Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı
21 dekabr 2024
# 15:00

Kulis.az ən yaxşı 10 sevgi romanının siyahısını təqdim edir.

Ceyn Ostin - "Qürur və qərəz"

Bakıda Qürur və Qərəz Ceyn Ostin isbn 2001090804637 — Alinino.az

Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Lev Tolstoy - "Anna Karenina"

Anna Karenina

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir. Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.

Emili Bronte - "Tufanlı yoxuşlar"

Tufanlı yoxuşlar

“Tufanlı yoxuşlar” dünya ədəbiyyatının ən məşhur sevgi romanlarından biridir. İllər keçdikcə bu məşhurluq nəinki azalır, əksinə, artır.

Roman əsasında onlarla film çəkilib. Əsərin süjeti bəstəkarları da cəlb edib, onun əsasında mahnı və balladalar bəstələnib, hətta Stefani Mayerin məşhur “Alatoranlıq” saqasında da “Tufanlı yoxuşlar”dan epizodlar var. Bu, qeyri-adi kitabdır: süjetin ani şəkildə doğurduğu faciəvi nəticələri və gözlənilməz dönüşləri ilə... Təbiətin müəmmalı və anlaşılmaz təzahürləri ilə qəhrəmanların qəlbində elə ehtiraslar baş qaldırır ki, bu, ən hazırlıqlı oxucunu belə sarsıdır.

Marqaret Mitçel - "Küləklə sovrulanlar"

Küləklə sovrulanlar

Anadan olduğu Atlanta şəhəri Marqaret Mitçelin sayəsində bütün dünyada tanınır. Onun bioqrafiyası sanki “Küləklə sovrulanlar” romanının qəhrəmanı Skarletin həyatının tam ekvivalentidir. Romanda qələmə alınan hadisələr Vətəndaş müharibəsi fonunda təsvir edilir.

On il müddətində yazılan roman 190 dəfə yenidən nəşr olunub. 1939-cu ildə ekranlaşdırılan bu əsər Oskar almış ilk rəngli film kimi tarixə düşüb. Yazıçının doğma şəhəri Atlantada filmin premyerası böyük uğur qazanıb, filmdən sonra müəllif daha da məşhurlaşıb. Lakin çoxsaylı oxucu müraciətlərinə baxmayaraq, M. Mitçel daha heç bir əsər yazmayıb.

Nikolas Sparks - "Xatirə dəftəri"

“Qeyri-adi adam deyiləm – buna əminəm. Adi adamam, həyatım sadə olub, xüsusi fəlsəfəm-filanım da yoxdur. Mənə heykəl qoyası deyillər, adım da tezliklə unudulacaq. Amma sevmişəm. Ürəkdən, səmimi-qəlbdən sevmişəm və bundan artığını istəməmişəm”.

Həyatınız boyu oxuya biləcəyiniz ən ecazkar eşq hekayələrindən biri bu cümlələrlə başlayır.

Qabriyel Qarsiya Markes - "Vəba günlərin eşq"

Nobel mükafatçısı Qabriel Qarsia Markesin “Vəba günlərində eşq” romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır. Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə – doktor Xuvenal Urbinoya ərə gedir. Bu evlilikdə Ferminanın atasının da böyük rolu olur. O, kasıb teleqrafçının yox, tanınmış həkimin qayınatası olmağı üstün tutur. Bunun üçün bir çox əziyyətlərə qatlaşaraq xoşluqla olmasa da qızını yolundan döndərə bilir.

Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq, Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir.

Ağrı-acılar, təsadüfi eşqlərlə dolu zaman keçir və Florentina da varlı, cəmiyyətin hörmət etdiyi şəxs olur. Və düz 51 il 9 ay 4 gündən sonra sevgisinə – illərlə həsrətini çəkdiyi Ferminasına qovuşur. Bununçün o, səbirlə doktorun ölümünü gözləyir.

Şarlotta Bronte - "Ceyn Eyr"

Avropa ədəbiyyatında və dünya kinosunda ən romantik əhvalatlardan biri.

Kitab həqiqi hisslər və ideallara sədaqət, aldanmış ümidlər və nəciblik haqqında, dramatizmlə dolu təsirli bir əhvalatdan bəhs edir. Nə zamana, nə şəraitə, nə də taleyin zərbələrinə sığan sevgi haqqındadır. Həyat üzünə gülmürsə, dayanıb onu gözləməkmi lazımdır? Bu təsirli əhvalat xoşbəxt sonluqla bitəcəkmi? Nə baş versə də, sevgiyə və şəfqətə, insanlığa və ədalətə, insan ləyaqətinə və ruhun gücünə olan inamı əsərin qəhrəmanına bütün sınaqlardan alnıaçıq çıxmağa kömək edir.

Erix Seqal - "Sevgi hekayəsi"

Varlı ailədən olan Oliver Barret IV ailə ənənəsini davam etdirir və özündən əvvəlkilər kimi Harvard Universitetində hüquq təhsili alır. Bir gün o, Redklif kollecində musiqi tələbəsi olan fəhlə sinfindən Cennifer Kavalleriyə aşiq olur. Cütlük evlənməyə qərar verir, lakin Oliverin atası III Oliver Barret bu evliliyi istəmir və oğlunun günlük xərcini kəsir və onu mirasından da məhrum edəcəyini deyir. Oliver üçün atasının maddi dəstəyi olmadan Harvardda oxumaq çox çətindir. Həyata sıfırdan başlamaq məcburiyyətində qalan yeni evlənən cütlük Oliverin məktəb xərclərini qarşılamaq üçün müxtəlif işlərdə işləməyə başlayır. Uşaq istəsələr də, hamilə qala bilməyən Cenniferdə aparılan analizlər nəticəsində, leykemiya aşkarlanır.

Odri Niffeneqqer - "Zaman səyyahının arvadı"

Watch The Time Traveler's Wife (HBO) | Max

"Zaman səyyahının arvadı" amerikalı yazıçı Odri Niffeneqqerin debüt romanıdır. Fantastika və romantika janrlarına aid edilən kitab kitabxanaçı Henri və sənətkar Klaranın hekayəsindən bəhs edir. Henri bənzəri tapılmayacaq qeyri-adi bir genetik xüsusiyyətə sahibdir. O istəmədən də olsa, zamanda səyahət edə bilir.

Əsər Britaniya Kitab Mükafatına layiq görülüb. 2009-cu ildə "Warner Bros" əsər əsasında eyniadlı film çəkib. Sözsüz ki, bu film əsərə olan marağı ikiqat artırıb.

Niffeneqqer müsahibələrində əsəri öz uğursuz sevgi münasibətlərindən sonra, bir anda gələn ilhamla yazdığını, buradakı "zamanda səyahət edən partnyor"un da öz münasibətini ifadə edən bir metafor olduğunu qeyd edib.

Yan Makevan - "Kəffarə"

Atonement (2007) - IMDb

1935-ci ilin yayında bir gün Tallis ailəsinin on üç yaşlı qızı Briony, böyük bacısı Sesiliya ilə ailənin qulluqçusunun oğlu, Sesiliyanın uşaqlıq dostu Robbi arasında qarşılaşmanın şahidi olur. Brioninin böyüklər dünyası haqqında məlumatsızlığı və hekayələr danışmağa olan marağı onun hər üçünün həyatına dərindən təsir edəcək bir cinayət törətməsinə səbəb olacaq.

İkinci Dünya müharibəsinə və XX əsrin sonuna qədər qəhrəmanlarının pozulmuş həyatlarını izləyən roman sevgi, müharibə, uşaqlıq və hekayələrin gücü haqqında unudulmaz bir romandır.

# 1358 dəfə oxunub

Oxşar xəbərlər

4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

09:05 23 dekabr 2024
Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

12:00 19 dekabr 2024
Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

15:35 18 dekabr 2024
"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

17:00 16 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
# # #