Arvadını işləməyə qoymayan, baş naziri güllələmək istəyən, qardaşından küsülü qalan Xalq yazıçısı

Arvadını işləməyə qoymayan, baş naziri güllələmək istəyən, qardaşından küsülü qalan Xalq yazıçısı
25 dekabr 2019
# 12:17

Bu gün Xalq yazıçısı Yusif Səmədoğlunun doğum günüdür. Kulis.az bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim edir.

Yusif Səmədoğlu əslən Qazaxlı olsa da Bakıda doğulub, məşhur şair Səməd Vurğunun ilk övladıdır.

***

Şair Zakir Fəxri evdə it saxlayan Yusif Səmədoğlugilə tez-tez gedirmiş. Bir gün Zakir yenə Yusifgilə gedir. Bu vaxt Yusif itinə kotlet qızartdırırmış. Qapıda qonağı görən yazıçı onunla zarafatlaşmaq üçün mətbəxdə işləyən aşpaza səslənir:

- Kotleti bol elə, Zakir Fəxri də gəldi.

***

Yusif Səmədoğlu nəşriyyatların birində şair-publisist Zülfüqar Rüfətoğlu ilə rastlaşır. Rüfətin yanında çox miskin görkəmli, yoxsul, hansısa qəzetdə korrektor işləməklə dolanan bir şair də varmış. Yusif müəllimlə səmimi görüşür və aralanır. Yusif müəllim Zülfüqardan soruşur:

- Bu kimdir?

Zülfüqar:

- Şairdir.

Yusif Səmədoğlu:

- Hiss elədim. Adamı yalnız şeir bu günə qoya bilər.

Gallery

Yusifin məşhur “Qətl günü” romanı çapdan çıxanda dostları uğurlu əsər üçün ondan qonaqlıq istəyirlər. Yazıçı birdən-birə çox xərcə düşməsin deyə müxtəlif vaxtlara üç-dörd adamlıq məclis planlaşdırır. Amma hər dəfə arası olmayan qələm adamlarını bir siyahıya salır. Heç kim gəlmir. Yusif müəllim eyhamla gülümsünüb şikayətlənir:

- Qəribədir, qonaqlıq verirəm, heç kim gəlmir.

***

Çoxu bilmir ki, Yusif Səmədoğlu bir müddət qardaşı Vaqif Səmədoğludan küsülü gəzib. Hətta onu yubileyinə də dəvət etməyib. Səbəbsə, Vaqifin çox içməsi olub.

***

Image result for Yusif Səmədoğlu ailəsi ilə"

Yusif Səmədoğlu “Ulduz” jurnalının baş redaktoru olanda ona bir gəncin şeirlərini tapşırırlar, salır nömrəyə. Mətbəədə məsul katib Zakir Fəxri şeiləri çıxarır. Jurnal çapa imzalananda Yusif müəllim təzədən o şeirləri əlavə edir. Çapa gedəndə Zakir Fəxri yenə çıxardır. Jurnal çap olunandan sonra Yusif müəllim şeirləri səhifələrdə görmür və əlini dizinə çırpır:

- Pahatonnan! Baş redaktor olasan, işlədiyin jurnalda şeir verə bilməyəsən!

***

İlk hekayələr kitabı Yusif Vəkilov imzası ilə çapdan çıxmışdı. Böyük türk şairi Nazim Hikmətlə o dövrdə münasibətləri olub. Məhz Nazimin tövsiyyəsiylə Yusif atasının adını özünə təxəllüs götürmüşdür.

***

Gallery

Hamının müasir insan kimi tanıdığı Yusif Səmədoğlu qısqanclıqdan həyat yoldaşını işləməyə qoymayıb.

***

90-cı illərdə professor Qəzənfər Paşayev Xalq Cəbhəsinin liderlərindən olan Yusif Səmədoğluna deyir:

- Niyə prezidentliyə namizədliyini vermirsən?

Yusif müəllim cavab verir:

- Qorxuram namizədliyimi verəm, seçiləm. Bəs sonra neyləyərəm?

***

Gallery

90-larda müştərilərin pulunu alıb qaçan “Vahidbank”da yazıçı Natiq Rəsulzadənin də xeyli pulu batır. Harayını Yusif müəllimə aparır:

- Az qalıram özümü öldürüm, mənə necə kömək edə bilərsən?

Milli Məclisin deputatı olduğu üçün tabelli tapança gəzdirən Yusif Səmədoğlu silahı çıxarıb stolun üstünə qoyur:

- Sənə köməyim yalnız bu ola bilər ki, silahımdan istifadə edə bilərsən!

***

20 yanvar hadisələri onu çox sarsmışdı. Həmin gecə evə gəlib ağlayıb. İlk dəfə Yusif Səmədoğlunu onda ağlayan görüblər. Deyib ki, insanları qıracaqlar. Küçədə, yolda oturanlara, yığışanlara yaxınlaşırdı ki, dağılışın. Yanvar hadisələrindən sonra kommunist partiyasından, biletindən imtina edib.

***

Gallery

Pənah Hüseyn baş nazir olan vaxt qərara alır ki, Azərbaycan Yazıçılar Birliyinin binasını Türkiyə səfirliyinə versin. Yusif Səmədoğlu ona zəng edir:

- Sən AYB-nin binasını yazıçılardan alsan, səni tüfənglə vuracam!

***

Çoxu yəqin bilmir ki, ustad aşıq Ədalət Nəsibovun tanınmasında Yusif Səmədoğlunun böyük rolu olub. Söhbət təkcə “Yeddi oğul istərəm” filmindəki məşhur epizoddan getmir. Onu, demək olar ki, bütün mədəni elita ilə Yusif tanış etmişdi.

***

Gallery

Aşıq yaradıcılığına Yusif müəllimin qəribə sevgisi olub. O, yarımçıq qalan romanına ad olaraq məşhur aşıq şeirlərindən birinin misrasını seçmişdi: “Deyilənlər gəldi başa...”

***

“Azərbaycan” jurnalında işləyən Seyran Səxavət baş reaktor Yusif Səmədoğlunun işə gəlmədiyini görüb Moskvaya qaçır. Ordakı dostları ilə yeyib-içmək üçün Qorki adına Ədəbiyyat İnstitutunun restoranına girəndə baxır ki, Yusif müəllim burda oturub. Yayına bilmir, ona yaxınlaşıb deyir:

- Yusif müəllim, Füzuliyə getməliyəm, gəldim sizdən icazə alam.

Yusif müəllim gülür, onu dostları ilə birlikdə stola dəvət edir və deyir:

- Amma məni burda görməmisən haaa!

# 15541 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər