlər”, Filip Qryoninqin “Polis arvadı”, Xayao Miyadzakenin “Külək güclənir” kimi daha görkəmli işlərdən daha üstün tutulduğunu anlaya bilməyib. Mütəxəssislər qiymətləndirmənin düzgün aparılmadığını söyləyib: tamaşaçının favoriti olan Stiven Frirzin “Filomena” filmi ən zəif cəhətinə görə-ən yaxşı ssenari nominasiyasında mükafatlandırılıb. “Xanım zorakılıq” filminin də festivalın iki mükafatını qazanması narazılıq doğurub. Ən yaxşı gənc aktyor nominasiyasında Marçelo Mastroyanni adına mükafatın qalibi 16 yaşlı Tay Şeridan olub. Onu tamaşaçılar Terrens Malikin “Həyat ağacı” filmindən tanıyırlar. Bu dəfə isə o mükafatı “Co” adlı amerika filmində Nikol Kidmanla tərəf-müqabili olaraq oynadığı rola görə alıb.

# 2358 dəfə oxunub

Oxşar xəbərlər

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

11:35 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
Hələ də baxmamısınız? - Bütün zamanların ən reytinqli 10 filmi

Hələ də baxmamısınız? - Bütün zamanların ən reytinqli 10 filmi

15:00 18 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər