Bu əsərlər rədd edildi, sonra məşhurluq qazandı – Siyahı

Marsel Prust, Orxan Pamuk, Corc Oruel

Marsel Prust, Orxan Pamuk, Corc Oruel

14 iyun 2022
# 17:00

Kulis.az qəbul olunmayan, nəşriyyatların çap etmədiyi, sonradan məşhurluq qazanan 10 əsəri təqdim edir.

Marsel Prust – "İtirilmiş zamanın sorağında"

Kitab Svann yolunda. İtirilmiş zamanın sorağında ( I kitab ) | Marcel Proust  | | Alinino.az

Redaktor Prustun bu kitabını çox sıxıcı hesab edərək çapından imtina etmişdi. Sonradan hissə-hissə çap olunan roman modernist təmayülün ən mühüm əsərlərindən biri hesab olundu.

Mixail Bulqakov – "Master və Marqarita"

Книга Master Və Marqarita | Mixail Bulqakov | | Alinino.az

Bu əsər SSRİ-də azadlığın boğulmasına işarə etdiyi üçün çap edilməyib. Lakin, Bulqakovun ölümündən sonra, 1967-ci ildə roman işıq üzü gördü və XX əsrin ən möhtəşəm romanları sırasına daxil oldu.

Teodor Drayzer – "Kerri bacı"

Книга Kerri bacı | Teodor Drayzer | | Alinino.az

Bu roman ilk dəfə nəşr olunduqda əxlaqsızılığı təbliğ etmək ittihamı ilə kütlələrin etirazına səbəb olmuşdur. İttihamdan sonra yazıçı 10 il susqunluğa qərq oldu. Ötən illər onu göstərdi ki, “Kerri bacı” dünya ədəbiyyatının ən parlaq nümunələrindən biridir.

Vladimir Nabokov – "Lolita"

Lolita Hakkında Özeti Vladimir Nabokov | YORUMLAR | ESA

1955-ci ildə çap olunan romanda orta yaşlı bir kişi ilə 12 yaşlı qız arasındındakı yasaq sevgi münasibətlərindən bəhs olunur. Kitab bu gün XX əsri çox gözəl xarakterizə etsə də, o dövrdə İngiltərə Daxili İşlər Nazirliyi Gömrük İdarəsi rəsmilərinə kitabın ölkəyə daxil olan bütün nüsxələrinin ələ keçirilməsi əmrini vermişdi. Bu qadağa 1959-cu ilə qədər davam etdi. Daha sonra kitabın təkrar nəşri böyük səs-küyə səbəb oldu və kitabın çap olunduğu nəşriyyatın həmtəsisçilərindən olan siyasətçi Nigel Nikolsonun nüfuzunun aşağı düşməsinə gətirib çıxardı.

Henri Miller – "Xərçəng tropiki"

Xərçəng Tropiki - Qanun.Az | Kitab | Kitablar

Cinsi münasibətləri olduğu kimi təsvir etdiyindən nəşr olunduğu dövrlərdən etibarən əsərə embarqo qoyulmasına səbəb olmuşdur.

“Xərçəng Tropiki” əsəri, qoyulan bütün embarqolara baxmayaraq, yalnız nəşr edilməsindən otuz il sonra – 1964-cü ildə bəraət qazandıqdan sonra yenidən çap edilməyə, satılmağa və oxunmasına icazə verildi. Əsərin Amerikada nəşrindən sonra ona qarşı iyirmi əyalətdə altmışa yaxın şikayətlə məhkəməyə verilsə də, bu məhkəmələrin hamısının nəticəsi eyni oldu və ABŞ höküməti əsərə bəraət verməyi qərara aldı.

Deni Didro – "Rahibə"

Deni Didro — Vikipediya

Gənc rahibə qızın etiraflarından bəhs edən roman bu səbəbdən qəbul olunmayıb və 1797-ci ildə, yazıçının ölümündən üç il sonra çap edilib.

Orhan Pamuk – "Cevdet bey ve oğulları"

Cevdet Bey ve Oğulları - Orhan Pamuk | kitapyurdu.com

Roman 1970-ci illər Türkiyəsində siyasi xaos dövrü və maliyyə çətinliyi baxımından çap edilə bilməmişdi. Hətta roman o vaxt “Milliyet Roman” mükafatını qazansa da, maraq doğura bilməmişdi. Axırda, Orxan Pamuk qəzetdə bu romanın “satılmaq” elanını verərək onu nəşr edə bilmişdi.

Herman Melvill – "Mobi Dik"

Amazon - Mobi Dik: Melvil, Herman: Books

“Mobi Dik” bir çox naşir tərəfindən rədd edilmişdi. Naşirlərin əsəri çap etməmək səbəbi çox vaxt eyni olurdu: mövzu yaxşı deyil, daha maraqlı mövzuda yazmaq olardı.

Corc Oruell – "Heyvanıstan"

Kitab Heyvanıstan | Corc Oruell | | Alinino.az

“Heyvanıstan” 1945-ci ildə yazılmışdı və dörd nəşriyyat tərəfindən rədd cavabı almışdı. Romanın siyasi ideologiyaya xidmət etdiyini və eyni zamanda məntiqsiz olduğunu düşündükləri üçün çap etməyiblər.

F. Scott Fitzgerald – "Möhtəşəm Qetsbi"

Möhtəşəm Qetsbi — Frensis Skott Fitscerald | Bookmate-də onlayn kitab oxuyun

Fitzgeraldın bu romanını nəşriyyatlar çox qəribə bir səbəbə görə çap etmirdilər: “Qetsbi obrazı olmasaydı, əsər daha maraqlı olardı”.

BONUS

Ayxan Ayvaz - "Pəncərəsiz"

Kitab Pəncərəsiz | Ayxan Ayvaz | 9789952381733 | Alinino.az

İntiharı təbliğ etdiyi ittihamı ilə bir neçə nəşriyyat çapından imtina etmişdi (Roman hələ ki məşhurluq qazanmayıb).

# 3110 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #