Gənclərin yolunu kəsən xanəndələrimiz - Ulucay Akif

Gənclərin yolunu kəsən xanəndələrimiz - Ulucay Akif
7 sentyabr 2023
# 10:00

Kulis.az Ulucay Akifin “Belə olmaz” adlı yeni yazısını təqdim edir.

Xalq artisti Arif Babayev Konservatoriyanın Muğam kafedrasının müdiri vəzifəsindən çıxıb. Açıqlama da verib ki, yaşım o yaş deyil, cavanlara yer vermək lazımdır.

Nə gözəl!

“Cavanlara yer vermək lazımdır”, “gənclərə yol açmaq lazımdır” – inkişaf üçün, yenilik üçün bundan gözəl düşüncə ola bilməz.

Bütün sahələrdə bu təfəkkürə sahib olmağımız lazımdır. Ələl-xüsus da mədəniyyət sahəsində.

Çünki dünya ilə ayaqlaşmağın başqa yolu yoxdur.

Belə olmayanda nə musiqin dünyaya səs salır, nə ədəbiyyatın, nə də başqa bir şeyin. Elə dolmanı, lavaşını qoltuğuna vurub dünyaya mədəniyyət adı ilə sırımağa çalışırsan.

Avropadakılar da bizə baxıb gülürlər ki, bunların dərdinə bax da, erməni ilə dolma-lavaş davasının əlində girinc qalıblar.

Bu qanqaraldan söhbətlərin dərinliyinə enib kefimi daha da pozmaq istəmirəm.

Dediyim odur ki, cavanlara yer vermək lazım olduğunu başa düşən yaşlılarımızın, vəzifəli şəxslərin olması çox gözəldir.

Xalq artistimiz Arif Babayevin də “cavanlara yer vermək lazımdır” deməsi məni sevindirdi. Ta ki xəbərin ardını oxuyana kimi.

Məlum oldu ki, Arif Babayevin yerinə həmin vəzifəyə 62 yaşlı Xalq artistimiz Mənsum İbrahimov təyin edilib.

Arif müəllim də deyib ki, "Mənsum cavan kadrdır, istedadlıdır, qoy getsin işləsin".

Belə…

Görürsən ki, boşuna ümidlənmisən.

Arif Babayev 62 yaşlı birinə cavan deyirsə, ortalama insan ömrünün 200 il olduğunu düşünür yəqin.

62 yaşında gənc, gənc kadr olar?

İndi adamlar üstümə tökülüşəcək ki, “Arif Babayev də, Mənsum İbrahimov da bizim dəyərli sənətkarlarımızdır, onlarla işiniz olmasın!!!”.

O adamlara indidən demək istəyirəm ki, mənim nə Arif Babayevlə, nə də Mənsum İbrahimovla işim var. Heç muğama da qulaq asmıram. Televizorda muğam eşidən kimi kanalı dəyişirəm. Yəni heç muğamla da işim yoxdur.

Mənim işim insanların təfəkkürü, düşüncəsiylədir.

62 yaşlı adama gənc demək, gənc kadr demək gülməlidir, camaatla məzələnməkdir.

Təsəvvür edin, hansısa başqa ölkədə deyirsən ki, bizdə də filan vəzifəyə gənc kadr təyin etdilər. Yaşını soruşurlar, deyirsən ki, 62!

Adama gülməzlər?

Sizi bilmirəm, məncə (!), gülərlər.

Allah hər ikisinə uzun ömür, can sağlığı versin, nəvə-nəticə toyu görsünlər.

Muğamdan başım çıxmır deyə sənətlərini qiymətləndirə bilmərəm, amma hər iki xanəndəyə ancaq gözəl dualar edə bilərəm.

Ümid edirəm ki, muğam kafedrasının müdiri vəzifəsində gözümün olduğunu düşünməyib, yazımın səmimiyyətinə inanarsınız.

# 11001 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

14:20 13 mart 2026
"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." -  Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." - Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

10:00 13 mart 2026
Qərib saymadılar Təbrizdə məni... - Cabir Novruzun şeirləri

Qərib saymadılar Təbrizdə məni... - Cabir Novruzun şeirləri

16:00 12 mart 2026
“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Kainatı ironik və gülməli təqdim edən yazıçı - Onun mistik  "42" rəqəminin sirri nə idi?

Kainatı ironik və gülməli təqdim edən yazıçı - Onun mistik "42" rəqəminin sirri nə idi?

15:00 11 mart 2026
“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

12:00 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər