Nura Surinin oğlu qəzaya düşdü - Foto

Nura Surinin oğlu qəzaya düşdü - Foto
18 iyun 2021
# 10:09

Müğənni Nura Surinin oğlu Xosrov qəzaya düşüb.

Hadisə ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib.

O, San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Belə ki, dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.

N. Suri məlumatı təsdiqləyib. İfaçı övladının möcüzəvi şəkildə həyatda qaldığını bildirib: “Bir ay dincəlməlidir. Şükürlər olsun, həkimlər vaxtında müdaxilə edib. Allah onu qoruyub. Hazırda vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, Xosrov uzun illərdir ABŞ-da yaşayır. O, “Amazon” şirkəti ilə əməkdaşlıq edib. Hazırda peşəkar kikboksinqlə məşğuldur, eyni zamanda “Delivery guys” şirkətinin rəhbəridir. /qafqazinfo.az/

May be an image of 3 people, including Nura Suri and people standing

# 5930 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər