Feministlər Məryəmin hamiləliyinə niyə inanmır? - Araşdırma

Feministlər Məryəmin hamiləliyinə niyə inanmır? - Araşdırma
4 aprel 2022
# 17:00

Kulis.az xristian mifologiyasının əsas ünsürlərindən olan Müqəddəs Qədəh haqqında araşdırmanı təqdim edir.

Müqəddəs qədəh sadəcə bir əfsanədir? Müqəddəs qədəh əfsanəsi Qərb Xristianlığında ən uzunmüddətli əfsanə statusuna malikdir. Əfsanəyə görə İsa Məsihin yəhudilər və romalılar tərəfindən çarmıxa çəkilməsindən əvvəl həvarilərlə yediyi sonuncu şam yeməyində istifadə etdiyi və ya çarmıx vaxtı aramatiyalı Yusifin İsanın qanını doldurduğu qədəh hesab olunur. Həmin bu qədəh uğrunda bir bilsəniz, nə qədər savaşlar olub... Haqqında romanlar yazılan bu qədəh əvvəllər diqqət mərkəzindən yayınmışdı, lakin 19-cu əsrin ortalarında araşdırmaçı və roman yazarlarının diqqətini yenidən üzərinə çəkmişdi.

A Quest for Answers - What Is the Holy Grail? | Sporcle Blog

Məcdəlli Məryəm...

Bəzi əfsanələrə görə İsa bu qadını ölümündən qabaq həyat yoldaşı və davamçısı kimi xüsuslandırmışdı. Bu da mübahisəli mövzu olaraq qaldığına görə iddia edirlər ki, əvvəl fahişə olmuş, sonradan İsa ilə evlənib uşağını dünyaya gətirən bu qadını tarix qəbul etmir, din də birmənalı qarşılamır. Bunun da səbəbi orta əsrlərdə kişilərin suveren kilsəsi qadınların yüksəlişini cinayət hesab edirdi, qadın şeytaniləşdirildi və ona “günahkar” deyildi.

Həqiqətdə də İsanın məcdəlli Məryəmlə evlənməsi daha məntiqli idi. Çünki İsa yəhudi idi və o dövrün yəhudi dünyagörüşü yetkinlik yaşına çatmış bir kişinin subay qalmasını qadağan edirdi. İsa evli olmasaydı, İncil bundan bəhs edərdi. Dolayısı ilə guya İsanın havariləri ilə birlikdə sonuncu şam yeməyində istifadə olunan və ya çarmıxda İsanın qanı ilə doldurulan müqəddəs qədəh deyil, İsa soyunun davamçısı olan məcdəlli Məryəmi simvolizə edir.

Mary Magdalene — Jonathan Olley

Məryəmin bətni...

Məğzdən uzaqlaşmayaraq bildirmək istərdim ki, bu qədəh gizli xəzinə deyil, nə də sirr kimi tutularaq dinə hansısa kölgə salmır.

Bəs əntiq əşya sayılan bu qədəh masada niyə görünmür? Bunun açıqlamasını belə verirlər: İsa çarmıxa çəkiləndə Məryəm onun uşağına hamilə idi və sonuncu şam yeməyi masasında o da var idi. Feminist yanaşma buna bir növ həqiqət kimi yanaşmır. Çünki Leonardonun “Sonuncu şam yeməyi” əsərində həmçinin saqqalı olmayan və feminist kimi görünən başqa bir gənci görürük. O, qadın da ola bilərdi, kişi də.

Milanın “Müqəddəs Məryəm” kilsəsinin divarında asılmış tabloda bu sirr öz kodunu deşifrə edir. Orada İsanın yanında əyləşənlərdən biri kişi deyildi.

The Last Supper (Leonardo) - Wikipedia

O, qızılı saçları və iri sinəli qadın – Məryəmin özü idi. Diqqətimizi İsanın sağ tərəfinə yönəltsək, orada qədəh görməyəcəyik. Həmin qədəh məcdəlli Məryəmin bətni idi... Rəssam bunu elə formada kilidləyib ki, fikrimiz qadına deyil, qədəhə yönəlmişdi.

Qədəh əslində qadınlıq rəmzidir. Həm vizuallığı, həm də təmsili olaraq bu, belədir. Çünki kilsə tərəfindən müqəddəs dişi tamamilə yox edilmiş tanrıçanı təmsil edir.

“Müqəddəs qədəh” barəsində 1982-ci ildə papiruslar əsasında Henri Linkoln, Maykl Bagent və Riçard Leyç imzasıyla nəşr olunan “Müqəddəs qan – Müqəddəs qədəh” adlı kitab məşhur yazıçı Den Braunun “Da Vinçi şifrəsi” romanının istinad mənbəyinə çevrildi.

Dərin araşdırmalara çıxan Den Braun bu kitabında sətirlərə çeevrilən Leonardo da Vinçi və onun “işlərində” gizli şifrələr var…

# 6070 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər