Telefon nömrələrinin ucadan söylənməsi qadınları əsəbləşdirir

Telefon nömrələrinin ucadan söylənməsi qadınları əsəbləşdirir
29 iyun 2011
# 06:00
Artıq kimlərsə yay tətilinə yollanıb, bəziləri isə hazırlaşır. Sizcə, tətili hansı hallar bərbad edə bilər?

1.Yanıqlar

Bir neçə saatlıq diqqətsizliyin nəticəsidir. Əvvəl qızarır, sonra soyulmaq... Qatıq, aloe bitkili kremlər sürtməklə də keçməz. İnsanı oturmağa, qalxmağa, yatmağa qoymayan ən bərbad haldır.

2.Yeni dadlar...

Tətildəykən fərqli yeməklər, içkiləri dadmaq istəyirik. Ancaq yeni yeməklər heç də həmişə yaxşı və xoşagələn olmur. Bağırsaq pozuntuları, ürəkbulanmaları və hətta zəhərlənmələrlə də nəticələnə bilir.

3.Fəlakət-dost

Dost səfərdə tanınar deyiblər. Bəzən yola getdiyinizi, normal əlaqədə olduğunuz dostunuz bir anda “person non-qrata”ya çevrilir. Gecə içib sərxoşluqlar, xırdaçılıq, kiçik mübahisələr tətilinizi pozmağa kifayət edir.

4.Tətilə “qız” arxasınca gələnlər

Yay aylarında meydana çıxan bir insan növüdür sanki. Gənc qızları görər-görməz onlarla tanış olmağa, söhbət etməyə hər vasitə ilə çalışırlar. İstəmədiyin halda telefon nömrələrinin ucadan söylənməsi, kiçik atmacalar tətildə qadınları əsəbləşməyə vadar edir.

5.Ağcaqanad bəlası

Bütün gün boyu yorulmusunuz, gecə oynamısınız, içimisiniz, yorğunluqdan ancaq özünüzü yatağa atmağı düşünürsünüz. Təzə yuxuya getməyə hazırlaşanda bir ağcaqanad vızıldamağa başlayır. əsəbi və yorğun halda ağcaqanada təslim olmaqdan başqa yol yoxdur.

6.Müəyyən günlər

Qadınlara aid bu günlər də tətili məhv edən və insanın əlini, qolunu bağlayan hallardandır.

7. Boy və dəniz

Yaxşı üzməyi bacarmayanların dərdidir. Dənizin lap sahili dayaz olsa da, sürətlə dərinləşən imiş. 3 metr dərinlikdəki dənizə girməkdənsə, bütün gün günəşlənmək daha yaxşıdır.

8.Hava dəyişkənliyi

Yayı isti və quraq, qışı mülayim və yağışlı keçən yerlərə dincəlməyə getdiyiniz gün hava dəyişə bilər. Bütün gün günəşlənəcəyinizi düşünərsiniz, amma külək və soyuq hava sizi otel otağına kilidlənməyə məcbur edər.

9.Evdə baş verənlər

Tətildə bəzən yaxın qohumlar, dostlar və bəzən evinizlə bağlı pis xəbərlər gəlib çatır. Məsələn, evinizdən su qonşunun divarına sızıb, evə oğru girib və ya dostunuz ayağını qırıb.

10. Şezlonq stressi

Bircə saat gec gəlməklə artıq şezlonqların tutulduğunu görərik. Boş bir şezlonq axtarışı ilə həm günəşin quru istisinə tuş gəlirik ki, bu da yanıqlar əmələ gətirir. Sonda gedib kölgəli, heç günəş işığı dəyməyən bir yer tapıb çarəsiz uzanarıq.


11. Dəniz yatağında yatmaq

Rahatdır bu yataqlarda yatmaq. Sərin meh, qaralmaq həvəsi, suyun həzin yırğalaması insanı yatızdırır. Ancaq oyananda sahildən çox uzaqda və qıpqırmızı olmaqdan betər heçnə ola bilməz.

12.Bircə qonşunuzun balaca uşaqları olmaya

Şezlonq qonşunuzun balaca və ağlağan uşaqları olsa, tətil necə keçər? Uşaqların ağlamağı bitsə də, oynamaq istəkləri bitməz. Bunu anlamasa da, gəlib adamın üstünə su atar, müxtəlif əşyalarla qorxudar. Anasına şikayət etmək ən axmaq variantdır, çünki istənilən halda sizi haqsız çıxarda, uşaq düşməni elan edə bilər.

13.Hədsiz içki

İclaslar, tədbirlərdən yorulmuş iş adamları tətildə içkinin dozasını birazca qaçırırlar. Bu da tətili çox yorucu edir.

14.Pulsuzluq

Çox vaxt bütün pulumuzu xərcləyirik, tətilin heç sonunu düşünmürük. Nəticədə tətilin sonunu ən ucuz pendir, ən ucuz kolbasa, ən ucuz şirələrlə keçirməyə məcbur oluruq.

15.Ayrılıqlar

Həvəslə sevgilinizlə tətilə çıxdığınız sevgilinizlə davalar, mübahisələr bütün tətili korlayır. Bu hallarda cütlüklərin mübahisəni dondurub, qayıdarkən yenidən bu məsələləri danışmağı məsləhətdir.

16.Dönüş depressiyası

Qayıtmaq da bir başqa depressiya yaradır. Xüsusən də qayıtmağa az qalanda günləri sayma tətilin xoşbəxt sonluqla bitməsini əngəlləyir. Və üç, iki, bir... Şəhər heç dəyişməyib, yenə eyni insanlar, eyni iş sizi gözləyir.

Günel ƏSGƏRZADƏ
# 1874 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026