“Müharibə uşağı” mükafat aldı

“Müharibə uşağı” mükafat aldı
6 dekabr 2012
# 13:16

İspan dilli ölkələrin Nobel Mükafatı kimi tanınan “Servantes Mükafatı”nın bu ilki sahibi şair və yazıçı Xose Manuel Kabalero Bonald olub.

Bu barədə İspaniyanın Təhsil və Mədəniyyət naziri Xose İqnasiyo Vert bildirib. Münsiflər Kabalero Bonaldın ispan dilli ədəbiyyata töhfələrini yüksək qiymətləndirib, onu “dilin ustası” adlandırıblar.

“Servantes-2012”nin qalibi “müharibə uşaqları” dövrünün nümayəndələrindən hesab olunur. Kabalero Boland yaradıcılığa şeirlə başlayıb. İlk şeirlər toplusu 1952-ci ildə çap olunub.

O, bir çox ədəbi mükafatların sahibidir. Şair poeziya sahəsində ilk mükafatını hələ 1950-ci ildə alıb.

Boland “Sentyabrda iki gün”, “Bütün gecə quşların uçmağı eşidildi”, “Ata evində” romanlarının müəllifidir.

“Migel de Servantes” mükafatı ispan dilli ölkələrin ən böyük mükafatı hesab olunur. Mükafat həyatda olan şair və yazçılara təqdim olunur. Namizədlərin siyahısı hər il ispan dilli ölkələrin Akademiyaları tərəfindən İspaniya Təhsil və Mədəniyyət Nazirliyinə göndərilir.

125 min avro dəyərində olan mükafat 23 aprel tarixində-dahi yazıçının vəfatı günü sahiblərinə verilir.

# 1832 dəfə oxunub

Oxşar xəbərlər

“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

“Qətl günü”ndə kim öldürüldü? – Hüseyn Cavid, yoxsa Səməd Vurğun?

12:00 17 yanvar 2026
İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

İntellektual cəsarətin və mədəni polemikanın siması - Sontaqı niyə mübahisəli fiqur hesab edirdilər?

17:00 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

15:30 13 yanvar 2026
Artıq olmayan şahzadəyə - Haruki Murakaminin hekayəsi

Artıq olmayan şahzadəyə - Haruki Murakaminin hekayəsi

16:00 12 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər