Gənc veteranın iztirabları

Gənc veteranın iztirabları
6 avqust 2013
# 07:00

Ramilə Qurbanlı

“Müharibə miniatürləri“ qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacağam. Daha doğrusu, o hadisələri verəcəyəm ki, orda bu həqiqətlər öz əksini tapacaq. Məhz həqiqətlər.

Bir otağında yaşadığımız yataqxana hansısa zavodun subaylar üçün yataqxanası idi.

Otaq subay əmimin idi, üzbəüzdəki otaq da onun olmuşdu, amma bir qaçqın ailəyə sadəcə bağışlamışdı otağını. Sonralar həmin ailə o otağı bizə satıb köçüb başqa yerə getdilər. Ona qədər həmin otaqda yaşayan ailənin gənc veteran oğlu şəhid oldu. Düzdür, artıq atəşkəs çoxdan elan olunmuşdu, 1997-ci ildən danışıram, amma o oğlan həqiqətən şəhid oldu.

Gənc veteran Qarabağda vuruşmuşdu. Bir –neçə dəfə yaralanmışdı. Altı aydan bir hospitalda müalicə alırdı. Heç yerdə işləmirdi, bilmirəm işləmək istəmirdi, yoxsa iş tapmırdı. Soruşmamışdım bu barədə, amma hiss olunurdu ki, adam gənc yaşında həyatdan əl götürüb, heç bir addım atmağa həvəsi yoxdur. Evli idi, iki az yaşlı oğlu da vardı, ailəsi çox vaxt ondan ayrı, hansısa rayonda olardı. Onları ailə kimi bir yerdə görməmişdik, onun uşaqları üçün darıxdığı da hiss olunmurdu. Nə bilim, bəlkə elə ailəsindəki bu pərakəndəliyə görə həyatdan zövq ala bilmirdi bu adam. Həmişə yaxşı musiqilər dinləyərdi, musiqinin səsi bizə də gəlirdi. Musiqini sevirdi, amma həyatı yox. Niyə görəsən?

Bütün bu düşüncələr ölümündən sonra onun haqqında düşünəndə ağlıma gəlib. Əgər o vaxtlar gəlsəydi, keçib qarşısına jurnalistliyimdən də istifadə edib çox suallar verərdim ona, nə bilim bəlkə də verməzdim. Qız uşağının nə marağı ola bilər? – soruşardılar adamdan. Bax, indi bunu da oxuyan on nəfərdən bir nəfərin olsa belə, ağlına gələcək ki, yəqin xoşum gəlib gənc veterandan. Yox, sadəcə bu insanın yaxşı insan olmasına rəğmən qəribəlikləri və talesizliyi kədərləndirirdi məni. O, tək deyildi ki, Qarabağ müharibəsi neçə-neçə belə gəncin taleyini alt-üst etdi, bir deyil, beş deyil, heç min də deyil, minlərlə. Kimisi şahid oldu, kimisi sadəcə bədbəxt.

Oğlunun bizim ailə ilə oturub-durması anasını da bizə tərəf dönməyə sövq etdi. Oğlu atamla söhbət edib gedəndən sonra anası gəlib ağlayıb-sıtqayırdı ki, bəlkə sizə deyir dərdini, oğlum niyə gün-gündən solur.

Atam ona heç nə demirdi, amma bir gün evdə dedi ki, o oğlan əlinə götürdüyü güllə mərmisindən zəhərlənib, mərmi zəhərləyici olub. Özü atama danışıb ki, həmin döyüşdə yüngül güllə yarası alan belə sağ çıxmadı. Qulağını yalayıb keçən güllə yarasından ölən döyüş yoldaşlarım oldu-deyib. Yerə düşən bir mərmini əlimə götürüb baxdım ki, görüm bu necə şeydir belə, ondan sonra hər gün özümü heç nədən pis hiss etməyə başladım.

Bir gün səhər anası ağlaya-ağlaya bizə gəldi ki, oğlu bir qutu yuxu dərmanını birdən atıb yatıb. Təcili yardım çağırdıq, apardılar onu həmişə müalicə olunduğu hospitala. Sağaltdılar, amma ondan sonra cəmi bir həftə hospitalda yatdı və dünyasını dəyişdi.

Ölümündən sonra ailəsi evlərinə qayıtdı. Yoldaşı məndən xahiş etdi ki, ona ərinə şəhidlik verilməsində yardımçı olum, heç olmasa uşaqlarına kömək olar. İmtina etdim, mən eliyəsi iş deyil, dedim. Qadına ərini ağır dönəmlərdə tək qoyduğu üçün hörmət edə bilmirdim, indi anlayıram; ailənin içini kim bilə bilər ki. O gecə qəribə bir yuxu gördüm. Gənc veteran girdi yuxuma, bircə kəlmə - Uşaqlarıma kömək ol,-dedi. Səhər özüm onun xanımını çağırıb sənədləri gətirməsini istədim. Bir ay çəkmədən gənc veterana halalı olan şəhidlik statusunu verdirdim, o vaxtlar hələ mətbuat çox iş görməyə qadir idi. Bu statusla balaca oğlanları 18 yaşlarına qədər atalarının müavinətini ala biləcəkdilər.

Köçüb getdikləri üçün uşaqların sonrakı talelərindən xəbərsizəm, İnşallah, atalarının taleyi onları izləməz...

Birinci yazı

İkinci yazı

Üçüncü yazı

Dördüncü yazı

Beşinci yazı

# 5089 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər