Sufilik: Şərqdə yol, Qərbdə gizli təşkilat

Sufilik:  Şərqdə yol, Qərbdə gizli təşkilat
22 mart 2023
# 12:00

Kulis.az Rəvan Cavidin yeni yazısını təqdim edir.

İslamın mistik üzü, ilahi eşqin tərənnümçüsü, min ildən artıqdır gizli tərəfləri aşkara çıxmayan təriqət, ədəbiyyata, musiqiyə, rəssamlığa, sənətin ayrı-ayrı qollarına təsir etmiş, Qərb fəlsəfəsinin ideoloji yönünü dəyişmiş Sufilər. Sufilik sadəcə dini ayinləri, ritualları, ibadət evləri, müxtəlif təriqət qolları ilə deyil, həm də dərvişanə mədəniyyət və həyat tərzi ilə İslamın bütün qollarından fərqlənir. Bəzi şiələr və sələfilər onları dönük adlandırır. Bunun səbəbi Sufilərin Yer üzündə Allahın təcallasını axtarmaqlarıdır. Bu başqa bir yazının geniş mövzudur. Bu yazıda Sufilərin qurduğu, Amerika siyasətinə ciddi təsir göstərmiş, “Oskar”, “Emmi” kimi məşhur sənət mükafatlarına ev sahibliyi etmiş, məşhur amerikalı komediya aktyorunun Misirə səfərindən sonra yaradılmış Müsəlman Mason Lojasından bəhs edəcəm: “Shriners Mason Lojası”

Bu, tarixdəki ilk müsəlman mason lojası deyil. Sufiliyin etimologiyası ilə maraqlandığımızda qarşımıza “Qədirilər” təriqətinin tarixi və bu təriqət üzvlərinin çoxunun Qüdsün işğalından sonra Fələstinin Tiberiya şəhərinə köç etdikləri ilə bağlı müxtəlif mənbələr çıxır. Günümüzün sufiləri özlərini “Qədirilər” təriqətinin “İsmaililər” qolunun davamçıları kimi təqdim edirlər. Əslində, bu gün Türkiyədə, Suriyada, İraqda, Əfqanıstanda “Qədirilər” və “İsmaililər”in üzvləri və təriqət evləri mövcuddur. Yəni, Sufilər hazırda özlərini onlardan ayırmağı bacarıblar. Qədirilər on ikinci əsrdə Tiberiyadan köç etdikdən sonra “Böyük Mason Lojası”nı yaradırlar. Günümüzdə bəhs olunan bir çox gizli təşkilat və servislərin “ulu babası” hesab olunan bu lojanın əsasını Qərbdə ingilislər, Şərqdə isə qədirilər qoyub. 1166-cı ildə “Qədirilər”in şeyxi öldükdən sonra bir qrup müsəlman lojanı tərk etsə də, dərviş həyat tərzinə davam edirlər. Və günümüzdəki Sufiliyin əsasını qoyurlar.

Sufi sözünün etimalogiyası dörd fərqli mənbədə dörd fərli ehtimallar üzərində dayanıb. Birincisi odur ki, 1821-ci ilə qədər “sufi” ifadəsindən istifadə olunmayıb. İlk dəfə Qərb ədəbiyyatında bu kəlməyə alman mənbələrində rastlayırıq. Şərq mənbələrində belə bir sözün nə vaxtdan istifadə olunması barədə etibarlı mənbə yoxdur. Qeyd edim ki, sufilərə bu söz dillərə düşənə qədər təsəvvüfcülər deyilib. İkinci variant odur ki, sufi sözü ərəb dilindəki “suf” sözündəndir. “Suf” dilimizə “yun” kimi tərcümə olunur. Sufilər əbalarında və cübbələrində sufdan istifadə etdiklərinə görə belə adlandırıla bilərdilər. Üçüncü ehtimal ibrani dilində olan “Ain Sof” ifadəsidir. “Ain Sof” mütləq sonsuzluq deməkdir. Sufiliyin fəlsəfəsi də mütləq sonsuza çatmaq, onun eşqi ilə yaşamaqdır. Bu ehtimal bizə həm də yunan dilindəki “sophia” (hikmət) sözünü də xatırladır. Dördüncü ehtimalı isə sufi şeyxlərinin özü deyir. Onlar ərəb əlifbasındakı üç hərfin (“Sad”, “vav” və “fe”) üç dəfə təkrarından ruhumuzdakı bir çox kodların açarı olan ilahi ritmin yarandığını deyirlər. Hələ bəzi sufi hücrələrində musiqiyə və şeirlərə “sssuuufff” deyə başlayırlar.

Sufilik deyəndə ağlımıza ilk gələn ad hansıdır? Mövlanə. İkinci? Şəms Təbrizi. Amma bu adlardan əvvəl və sonra sufiliyin daha dərin şeyxləri və müridləri var. Qazzali, Ömər Xəyyam, Firuddin Əttar, İbn Arabi, Sədi Şirazi, Hakim Cami, Hakim Sənai, modern tarixdə İdris Şah və s.

Qayıdaq “Shriners”ə.

Bu lojanı 1870-lərin ən məşhur komediya aktyoru Uilyam Florans Misirə getdikdən və sufi mədəniyyətini gördükdən sonra yaradıb. Misirdə yaşayan sufilərin həyat tərzi, mədəniyyətləri, musiqiləri, poetikaları aktyorda dərin izlər buraxır. Misirdən geri qayıdan Florans mənsub olduğu mason lojasının toplantılarında sufilərdən bəhs edir. Vətəklif olunur ki, yeni bir alt-mason lojası qurulsun. Müsəlmanlardan və müsəlmanlığı qəbul edənlərdən qurular bu lojanın əsas istinad nöqtəsi osmanlı türkləri və Osmanlı mason lojaları olur. Fəs taxan, ərəbcə salamlaşan üzvlər qısa müddətdə lojanı böyüdə bilirlər. Lojanın qurucularından biri olan Volter Fleminq elitar mason üzvlərinin İslamı öyrənməsini vacib bilir. İclaslardan birində “Əksik olan tərəflərimizi, mənəvi ehtiyaclarımızı İslam dini qarşılayacaq, İslam mədəniyyəti bizim elitarlığımız üçün vacibdir” deyir.

Bu lojanın dərəcələndirmələrindən tutmuş rituallarına qədər hər şey digər mason lojalarından fərqlənir. Məbədlərini belə məscid memarlığında tikirlər. Hazırda həmin lojalardan bir çoxu fəaliyyətdədir.

İlk məbədləri Nyu-Yorkdakı Məkkə məbədidir. Lojanın ümumi üzvlərinin sayı 1900-lərdə əlli beş mini keşmişdi. Loja üzvləri arasında Amerika prezidentləri Truman, Ruzvelt, Cerald Ford da var. Hər otuz ildən bir keçirdikləri yürüşdə loja mənsubları “Ağ ev”ə üzərində İslam simvolları həkk olunmuş fəslərlə girir və xalqı müsəlman adətləri ilə salamlayır. Üzvlər arasında FTB başqanı Huver, Amerika Hərbi Donanmalarının generalları Omar Bradli, Duqlas Makartur da var. 1952-ci ildə Truman, 1960-cı ildə isə Con Kenedi prezidentlik andını “Shriners”in məbədində keçirir. 1933-cü ildə “Nyu-York Times” yazırdı ki, mason lojaları arasında ən zəngin, ən elitar, ən mədəni loja “Shriners”dir.

Lojanın Los Ancelesdəki “Məlikə” məbədində bu günə qədər 10 dəfə “Oskar” mərasimi, bir çox dəfə isə “Qremmi” və “Emmi” mükafatlarının verilmə mərasimləri təşkil olunub.

Qeyd edim ki, müsəlman adətləri ilə idarə olunan lojanın üzvlərinin İslam dini ilə əlaqəsi yoxdur. Onlar İslamı nizamnamə kimi qəbul etmiş, Sufiliyə maraq göstərmiş şəxslərdir. Geyimləri, atributları, davranışları dərvişanədir.
11 sentyabr hadisələrindən və Amerikadakı islamafob siyasətdən sonra loja öz qüdrətini itirməyə başlasa da, hələ də müəyyən məqsədlər üçün fəaliyyətdədirlər.

Bu, Sufiliyin təsir etdiyi sadəcə bir mason lojasıdır. Bunu kimi yüzlərlə mason və ustad lojaları İslamın mistik üzü kimi təqdim olunan təsəvvüfçüləri özlərinə örnək götürür.
Sufilik Şərqdə aydınlanma yolu kimi bilinsə də, Qərbdə bu fəlsəfədən təsirlənənləri nəinki inkar edirlər, həm də bu fəlsəfənin gücündən istifadə edib işığın qaranlıq üzünə keçirlər. Bütün hallarda isə, Sufilik sonsuza uzanan yolu, Onun işığını və Onda yaşamağın həzzini təbliğ edən qədim təriqətdən başqa bir şey deyil.

# 3893 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #