“İki yad adam” filmi Tiflisdə

“İki yad adam” filmi Tiflisdə
24 iyun 2017
# 08:11

Gürcüstan paytaxtında, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Tiflis ofisində görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin əsasında “İki yad adam” filminin nümayişi olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, film nümayiş olunmamışdan öncə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan yazıçı Mir Cəlal Paşayevin yaradıcılığı haqqında ətraflı məlumat verib.

O, filmin bir ailənin mənəvi problemlərinə həsr olunduğunu bildirib: “Film müasir dövrün tələblərinə uyğundur və gənclər üçün başa düşülən dildə çəkilib. Onun ekranlaşdırılmasında “ADDIM” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə iştirak edib. Film ilk dəfə mart ayında Çinin paytaxtı Pekində “World Cultural Open Organization”-in dəstəyi ilə keçirilən “Grand Asian Film” beynəlxalq festivalının final gecəsində nümayiş olunaraq “Sosial mövzuda ən yaxşı film” və “Ən yaxşı aktyor işinə görə” mükafatlarına layiq görülüb. Apreldə isə filmin Astanada nümayişi baş tutub. “İki yad adam” bu ilin sentyabr ayında Bakıda nümayiş olunacaq”, deyə M. Məmmədov vurğulayıb.

Sonra film nümayiş etdirilib. Filmdə əsas rollarda Əməkdar Artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları çəkiliblər.

# 3022 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər