Muğam Latviyaya gedir
Latviyada Azərbaycanın muğam ustalarının iştirakı ilə «Azərbaycan simfomuğam»ı adlı konsert keçiriləcək. Latviyanın simfonik orkestrinin müşayiəti ilə baş tutacaq konsert mayın 29-u olacaq.
Konsert proqramında muğam və simfonik musiqinin vəhdəti təqdim ediləcək. Respublika gününə həsr olunan konsertin dirijoru Yalçın Adıgözəlovdur.
Xanəndə Mənsum İbrahimov, tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov “Trio Qarabağ” adı altında çıxış edəcəklər.
Layihəni həyata keçirməkdə məqsəd isə Azərbaycan muğamının Avropada təbliğini genişləndirməkdir.
Layihə Latviyanın Dövlət Filarmoniyasında Azərbaycanın Latviyadakı səfiri, Latviyanın Azərbaycandakı səfiri, «Ocaq» Azərbaycan Mədəniyyət Mərkəzi və Riqanın RST qurumunun təşkilatçılığı ilə həyata keçiriləcək.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?
16:00
8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"
14:00
8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?
18:40
6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası
15:00
6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi
15:00
5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"
14:00
5 oktyabr 2026