Salvador Dalinin məzarı açılıb

Salvador Dalinin məzarı açılıb
21 iyul 2017
# 10:30

İspaniyada rəssam Salvador Dalinin məzarı açılıb.

Kulis.az Associated Press-ə istinadən xəbər verir ki, rəssamın cəsədi bioloji material və atalığın müəyyən edilməsi məqsədilə ekshumasiya olunub. Tabutun açılması mərasimi Dalinin Fiqerasdakı teatr-muzeyində baş tutub.

“Məhkəmə tibbi ekspertizası Dalinin məzarını məhkəmə prosesi çərçivəsində, atalıq testi aparmaq və DNK analizi götürmək üçün açıb” - deyə mənbə yazır.

Belə ki, falçı Mariya Pilar Abel Martines 2015-ci ildən bu yana iddia edir ki, onun atası Dalidir. Abelin sözlərinə görə, 1955-ci ildə rəssam onun anası ilə sevgi yaşayıb. O zaman Dali Qala kimi tanınan Yelena Dyakonova ilə nikahda olub. Cütlüyün uşaqları olmayıb.

Rəssam 1989-cu ildə 85 yaşında vəfat edib.

# 2714 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər