Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi
23 iyul 2026
# 18:40

Kulis.az "Miksteyp" rubrikasından məşhur "Lili Marlen" mahnısı haqqında materialı təqdim edir.

İkinci Dünya müharibəsinin ən qanlı günləri idi. Səngərlərdə ölüm hər an əsgərlərin üzünə baxırdı. Belə bir vaxtda, həm Almaniya, həm də müttəfiq ordularının əsgərləri hər gecə eyni vaxtda silahlarını yerə qoyub bir mahnıya qulaq asırdılar. Bu, eyni vaxtda hər iki düşmən cəbhənin sevə-sevə dinlədiyi yeganə melodiya idi: "Lili Marlen".

Lilli Marlene (Lili Marleen) (High Voice) by Marlene Dietrich Sheet Music  for Real Book – Melody, Lyrics & Chords at Sheet Music Direct

Mahnının tarixi əslində, Birinci Dünya müharibəsinə gedib çıxır. 1915-ci ildə alman əsgəri Hans Leyp Rusiya cəbhəsinə göndərilməzdən əvvəl bir şeir yazır. O, sevdiyi iki fərqli qadının – öz sevgilisi Lilinin və yaxın dostunun sevgilisi Marlenin adlarını birləşdirir. Şeir əvvəlcə "Növbədə duran gənc əsgərin nəğməsi" adlanırdı. Uzun illər bu kədərli misralar sadəcə kağız üzərində, diqqətdən kənarda qalır.

1938-ci ildə bəstəkar Norbert Şultse bu şeirə musiqi bəstələmək qərarına gəlir. Bir il sonra, 1939-cu ildə məşhur müğənni Lale Andersen mahnını ifa edir. Lakin mahnı ilk vaxtlar heç bir uğur qazanmır. Səsyazmadan cəmi 700 nüsxə satılır. Hətta qramofon vallarının bir çoxu musiqi dükanlarının rəflərində toz basıb qalır. Heç kim bu qəmli melodiyanın tezliklə bütün dünyanı fəth edəcəyini ağılına belə gətirmirdi.

Lale Andersen CD: Wie einst Lili Marleen 1935-1953 (3-CD) - Bear Family  Records

Mahnının taleyi 1941-ci ildə tamamilə dəyişir. Alman ordusu Yuqoslaviyanı işğal etdikdən sonra Belqradda yeni hərbi radio fəaliyyətə başlayır. Radionun rəhbəri Karl-Haynts Rayntgenin əlində yayımlamaq üçün kifayət qədər val yox idi. Təsadüfən Vyanadan ona göndərilən qutudakı valların arasından "Lili Marlen" çıxır. O, mahnını hər gecə tam olaraq saat 21:55-də, yayımın sonunda səsləndirməyə başlayır.

Tezliklə bu qəmli səs Şimali Afrika cəbhəsində, həm alman, həm də ingilis əsgərləri arasında əsl fenomenə çevrilir. Hər gecə mahnı səslənəndə səngərlərdə atəş səsləri kəsilir, hamı radionu açırdı. Lakin Almaniyanın Təbliğat naziri Yozef Gebbels bu mahnıya qətiyyən dözə bilmirdi. O, mahnının əsgərlərdəki döyüş ruhunu öldürdüyünü və depressiv olduğunu deyərək yayımını dərhal qadağan edir. Buna baxmayaraq, məşhur general Ervin Rommelin israrlı tələbi ilə radio mahnını yenidən səsləndirməyə məcbur olur.

Marlene Dietrich - IMDb

Mahnının şöhrəti o qədər böyüyür ki, ingilislər də onu öz dillərinə tərcümə edib oxuyurlar. Daha sonra isə əfsanəvi aktrisa və müğənni Marlen Ditrix mahnını ifa edərək onu tamamilə ölümsüzləşdirir. Ditrixin ifası mahnıya fərqli bir kədər, intizar və dərinlik qatır. "Lili Marlen" sadəcə cəbhədəki bir sevgi mahnısı deyil, müharibənin dəhşətləri içində sülhü və evə qayıtmaq ümidini simvolizə edən sənət əsərinə çevrilir. O, bu gün də bəşər tarixinin ən təsirli sülh hekayələrindən biri kimi xatırlanır.

# 71 dəfə oxunub

Oxşar xəbərlər

"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

17:00 23 iyul 2026
Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

14:00 19 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

Gəlinlik geyinməyən sevgi romanları ustası - O, niyə heç vaxt evlənmədi?

10:00 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər