Kamal Abdulla: "Hər kəs ağlına gələni etməyə başlasa..."

Kamal Abdulla: "Hər kəs ağlına gələni etməyə başlasa..."
16 aprel 2020
# 17:41

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın karantin günləri və virusla mübarizə barədə fikirlərini təqdim edir.

– Kamal müəllim, bütün dünyanın ritmini, sosial həyatı iflic etmiş koronavirusla bağlı nə deyərdiniz, hansı hissləri keçirirsiniz?

– Hamı kimi, mən də bu bəlanın tezliklə uzaqlaşacağını düşünürəm. Mənə elə gəlir ki, Azərbaycanda bunun üçün hər kəs – prezidentindən tutmuş, bu məsələyə ağıllı, müdrik yanaşan vətəndaşlara qədər – doğru-düzgün addımlar atır. Prezidentimizin, nazirliklərimizin – Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işçilərinin, Nazirlər Kabinetinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB-in əməkdaşlarının, həkimlərimizin, polislərimizin fəaliyyəti göz qarşısındadır. Bu şəxslərin və qurumların gördüyü işlər təqdirəlayiqdir və mən arzu edirəm ki, bütün dünya, təbii ki, Azərbaycan da daxil olmaqla, bu bəladan tezliklə yaxasını qutarsın.

-Belə məqamlarda dövlətin və toplumun önündə gedən şəxsiyyətlərin dəstəyi, məsləhətləri insanlar üçün vacibdir. Həmvətənlərinizə hansı məsləhətləri verə bilərsiniz?

– Belə məqamlarda ancaq dövlətin ətrafında sıx birləşməklə biz nəyəsə nail ola bilərik. Hər kəs ağlına gələni etməyə başlasa, o zaman xaos yaranar. Qanun var, onun çərçivəsi var, dövlət sənə deyir ki, bunun yolu budur, belə etmək lazımdır. Yəni evdə oturmaqdan başlamış, şəxsi gigiyenaya qədər, qoyulan qaydalara əməl etmək lazımdır. Ümumiyyətlə, biz yəqin ki, bu bəla ilə bu və ya başqa şəkildə, yaşamağa alışmalıyıq. Buna görə də öz gigiyenamızı, ünsiyyət, bir-birimizlə görüşmək, sağollaşmaq qaydalarımızı, ətraf mühitlə əlaqələrimizin tənzimlənməsini bir daha nəzərdən keçirməliyik.

-Karantin rejimində vaxtınızı necə keçirirsiniz, yeni əsərlər üzərində işləyirsinizmi?

– Mən evdə otururam, yaradıcılıqla məşğulam. Universitetimizin onlayn sisteminə qoşulmuş proseslərə nəzarət edirəm. Və tələbələrlə müəllimlərin ünsiyyətinin bu şəkildə də olsa, qırılmamasına çalışıram.

-Öz kitablarınız da daxil olmaqla, oxumaq üçün tövsiyə edəcəyiniz və özünüzün də oxumaq istədiyiniz kitablar hansılardır?

– Bilirsinizmi, buna kifayət qədər asudə vaxt demək də doğru deyil. Sanki bu, ilk baxışdan asudə vaxt kimi görünür. Amma bu vaxtın gərginliyini, mənfi məqamını insan gözünün qarşısına gətirəndə, bu, o qədər də sənin istifadə edə biləcəyin vaxt anlamına gəlməz. Bu, məzuniyyətə çıxmaq deyil, sadəcə olaraq, müəyyən ağır bir dönəmi yaşamaq deməkdir. Nə cür yaşamaq isə hərənin özündən asılıdır. Əgər düşünsək ki, bizim vaxtımız çox olsa, evdə nəsə edərik, mənə elə gəlirki, bu, düzgün baxış deyil. Bunun özünün mənəvi çətinliyi və ağırlığı az deyil. İnsan böyük bir imtahan qarşısındadır və mən bir dəfə də bu barədə yazmışdım ki, bu imtahanı ləyaqətlə yaşamaq lazımdır./pressklub.az/

# 3674 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər