Rasim Qaraca Tiflisdən danışır: “Gürcülərdən öyrənəcəyimiz çox şey var” - Müsahibə

Rasim Qaraca Tiflisdən danışır: “Gürcülərdən öyrənəcəyimiz çox şey var”  - Müsahibə
27 oktyabr 2021
# 09:01

Kulis.az bu günlərdə Gürcüstanda keçirilən 6-cı Beynəlxalq Poeziya Festivalında Azərbaycanı təmsil edən şair-yazıçı Rasim Qaraca ilə müsahibəni təqdim edir.

- Öncə festival haqqında ümumi məlumat verməyinizi istərdik.

- Beynəlxalq ədəbiyyat Festivalı Gürcüstanda hər il keçirilir. Bu 6-cısıydı, pandemiyaya görə keçən il fasilə verilmişdi. Festivalın kuratoru şair-yazıçı Şota İataşvilidir. Şota Azərbaycan ədibləri tərəfindən tanınan bir addır, bir neçə dəfə Bakıda tədbirlərdə iştirak edib. İlk dəfə Jurnal Redaktorlarının Bakı Forumunda onu Bakıya dəvət etmişəm və Şota burada çoxlu dostlar qazanıb. Festival ilk fəaliyyətə başladığı zamanlardan mənim adım dəvətlilər arasında olub, ancaq ölkədə çıxışıma yasaq qoyulduğuna görə 4 il bu dəvətlərə cavab verə bilməmişəm, bu il artıq belə bir fürsət yarandı.

Açıklama yok.

- Sizcə, bu festivalın özəlliyi nə idi?

- Ədəbiyyat festivalları bütün dünyada yayğındır, demək olar, bütün mədəni ölkələrdə buna bənzər çeşidli tədbirlər olur. Bizdən fərqli olaraq yazarlar, şairlər daim səyahətdədir, bu cür forumlara qatılır, əlaqələr qurulur, kiçik və ya böyük yazar-şair şəbəkələri yaradılır. Və ya hansısa şairin başqa bir ölkədə kitabı nəşr olunur və imza günlərinə, ədəbi görüşlərə dəvət alırlar. Mən gördüyüm gürcü şairlərin gəzmədiyi ölkə yoxdur. Bu yaxınlarda gənc bir şairin – Paata Şamuqiyanın şeirlər kitabı “Alatoran” Yayınlarında nəşr olundu. Bu, Paatanın xarici ölkədə nəşr olunan 6-cı kitabıdır. Başqa gürcü yazarları da belədir. Bu gün gürcü yazarının arxasında Yazarlar Evi (Writers House) dayanır. Busəfərki festivala ev sahibliyi edən də Yazarlar Evi idi. 12 ölkədən 16 şair və yazar dəvət olunmuşdu. Hər bir iştirakçıya özəl saatlar ayrılmışdı, şeirlər oxunur, müzakirələr aparılır və suallara cavab verilirdi. Tədbirin əsas özəlliyi müxtəlif ölkələrdən olan sənət adamlarının bir araya gəlməsi, əlaqələrin yaranmasıydı. Və ya, belə demək olarsa, hər bir iştirakçı üçün bu özəlliklər fərqli ola bilərdi. Mənim üçün bir həftə boyunca poetik atmosferin saxlanması, hər kəsin biri-birinə şeir oxuması, burada az rast gəlinən ədəbiyyat söhbətləri idi.

Bir 2 kişi, ağaç ve açık hava görseli olabilir

- Başqa yaddaqalan nələri gördünüz?

- Yazarlar Evinin direktoru Nataşa Lomouridən yemək masası arxasında yarızarafat soruşuram: “Sizcə bir gürcü yazarı nə zaman Nobel alacaq?” O da tam ciddiyyətlə cavab verir: “Biz buna hazırlaşırıq”. Məncə, bu cavab Gürcüstanda ədəbiyyat prosesinin necə olduğu haqqında yaxşı təsəvvür yaradır. Onu deyim ki, Yazarlar Evi gürcü yazarların iradəsiylə yaradılıb. Gürcü mesenat Saracişvilinin 1910-cu ildə inşa etdiyi böyük malikanə uzun müddət sovetdən qalma, yaşlı yazarların ixtiyarında olub, yaxşıca intriqa yuvası imiş, lakin yeni nəsil gürcü yazarlar bu sahədə, bizdən fərqli olaraq, reforma etməyi bacarıblar. Mədəniyyət Nazirliyi bu yeni formasiyanı tanıyır və nazirliyin nəzdində olan Tərcüməyə Dəstək Proqramı da bu təşkilatın tərkibinə daxil edilib. Tiflisdə hər şey yaddaqalandır. Xüsusən şəhər sakinlərinin öz evinə, qapısına, pəncərəsinə, küçə divarına yaradıcı yanaşması, ümumən şəhərin şablona sığmaması, müxtəlif memari üslubların bir arada olması yaddaqlandır.

- Analoji tədbirlər bizdə niyə yoxdur və olması üçün nə edə bilərik?

- Bizdə yazıçılar, yaradıcı insanlar sistematik olmağa daha çox meyllidir. Qalstuk taxsınlar, məclisdə şeir oxusunlar və “Tərəqqi” medalı alsınlar. Təşəbbüs olmayan yerdə isə geridəqalmışlıq var. Azərbaycan ədəbi mühitinin bataqlıq olduğunu bilirdim, ancaq Tiflis səfərindən sonra onun üfunətini daha aşkar hiss etdim.

Bir 5 kişi ve oturan insanlar görseli olabilir

- Ümumilikdə Gürcüstandakı ədəbi mühitdən nələr öyrənə bilərik?

- Öyrənə biləcəyimiz şeylər çoxdur. İlk öncə dünyada gedən ədəbiyyat proseslərinə inteqrasiya etmək ola bilər. Lakin öz gücümüzlə bunu edə bilməyəcəyik. Mədəniyyət Nazirliyi yazarlardan gələn təşəbbüsləri dəstəkləməlidir. Yazarlar Birliyinin burada baş fiqur olması bizi bataqlıqdan çıxmağa qoymayacaq.

# 4752 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #