Ən yaxşını tapmaq istərkən... – Şekspirdən aforizmlər

Şekspir

Şekspir

13 iyun 2022
# 21:00

Kulis.az ingilis dramaturq və şairi Uilyam Şekspirin aforizmlərini təqdim edir.

Allah sizə bir üz verib; bir dənə də siz əlavə etməyin.

Sevinc səmimiyyət olan evlərdə yaşayır.

Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir.

Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlar da onunla fəxr edirlər.

Daha yaxşı yaxşının düşmənidir.

Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur.

Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir.

Ağlın bağlamadığı dostluğu, ağılsızlıq rahatca poza bilər.

Optimist yaranın üstündə qabıq, pessimist isə qabığın altında yenə yara görər.

Heç bir miras düzgünlük qədər zəngin deyil.

Ah! Bu qədər əhvalatlar oxudum, dastanlar eşitdim, eşqin yolu həmişə kələ-kötürdür.

İgidlik intiqam qazanmaqda deyil, dözüm göstərməkdədir.

Eşq dəlilikdir.

Danışmamışdan əvvəl düşün, hərəkət etməmişdən əvvəl ölç.

Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur.

Ötmüş fəlakətə kədərlənmək yenisini dəvət etməyin ən əmin yoludur.

Hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da qəm-qüssə lazımdır, yoxsa adam özünü tez unudar.

Bütün sevənlər edə biləcəklərinin daha çoxunu edəcəklərinə and içirlər, lakin edə biləcəklərini belə etmirlər.

Ən yaxşını tapmaq istəyərkən yaxşını da itiririk.

İnam, etibar ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz.

Əslində, heç bir şey yaxşı və ya pis deyil. Hər şey bizim onlar haqqında düşündüyümüzə bağlıdır.

Fəlakət, dost sayını sıfıra endirər.

Bir böhtan başqa böhtanları doğurar.

Hamını dinlə, ancaq çox az insana cavab ver.

İnsanlar etdikləri pisliklər arxasında yaşayıb, yaxşılıqları çox vaxt sümükləriylə birlikdə basdırılar.

Mən sənin eşqinlə güclüyəm inan
Bütün Yer üzünün krallarından.

Yağışı sevdiyini söyləyirsən, amma yağış yağanda çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən, külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.

Sevən insan ilk baxışdan sevər.

Ayrılığın göydəki ulduzlar qədər növü var.

Buz kimi ləkəsiz, qar kimi təmiz olsan da, böhtandan qurtula bilməzsən.

Dodaqların şərab kimidir və mən sərxoş olmaq istəyirəm.

Həqiqət yerin yeddinci qatında olsa da, bir gün ortaya çıxır.

# 17214 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına tablolar həsr edən sənətkar  - Çarlz Blekmanın məşhur əsərləri

Həyat yoldaşına tablolar həsr edən sənətkar - Çarlz Blekmanın məşhur əsərləri

16:50 12 avqust 2026
Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?

14:25 12 avqust 2026
"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını  bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

12:00 12 avqust 2026
Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər