Aqşin İsi Məlikzadəni tanımadı

Aqşin İsi Məlikzadəni tanımadı
10 yanvar 2013
# 08:30

“Yazıçı rinqi” layihəsinin budəfəki qonaqları şair Əsəd Qaraqaplan və şair Aqşin Yeniseydir. İştirakçılara 7 sual verilir. Hər sual qarşısında yazılan balla ölçülür. Oyunun sonunda suallara verilən doğru cavablar ballara uyğun olaraq toplanılır. Maksimum 51, minimum 3 bal arası göstəricidə ən çox bal toplayan qalib hesab olunur.

Hər suala 2 dəqiqə ayırmaqla cəmi 14 dəqiqə vaxt verilir. Bir köməkçi vasitə var – “dosta zəng”. Dosta zəng üçün 1 dəqiqə vaxt ayrılır. Bu da iştirakçıya verilən 14 dəqiqədən çıxılır. Suallardan 5-i beş variantlı, 2-si isə variantsızdı.

Əvvəlcədən bildiririk, bu sadəcə oyundur.



“Qatarda”, “Gümüşgöl əfsanəsi”, “Pəncərə” filmləri onun əsərləri əsasında çəkilib. Bizcə, təkcə “Duz” hekayəsinə görə onu son cümləsinə qədər oxumağa dəyər. İlk povesti “Alovlu qış”, son əsəri “Qırmızı yağış”dır. 60-70-ci illər Azərbaycan ədəbiyyatında “yeni psixoloji nəsr” adıyla diqqət çəkən ədəbi prosesin istiqamətini müəyyənləşdirən 3 yazıçıdan biri olan bu şəxs kimdi? ( 6 bal )

A) İsi Məlikzadə
B) Çingiz Hüseynov
C) Gülhüseyn Hüseynoğlu
Ç) Mir Cəlal
E) Vidadi Babanlı



Əsəd Qaraqaplan – A
Aqşin Yenisey – B
Doğru cavab – A


Bu diyarda ilin bütün günlərində yağışa düşmək olar. Bu ölkədə yalnız bir fəsil hökm sürər – yay. Bu məmləkətin sakinləri əsasən müsəlmanlardı. Burda dünyanın ən böyük quş parkı vardı. Burda hicablı polisə də rast gəlmək olur. Bu ölkə büdcəsini yalnız turistlərin cibləriylə nizamlayır. Söhbət hansı ölkədən gedir? ( 7 bal)

A) Misir
B) Tailand
C) Tunis
Ç) Malayziya
E) Türkiyə

Əsəd Qaraqaplan bu sualda dostluğumuzdan istifadə eləyib guya orjinallıq eləyirmiş kimi dosta zəng köməyi üçün məni seçir. Mən də acığa “zəng elə” deyirəm. Dürüstlüyün xətrinə cavabı doğru deyirəm – Malayziya. Əsəd bunu doğru cavab olaraq qeyd edir.

Əsəd Qaraqaplan – Ç
Aqşin Yenisey – C
Doğru cavab – Ç

Parapsixoloqların apardığı tədqiqatlara əsasən bu ev heyvanı öncəgörmə və telepatiya xüsusiyyətlərinə malikdir. Üstəlik sahibinin başına gələcək bədbəxt hadisələri görür və ölümü bir neçə dəqiqə əvvəl hiss edə bilir…? ( 6 bal )


A) Pişik
B) Dələ
C) Göyərçin
Ç) Vintera iti
E) Tutuquşu


Əsəd Qaraqaplan – Ç ( xatırladım ki, məhz bu adda heyvan mövcud deyil, tanış ad olmasın deyə uydurmuşdum )
Aqşin Yenisey – A
Doğru cavab – A


“Sənə elə gəlir” poeziyasının banisi, müxtəlif sevilən mahnı mətnlərinin müəllifi, əli həmişə çənəsində olan qərib baxışlı, cəld ilhamlı, “reski” düşüncəli, dərin poetik irsə malik şeiriyyat tapıntılarında öz ilkin qayəsini saxlamış sevən insan təfəkkürünün intəhasız sonsuzluğuna baş vuran və lirik-psixoloji...nə isə, bu şair kimdi?( 3 bal )


A) Fəxrəddin Manafov
B) Fuad Poladov
C) Rasim Balayev
Ç) Bred Pitt
E) Baba Vəziroğlu


Əsəd Qaraqaplan – E ( Əsəd Fəxrəddin Manafov cavabını yazmışdı. Daha sonra sualın sonundakı “şair” sözünə ilişib E variantını təsdiqlədi)


Aqşin Yenisey – E ( Aqşin təkcə bu sualda 4 dəqiqə fikirləşdi, sonra ciddi-ciddi variantlara baxıb “bu yəqin Baba olar” deyib cavabını işarələdi )

Doğru cavab – E



Nə üçün “Microsoft Word” proqramında bir tək “Con” adında qovluq yaratmaq olmur? ( 6 bal )

A) Bu adlı qatillər çox olduğuna görə
B) Bill Qeytsin arvadının Con adlı məşuqu olduğuna görə
C) Uşaqlıqda Bill Qeytsə nik olaraq Con deyildiyinə və onun bu addan xoşu gəlmədiyi üçün
Ç) Gənclik dostu Mark Con sonralar mavi olduğu üçün Bill bunu istəməyib
E) Bu adda qovluq olduqca asan yaradılır, belə bir problem yoxdu, yanlış sualdı...

Əsəd Qaraqaplan – C
Aqşin Yenisey – B
Doğru cavab – C

Məşhur yapon yazıçısı Akutaqavaya görə “heç bir adi insan ömrü “O”nun bir misrasına da dəyməz”. Dünya poeziyasında “modernizmin banisi” hesab edilən bu şairin özü deyil, şeirləri həbs edilib, dustaq həyatı yaşayıb. 155 il öncə “Dünyanın sonu yaxındır” yazısında – “bu maşın istehsalı bizi o qədər amerikanlaşdıracaq, bu texniki tərəqqi ruhumuzu və mənəviyyatımızı o qədər kütləşdirəcək ki, hətta ən küfr və anormal utopiya belə bu amerikanlaşmanın və tərəqqinin acı nəticələriylə müqayisə oluna bilməyəcək” – deyirdi. Hansı kafir peyğəmbər şairdən söhbət gedir? ( 10 bal )


Əsəd Qaraqaplan – Artur Rembo
Aqşin Yenisey – “heç bir variantım yoxdu”
Doğru cavab – Şarl Bodler



Sülh, ağrı, torpaq, ana, insanlar, səhra, ləyaqət, yoxsulluq, yay, dəniz – sözləri bu fransız ekzistensializminin yaradıcılarından olan yazıçının ən çox sevdiyi “10 söz” siyahısıdır... ( 13 bal )

Əsəd Qaraqaplan – Alber Kamyu
Aqşin Yenisey – Jan Pol Sartr
Doğru cavab – Alber Kamyu

Toplam:

Əsəd Qaraqaplan – 35 bal
Aqşin Yenisey – 9 bal

Ümumi ballara əsasən budəfəki rinqin qalibi Əsəd Qaraqaplandır.

# 2348 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #