Rövşən Lənkəranski ARAŞDIRMA

Rövşən Lənkəranski ARAŞDIRMA
30 iyul 2013
# 08:00

II hissə

Rövşən Lənkəranski – İkinci hissə

Qızıldiş Mamedin xatirələrindən:

O dövrdə Mirseymur Moskvada, Surqutda, Uralda, İrkutskda, Novosibirskdə ağlına, bacarığına, düzgünlüyünə görə ən hörmətli oğrulardan sayılırdı. Blatnoylar arasında söz-söhbət gəzirdi ki, Nardaranski Sibirdə böyük nüfuz sahibi olan Ded Xasanın sağ əlidir. Elə bir konfliktli söhbət olmazdı ki, Mir Seymursuz razobrat (araşdırıla) oluna.

İvankovun Sibirdəki smotryaşisi (vəziyyətə nəzarət edən) sayılan Soloma Moskvada olarkən ilk növbədə Mirseymurla görüşə gedər, yeniliklərdən xəbər tutar, məsləhətlər alardı. Moskvada məskən salmış oğruların böyük əksəriyyəti Mirseymur Nardaranski ilə hesablaşırdı. Həmin vaxtlarda mən İrkutskda yaşayır, Soloma və Sibir Sabirlə curluq, yoldaşlıq edirdim.

Mirseymur da Orta Sibirə gələndə mütləq Sibir Sabirin xatasına baş çəkər, orada Saloma ilə görüşərdi. Mirseymurla oturub söhbət etmək bəs edirdi adama. O qədər ağıllı, mədəni söhbətləri vardı ki, saatlarla ona qulaq asmaqdan doymazdıq. İrkutskda kolonda baş verən bir hadisədən sonra ona olan hörmətim bir idisə, yüz oldu. Bizim zonda o illər belə bir polojeniya idi ki, dustaqlar ərazilərə görə bir neçə qrupa bölünmüşdülər – ruslar, gürcülər, çeçenlər, orta asiyalı qıyıqgözlər, ermənilər, pribaltikalılar...

Bölgə qruplaşmaları vardı. Edik adlı erməni bir dustaq otururdu bizimlə və o, başlamışdı millət nifaqı salmağa. Mujiklərdən pul yığaraq özləri üçün obşak yaratmaq istəyirdi. Bir sözlə, ortaya nifaq salırdı. Sən demə, tutulanadək həmin Edik milisdə işləyibmiş. Edikin hərəkətləri necə olmuşdusa, həmin vaxt Novosibirskdə olan Mirseymura çatmışdı. Günlərin birində Mirseymur, Anzırski Bayram və Kolya Samarski gəldilər bizim zona. Mirseymur Ediki oturtdu söhbətə. Sakitcə sübut elədi ki, zonda belə axmaq söhbətlər aparmaqdan, uşaqları bir-birinə vurdurmaqdan əl çəksin. Bir adam ki, sistemdə işləyib, onun obşakla nə işi? Edik Mirseymurun onun haqqında əsaslı məlumatı olduğun görüb: "Mən vur-tut bir həftə poqon gəzdirmişəm” deyəndə, kurilkada oturanları gülmək tutdu. Yerindən sıçrayıb vaxtaya qaçmasaydı, Edikin pişiyini hansı divara dırmaşdıracaqlarını təsəvvür edin. Həmin andan sonra Ediki zonda görən olmadı. Mirseymurun gəlişindən sonra zonda milli məsələyə görə davalara son qoyuldu...

Moskvada çörəkpulu qazanmağa gələnlərin nə problemi vardısa, ya Sabirabadlı Hikmətin, ya da Mirseymurun üstünə gedirdi. Bilirdilər ki, nə məsələ olsa, ədalətlə həll edəcəklər.

2003-cü ildə Şolkovskoe şosesində yerləşən “Peşera” kafesində müəmmalı şəkildə qətlə yetirilənə qədər Mirseymurla Rövşən ən yaxın dost kimi ad çıxarmışdılar. Sabirabadlı Hikmət və Ağbaş Çingizin qətllərindən, Baxış Əliyev və Vaqif Süleymanovun həbslərindən sonra Rövşən azərbaycanlıların Moskvadakı nüfuz sahələrinə nəzarət etməyə başladı. Cavan olmasına baxmayaraq, Canıyev və onun iş adamları Sankt-Peterburqda, Sibirin bir neçə iri şəhərlərində və Ukraynada nüfuz dairəsi yaratmağı bacarmışdılar. 2003-cü ilin iyulunda “Apelsin” boulinq-klubda Elçin Yevlaxskinin qətlə yetirilməsini bəzi antirövşənçilər Canıyevin üstünə yıxıb ləkələməyə girişsələr də, kələkləri baş tutmadı. Bu qətllə əlaqədar olaraq Canıyevi 2004-cü ilin dekabrında Moskvada saxladılar. Rövşən alibilərini ortaya qoyaraq bulanmış sudan quru çıxdı.

Moskvada və Rusiyanın böyük şəhərlərində keçirilən sxodkalarda Lənkəranski mütəmadi olaraq iştirak edir, nüfuzlu avtoritetlərlə ünsiyyət qurur, müntəzəm şəkildə məhbəslərə “qrev” göndərirdi. Hələ 30 yaşı tamam olmasa da, klassik “vor”larla oturub-durur, onların əqidəsində olduğunu göstərirdi.

2006-cı ildə Kutaisi klanının Moskvada keçirdiyi sxodka iştirakçıları MUR əməkdaşları tərəfindən saxlanılanda Rövşən də “Petrovka-38”-ə gətirildi. Həmin vaxt Lənkəranski beynəlxalq axtarışda olsa da, saxta sənədlər sayəsində həbsdən yaxa qurtara bildi.

Basmanov bazarında faciə

2006-cı il işgüzar görüşlər və faciəvi yaşantılar ili oldu. Fevral ayının 23-də səhər tezdən Moskvanın Bauman küçəsindəki “Basmanov” bazarında faciə baş verdi. Əsasən azərbaycanlı satıcıların çalışdığı yarmarkanın dam örtüyü göy gurultusunu xatırladan səslə uçdu və fəryad, inilti, nalə, söyüş hayqırtıları bir - birinə qarışdı. Faciə zamanı bazarda 500-ə yaxın adam olduğu barədə söz-söhbət gəzirdi. Hadisədən az sonra olay yerinə gələn Sabirabadlı Hikmət, Ağbaş Çingiz, Anzırlı Bayram, Alim və Lənkəranskinin səyləri nəticəsində şəhərin Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar arasında qalan yaralıları və cəsədləri çıxarmağa başladılar.

Moskva şəhərinin meri Yuri Lujkovun hadisə yerinə gəlişi çaxnaşmanı bir qədər də artırdı. Lujkov maşından düşən kimi yaxında dayanaraq göstərişlər verən Hikmətin dəstəsinə yanaşdı.

İlkin məlumatlara görə ölənlərin sayı 60 nəfərə yaxın (onların arasında bir azyaşlı uşaq da vardı), yaralıların sayı isə daha çox idi. Yaralıların əksəriyyəti kəllə-beyin zədələnməsi, qol-qıç, fəqərə sınıqları və qorxudan şok vəziyyətinə düşmə diaqnozları ilə avtoritetlərin təşkil etdikləri maşınlarda Moskvanın 36, 29 və 33 saylı xəstəxanalarına aparılırdı.

Xəstəxanalara baş çəkən azərbaycanlı avtoritetlər artıq həkimlərlə görüşmüş, yaralılar üçün lazımi şəraitin yaradılmasının qayğısına qalmışdılar.

Bir qədər sonra xəbər yayıldı ki, Moskva şəhər prokurorluğu fövqəladə hadisə ilə bağlı cinayət işi qaldırıb və onların icazəsi olmadan ölənlərin cənazələri doğmalarına verilməyəcək.

Sabirabadlı Hikmətlə Rövşən Lənkəranski prokurorluğa ağız açmaqdansa, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşməyi daha vacib sayaraq səfirliyə yollandılar. Səfir artıq prokurorluqla bu məsələ barədə əlaqə yaratdığını, lakin bir sıra problemlərin olduğunu söylədi: “Problemlərin başlıcası ondadır ki, soydaşlarımızın Moskvada qeydiyyatı yoxdur. Siz çalışın ki, lazımi sənədləri hazırlasınlar ”.

Səfir onu da qeyd etdi ki, dünyalarını dəyişən həmvətənlilərimizi lazım olunan konsulluq vergisindən azad ediblər.

- Soydaşlarımızın cəsədlərini vətənə gətirilməsi üçün lazım olan işləri dövlət öz üzərinə götürüb, - deyə səfir davam etdi. – Bu məqsədlə ölkə başçısının göstərişi ilə təyyarələr də ayrılıb. “Azal” Dövlət Konserninin vitse-prezidenti Sabir İlyasov 10 ədəd yük təyyarəsi ayrıldığını bildirib. Məndə olan məlumatlara görə, ölənlərdən 43-ü azərbaycanlıdır, faciədə yaralanan 33 nəfərdən isə 23-ü soydaşlarımızdır. Rusiya hökuməti həlak olanların ailələrinə 100 min, yaralılara isə 50 min rubl ödənilməsi barədə qərar qəbul edib.

Cənazələri yola salanadək Hikmət, Rövşən, naxçıvanlı Bayram, Amil, lənkəranlı Ağbaş Çingiz yuxunun, yeməyin, istirahətin nə demək olduğunu unutmuşdular. Faciənin terror, yaxud ayrı-ayrı fərdlər tərəfindən törədilməsi versiyaları üzərində baş sındırır, digər səbəbləri diqqətlə araşdırırdılar. Hadisə yerinə gələn Moskva şəhərinin meri Yuri Lujkov da avtoritetlərlə həmrəy idi və: - “Hesab edirəm ki, istənilən halda günahkar var və onun törətdiklərinə cavab verəcəyinə əminəm”, – demişdi.

Cavab verəcək adamlar isə hələ də tapılmayıb.

Cənazələrlə yüklənmiş təyyarələri yola salarkən Rövşən yorğun və pərişan səslə:

- Bu gün bizim üçün ən faciəli günlərindən biri – Xocalı soyqırımı günüdür... – dedi. – Həmin, 1992-ci ildə mən dünyada ən əziz, yaradanla mənim aramda vasitəçi olan adamı, atamı itirmişəm. 92-ci il qəlbimdə qaysağı qurumayan yaradır, – dedi. – Həm Xocalı, həm də “Basmanov” faciələrinin təqsirkarları mütləq cəzalarını almalıdırlar!

Acı xatirələr

Rövşən atasını həddindən artıq sevirdi. Ölümün gözünə dik baxmağı bacaran bu adam atası haqqında danışanda həmişə baxışları məchul bir nöqtəyə zillənir, gözləri nəmlənir.

“Atam axirət dünyasına gedəndən sonra onun ruhunu həmişə başımın üstündə hiss etmişəm”, - danışırdı. - Başımı onun cənazəsinə söykəyib ağlayanda Allahla mənim aramda vasitəçi olan atamı nə qədər çox sevdiyimi dərk etdim. Cismən məndən ayrılsa da, ruhən həmişə mənimlə olub atam. Məhkəməyə qədərki dövrdə elə bir gün olmayıb ki, onun ruhu ilə danışmayım”.

Ayrılıq yamandır, əhdimi kəsir,

Xəyalın gecələr yuxumda gəzir.

Mən qarşı gedirəm, o isə pərişan,

Bilməm niyə qaçır, hara tələsir?

Dinim, bərəkətim, çörəyim ata!

Həyat qübbəsinə dirəyim ata!

Nəğmədən bir çələng hörə bilsəydim,

Ömrümdən ömrünə verə bilsəydim,

Səni xəyalımda yaşatdığım tək,

Bir an deyib – gülən görə bilsəydim,

Bir təpər tapardı ürəyim ata,

Dinim, bərəkətim, çörəyim ata!

Əllərimi asimana sarı qaldırıb: “ Ya göylərin mehriban və mərhəmətli atası! Mənim ruhumu pak elə! Öz bəndənə xeyir-dua ver! Mən sənin köməyinə arxalanan, gələcəyi duyan, vicdanı təmiz bəndəyəm. Sənin yaratdığın canı özündən savayı kimsənin almaq ixtiyarı yoxdur. Amma mən artıq dörd ildir beynimi cırmaqlayan qisas hissindən qurtula bilmirəm. Bu fikri sən mənim beynimə yeritmisən. Hansı əzablar, məhrumiyyətlər, hətta həyatım bahasına olursa olsun, qisasımı almalıyam, ya Pərvərdigar! Sən məni xeyrin şər üzərində qələbəsinin silahı qismində gör, mənə atamın məzarı üstündə verdiyim andı yerinə yetirməyə kömək et! Yaratdığın kainat eşqinə sənə müraciət edirəm!

Rövşən duanı qurtarıb gözlərini açanda ona elə gəldi ki, yarım qaranlıq otaqda sanki bahar günəşi parladı. Hiss etdi ki, gözlərinə işıq, bədəninə qüvvət, beyninə aydınlıq gəldi. Və o, bunları göylərin razılığı kimi qəbul etdi.

Ömrümün baharı, cavan çağları,

Boranlı, tufanlı keçdi, atacan!

Çəkildi sinəmə hicran dağları,

Bağrımın başını deşdi, atacan!

Nə qədər ürəyi tutdumsa dilə,

Gah bəmdən inlədi, gah keçdi zilə.

Günlər aya döndü, aylar da ilə,

Qəlbi qisas hissi biçdi, atacan!

Bir ay sonra Canıyev yenidən az qala Mütəşəkkil Cinayət Dəstələrinə qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılacaqdı. “Lujniki” idman kompleksi sahəsindəki qapalı klubda düzənlənən sxodka dağıdılarkən Vyaçeslav İvankov, Mixail Voyevodinlə yanaşı Rövşən Lənkəranski də operativniklərə müqavimət göstərərək aradan çıxmışdı.

Həmin dövrdə Canıyevin dəstə üzvləri “Çerkizov” bazarına nəzarət edirdilər.

Azərbaycanlılar əsasən Moskvanın bazarlarında meyvə - tərəvəz biznesi ilə məşğul olurdular. Moskva və onun ətrafındakı bazarlarda realizə olunan meyvə - tərəvəzin 50 faizi onların payına düşürdü. Məsələn, Belozavodskiy rınokda gəncəlilər, Çeryomuşkinoda ordubadlılar, Rijskiy bazarda maştağalılar və bakılılar və sairə. Paralel olaraq azərbaycanlılar girdirmə araq-çaxır məmulatları satışından da xeyli gəlir götürürlər. Bu bizneslə məşğul olanlar əlbəttə ki, həm QUVD, həm prokurorluq, həm də FSB çinovniklərini yaxşıca “qızdırırdılar”. “Qrev” bircə gün gecikərsə, meşin qapılar arxasındakı kabinetlərdəki yumşaq kreslolarda əyləşən bədənlərə vic-vicə düşür və bazarları, sexləri “oblava”lar bürüyür, lisenziyaların, sertifikatların, xam malın haradan alınması, gətirilməsi yoxlanışları başlayırdı. Əgər burada hər şey qaydasındadırsa, işçi personalın sənədləri araşdırılır, qeydiyyat və sair, və ilaxır... Barmaq ilişdiriləsi nə isə tapılırdı.

Rövşən Lənkəranskini yaxşı tanıyan, onunla birlikdə Psixoloji Dispanserdə müalicə kursu keçən, Moskvada birlikdə iş görən avroritet Amilin söhbətlərindən:

Rövşən məndən iki yaş cavan olsa da, ondan çox şey öyrənmişəm. O da mənim kimi atasının qisasını aldığına görə qazamata düşüb. Mən oğrular aləmində çoxlarına hörmət bəsləmişəm, amma öz dünyamda Rövşən Lənkəranskini hamıdan üstün tutmuşam. İndi onun 35 yaşı var, amma onunla Deduşka Xasan hesablaşır ( söhbət 2010-cu ildə baş tutub), fikrini bölüşür. Allah Rövşənə can sağlığı versin, yəqin bilirəm ki, 40 yaşında vsemirnıy zakonnik olacaq.

Ardı var

Rövşən Lənkəranski - Polis atanın oğru oğlu ARAŞDIRMA

# 7617 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #