Azadlıq heykəli yunan ilahəsini simvolizə edir?

Azadlıq heykəli yunan ilahəsini simvolizə edir?
22 aprel 2023
# 15:50

Kulis.az "Azadlıq heykəlinin sirri" məqaləsini təqdim edir.

Azadlıq Heykəli dünyanın ən məşhur heykəllərindən biridir. Nyu Yorkdan okean istiqamətinə baxır. Köhnə geyimdə, bir əlində məşəl, digərində isə sirli yazı olan “JULY IV MDCCLXXVI” lövhəsini tutur. Ayaqlarının altında zəncir parçaları var. Aydındır ki, bunların hər birisinin özünəməxsus bir mənası var.

Bəzi araşdırma mərkəzləri Azadlıq heykəlinin başındakı tacı antik dövrdə olan taclarla oxşarlığını gördülər. Beləliklə, Azadlıq heykəli ilə Hekateni müqayisə etdilər. Hekate Yunan panteonuna Asiyadan gəlmiş çox qədim və nəhəng ilahədir.

O, ölüm ilahələrindən biridir. Həmçinin Hekate cadu və gecə sehrli varlıqları himayə edirdi, o, Vəhşi ovun analoquna rəhbərlik edirdi - gecələr insanları qorxunc itlərlə təqib edirdi. Eyni zamanda, məclislərdə hikmət, müharibədə xoşbəxtlik, dəniz sənayesində zəngin qənimətləri himayə edirdi.

o, qaranlıq ilahəsi kimi qaranlığı dağıda bildi - başının ətrafındakı şüalar və əlindəki məşəl də bunu ifadə edir. Təəccüblü deyil ki, o, həm də ay işığı ilahəsi hesab olunurdu.

Azadlıq heykəli ABŞ üçün fransızlar tərəfindən təqdim edilmişdir. Onlar qədim mifologiyanı çox sevirdilər və ola bilsin ki, Azadlıq Heykəlini məqsədli şəkildə Hekate bənzədiblər. Fransada Frigiya papağı azadlıq simvolu hesab olunurdu. Bu, qədim Romada azadlığa çıxan qullar tərəfindən geyilirdi. Parisdəki Respublika meydanında azad Fransanın heykəltəraşlıq abidəsini bəzəyən odur. Ancaq bu papaq Azadlıq heykəndə yoxdur.

Düzdür, Azadlıq Heykəlində Hekatedən bir çox şey yoxdur, bənzərlik yalnız başından saçan şüalar və məşəldir. Əsl Hekate heç vaxt zəncir və lövhələrlə təsvir olunmayıb.

Çoxlarına elə gəlir ki, Azadlıq heykəlinin sol əlində kitab var, bu belə deyil. Antik dövrdə kitablardan istifadə edilmirdi. Ən azından onlar bizim öyrəşdiyimiz tipə malik deyildilər. Bu, əslində daş bir lövhədir.

# 5358 dəfə oxunub

Oxşar xəbərlər

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər