Tanınmış aktyor vəfat edib

Tanınmış aktyor vəfat edib
9 yanvar 2014
# 13:06

Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Ömür Nağıyev qəflətən vəfat edib.

Bu barədə Modern.az-a aktyorun çalışdığı S.Vurğun adına Rus Dram Teatrından məlumat verilib.

“Aktyorumuz Ömür Nağıyev dekabrın 31-də müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi, yanvarın 1-də dəfn etdik”-deyə mərhum aktyroun dəfnində iştirak etmiş Rus Dram Teatrının inzibatçısı bildirib.

Aktyor Hövsan qəbiristanlığında dəfn olunub.

Rus Dram Teatrında əməkdar artistlə vida mərasimi təşkil olunmayıb. Ömür Nağıyevlə vida mərasiminin təşkil edilməməyi onu tanıyanların və yaxınlarının narazılığına səbəb olub.

Teatrdan isə bunu belə izah ediblər: “Bunun üçün icazə almaq lazım idi. Bizdə əsasən xalq artistlərinin və sənət üçün bir çox işlər görən adamların vida mərasimi keçirilir”.

Ömür Nağıyev 1953-cü ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə teatrında işləyib.

2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyoru idi. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Ömür Nağıyev digər əməkdar artist Nəsibə Eldarova ilə bir müddət evli olub. Onların nikahından doğulan oğlanları Rüfət Nağıyev də bir neçə ay öncə, 30 sentyabr 2013-cü il tarixində vəfat etmişdi. O, yüksək dozada narkotik qəbul olunması nəticəsində ölmüşdü.

# 4151 dəfə oxunub

Oxşar xəbərlər

Dəliliyin və seksuallığın tarixindən kitablar  yazan homoseksual filosof - Mişel Fuko kim idi?

Dəliliyin və seksuallığın tarixindən kitablar yazan homoseksual filosof - Mişel Fuko kim idi?

14:30 15 oktyabr 2025
"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

"Bu savaşda hər yazıçı öz atasını “öldürür” - Harold Blumun ən böyük dərsi nə idi?

17:00 14 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

Durnalar cənuba uçur - Yazıçı Əlabbasın yeni romanından hissə

12:00 12 oktyabr 2025
Sonradan quraşdırdığımız yanlış xatirələr... -  Yuxuların motivi necə yaranır?

Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır?

15:00 11 oktyabr 2025
Qarderob - Olqa Tokarçukun hekayəsi

Qarderob - Olqa Tokarçukun hekayəsi

10:00 11 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər