Həyat yoldaşına xəyanət etdi, oğlu evini qumarda uduzdu – Muxtar Maniyev onu niyə vurmuşdu?

Həyat yoldaşına xəyanət etdi, oğlu evini qumarda uduzdu – Muxtar Maniyev onu niyə vurmuşdu?
5 sentyabr 2023
# 21:00

Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür.
Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə bir müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.

***

Səyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslanı!
Ofeliya xanımın anası Bədurə xanım qızının aktyorla ailə qurmasına razılıq vermir. Lakin Səyavuş özünə söz verir: "Ya Ofeliya ilə evlənəcəm, ya da heç kimlə"
Ofeliya xanımı qaçırdır.

Gallery

Deyilənə görə, cütlük çox kasıb olub. Səyavuş Aslanın toy gününə geyinməyə paltarı olmayıb. Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrın paltar sexindən bəylik kostyumu seçib veriblər. Onların Çingiz və Eldar adlı iki oğlu olur.

***

Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir. Deyilənə görə, onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olub. Ofeliya xanım xəyanəti nə qadın həmkarına, nə də sevdiyi insana bağışlayır. Bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır...

Gallery

Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da, teatrın arxasındakı evdə yaşayırdılar. Səyavuş müəllim ömrünün sonunacan onu sevib:

“Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı biz elə deyildik... Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, zamanında dərk etsəydim, bəlkə də, heç səhv etməzdim. Mən başqası ilə evlənsəm, qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm.

Gallery

Səyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Mətbuat yazırdı ki, oğlu Çingiz Aslan atasının "Xətai" metrosu yaxınlığındakı evini qumara qoyub. Səyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə: "Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunları hara aparırsınız? Deyir, oğlun bunları üç min manata satıb. Üç min verib yola saldım onları." - deyib.

Gallery

Çox mərd və alicənab olub. Gənc aktyor Sərdar Rüstəmov xatırlayır:

"Təxminən, 2002-2003-cü illər idi. Teatrdan 8-9 "şirvan" maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşla ancaq bufetə olan borcumu ödəyə bilirdim. Bir gün bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı "şirvan"ı keçib. Həmin vaxt Səyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir? Ağabəy dedi, filan qədər borcu var. Borcumu bağladı, sonra da Ağabəy əmiyə dedi ki, indi yediyinin də pulunu çıx".

***

Gənc həmkarlarının problemləri ilə maraqlanar, hətta bəzən nüfuzundan istifadə edər, onlara görə məmurlara ağız açardı.

***

Deyilənə görə, yaxın dostu Hacıbaba Bağırov ona xəyanət edib. O, teatrın rəhbəri olmaq üçün Səyavuş bəyə "quyu qazıb."
Səyavuş Aslan da dostundan küsüb, Akademik Milli Dram Teatrına gedib və ömrünün sonunacan Hacıbaba Bağırovu danışdırmayıb.

***

“Bəyin oğurlanması” filminin çəkilişi vaxtı rejissor Vaqif Mustafayev Muxtar Maniyevə tapşırıb ki, Səyavuş Aslana şillə vursun. Əslində, o məşhur səhnə ssenaridə yox imiş. Düzdür, səhnə reissorun istədiyi kimi təbii alınır, ancaq həmin gündən sonra Səyavuş müəllim Vaqif Mustafayevdən küsüb və onu heç vaxt bağışlamayıb.

Gallery

O, Sərxan Kərəmoğlunun “Adam ol!” filminə çəkildiyinə görə peşman olduğunu bildirib.

***

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

# 5191 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #