Aşotu mələdən Xanbala

Aşotu mələdən Xanbala
27 iyul 2015
# 07:30

İndiyə kimi elə bilirdim ki, şair Xanbala göz-başını dağıtsa da fərli heç zad yaza bilməz.

Şairin sonuncu şeirini oxuyandan sonra bu fikrimin ortasına elə bil bomba düşdü. Xanbala yazmışdı ki, Allah, ermənilərin kişisini qır, dişisinə dəymə. Vətənpərvər şairimizə vətən xaini damğası vurmağa tələsməyin. Erməni qadınlarının sağ qalması Xanbalaya başqa şeyə görə lazımdı. Şair istəyir, bu bihəyalar sağ qalıb pozğun əməlləriylə, məhrəm yerlərinə küpə salmalarıyla erməniləri cəmi dünya millətlərinin qabağında başıaşağı eləsin.

İçi-çölü siyasi gedişlərlə zəngin şeirlərinə xatir Xanbalanın xətrini həmişə əziz tuturam. Hərdən oturub dərdləşirik. Bu yaxında Sabir bağında qarşılaşdıq. Keçib oturduq boş skamyaların birində. Söhbət necə oldusa hərlənib gəldi ermənilərin üstünə. Dedim, şair, görürsən bu dığalar nə oyun çıxarır? Ermənilər son on ildə dana yanbızına qonan rəngbərəng milçəklər kimi daraşıblar Rusiya şou-biznesinə. On serialın səkkizində erməni əsilli aktyor, aktrisa çəkilir. Ermənilər yavaş-yavaş bazarlardan ayaq çəkib üz tuturlar elm, incəsənət sahəsinə. Moskvanın göbəyində bina kirələyib mədəniyyətlərini nümayiş elətdirirlər aləmə. Rusiyanın reytinqi tavan cırmaqlayan kanallarında özlərinə yer eləyiblər.

“Comedy club”ın təsisçisi də ermənidi, aparıcısı da... “Comedy women”in rəhbəri də erməni qadındı. Yumruq boyda başı var. Deməli, yekəbaş olmaqla deyil. Bütün gün özlərini reklam eləyib toy tutmaq haqda fikirləşən sənətçilərimiz niyə bu barədə bir dəfə də olsun başlarını qaşımırlar?

Xanbala bir siqaret yandırıb qoydu damağına. Sağ gözü siqaretin tüstüsündə it-bata düşüb görünməz olanda başladı danışmağa: “Biz hər sahədə ermənilərdən üstünük. Cavanlıqda başıma gələn bir hadisə yadıma düşdü. Ermənilərin Bakıda pıtraq kimi bol olan vaxtlarıdı. Mən də hələ qafiyəni təzə-təzə oturduram rədifə. Fikrimdə var ki, çıxım dəniz qırağına. Oturum tənha bir guşədə, şeirdən, qəzəldən yazım. Elə yenicə tini burulmuşdum, rastıma qonşumuz Atobba çıxdı. Salamlaşdıq. Gördüm, qonşum sözlü adama oxşayır. Atobba səsini səngidib məndən soruşdu ki, qonşu, sən meyxana deyə bilirsən? Dedim, ay dünyadan bixəbər, meyxana deyə bilməyən necə əlinə qələm alıb özünə şair deyə bilər? Atobba dedi ki, Aşot adlı bir erməni iş yoldaşım var, bədahətən söz deyir. Deyə bilərsən onunla? Dedim, anasını da mələdərəm. Görüşün gününü və yerini vədələşdik. Dəniz qırağında xudmani çayxana var idi. Həmən çayçıda oturub başladım gözləməyə. Bir azdan Atobbayla erməni gədəsi girdilər çayxanaya. Salam-kəlamdan sonra qafiyə tutuldu. Erməni əlindəki dəfi şapalaqlayıb meymun balası kimi atılıb-düşürdü. Bir xeyli deyişdik. Gördüm, bicbala az qalır məni üstələsin. Qəfildən yadıma “Əsli-Kərəm” dastanı düşdü. İki misrayla vurdum ermənini sevər yerindən:

Kərəm sevib Əslinizi

Sevim sizin nəslinizi.

Gədə pərt olub əlində tutduğu dəfi cırıq-cırıq elədi.”

Xanbala sözünü bitirib dərindən nəfəs aldı. İstədim deyəm, axı bu hadisə sənin yox, başqa şairin başına gəlib. Susdum. Xanbalanın üzünə baxdım. Sağ gözü yenə tüstüdə it-bat olmuşdu, görünmürdü...

# 3603 dəfə oxunub

Oxşar xəbərlər

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər