Qurşaqdan yuxarı rəqs

Qurşaqdan yuxarı rəqs
10 aprel 2013
# 13:46

“Harlem Shake” ABŞ-da yaranmış musiqi və video paylaşım cərəyanıdır. Salsa və bir çox rəqs cərəyanlarının əsası qoyulan Harlem bölgəsində yaranıb. Cərəyanın təməli DJ Bauer ləqəbi ilə tanınan amerikalı musiqiçi Harri Rodrigesin 23 avqust 2012-ci ildə YouTube-a yüklədiyi “Harlem Shake” mahnısı ilə qoyulub. Bütün videolar və rəqslər bu mahnı ilə hazırlanılır. İnternet məkanında “Harlem Shake”nin populyarlığı 20 yanvar 2013-cü ildə “Filthy_Frank” adı ilə tanınan bir bloqçunun öz bloqunda paylaşdığı video ilə başlayıb.

“Harlem Shake”nin tarixi

“Harlem Shake”nin kökləri 1981-ci ilə gedib çıxır. Nyu-Yorkun Harlem məhəlləsinin “Al BM” adıyla tanınan bir sakinin kəşfi olan rəqs “Gövdənin və çiyinlərin yellənməsi ilə həyata keçirilən qurşaqdan yuxarı rəqs” olaraq tanınır. Rəqsi ilk kəşf edən şəxs rəqsin adını “albee” qoysa da, rəqs Harlem məhəlləsinin sərhədlərini aşdı və “Harlem Shake” adı ilə tanınmağa başladı. 2001-ci ildə Nyu-Yorkun müxtəlif hip-hop sənətçiləri mahnılarında bu musiqiyə yer verdi. “Harlem Shake” belə məşhurlaşdı.

Rəqsin texnikası

Rəqs bir nəfərin səssiz və ciddi ortamda eyni hərəkətləri təkrarlaması ilə başlayır. İlk hissədə rəqsə ətrafdakı digər insanlar qoşulmur. Ancaq ikinci hissədə ətrafdakılar da sanki qeyri-iradi olaraq rəqsə qoşulur və rəqs davam edir. Bir çox video klipə ideya verən “Harlem Shake”nin evdə, hərbi hissədə, parkda, ofisdə hazırlanmış müxtəlif videoları var.

24 saat ərzində 300 min baxış

2 Fevral 2013-cü ildən etibarən Filthy_Frank-in yüklədiyi videonun müxtəlif parodiyaları YouTube-a yükləndi. Bunlardan biri-“PHL_On_NAN” adlı istifadəçinin yüklədiyi video 5 fevral tarixində rekord sayda baxıldı. 24 saat ərzində 300 min dəfə baxılan video “Harlem Shake” parodiyalarının çoxalmasına səbəb oldu. Fevralın 7-də “Himravn” adlı “YouTube” istifadəçisi “Harlem Shake”nin yeni versiyasını yüklədi. Bu video yüklənən kimi böyük populyarlıq qazandı və bir həftə ərzində 7,4 milyon dəfə baxıldı. Bu videodan sonra “Harlem Shake” inanılmaz dərəcədə populyarlaşdı. Facebook, Vimeo, CollegeHumor ve BuzzFeed kimi böyük saytların istifadəçiləri bunu paylaşmağa başladı. Artıq 2013-cü ilin fevral ayının ikinci həftəsində YouTube-də 4 mindən artıq “Harlem Shake” videosu vardı. Bu rəqəm fevral ayının 13-də 12 minə çatdı və ümumi baxış sayı 44 milyonu keçdi.

Cəlil Cavanşir

# 4095 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər