Könül Kərimova oxumalıdır

Könül Kərimova oxumalıdır
8 may 2011
# 13:05
Ötən həftənin bazar günü Fransua Trüffonun “Jul və Jim” filmini izlədim.

Tanımayanlar üçün qısaca deyim ki, Trüffo görkəmli rejissordur, 60-cı illər kinoda fransız yeni dalğasının əsasını qoyanlardan biridir.
Onun sevgi üçbucağından danışan və azad münasibətləri ifadə edən “Jul və Jim” dramı isə tarixdə fransız yeni dalğasının həqiqi kinodili kimi qəbul edilir.

Nəsə... Niyyətim Trüffonu anlatmaq deyil. Sözümün canı başqadır.
Filmi izləyəndən sonra televizorun pultunun düymələrini bir-bir dəyişib kanallara göz gəzdirirdim.

“Lider” kanalında müğənni Könül Kərimovanın aparıcısı olduğu “Bir könüldən” verilişini görəndə əlimi saxladım.

“Bir könüldən” proqramına adətən bir dəqiqədən artıq baxa bilmirəm.

Bu dəfə sona kimi izləməyi qərar verdim.

Düzdür, Trüffodan sonra K.Kərimovanın proqramını izləmək çətindir. Ən azı psixoloji baxımdan.

Bir anlıq beyinimdə adlar da yanaşı səsləndi: Trüffo və Könül Kərimova, “Jul və Jim” və “Bir könüldən”.

Hətta isimlərin yanaşı səslənməsi belə adama absurd gəlir.

....K.Kərimova Azərbycanın ortabab müğənnilərindən biridir.

Onun səs tembri isə aparıcı kimi efirə uyğun deyil. Ona görə ki, səsinin xarakteri, rəngi yoxdur.

Yəni səsinin tonu, intonasiyası heç nə ifadə etmir.

Dünya televiziyalarında müğənnilərin veriliş aparması praktikası geniş yayılıb.

Məlum praktika Azərbaycanda da yayğındır.

Məsələn, Faiq Ağayevin proqram aparıcılığına dözmək olar.
Düzdür, F.Ağayev lazım olmayan məqamlarda həddən çox danışır, aşırı dərəcədə sinonimlərdən istifadə edir, bəzən isə qısa bir fikri adamın canını üzəcək qədər uzun-uzadı deyir.

Amma hər halda F.Ağayevin nitq mədəniyyəti, savadı, məntiqi var.
K.Kərimova isə o müğənnilərdəndir ki, o ancaq oxumalıdır.

Çünki, aparıcı olmaq üçün söz bazası kasıbdır, ümumiyyətlə danışa, adi bir cümləni normal ifadə edə bilmir.

K. Kərimovanın mənası, məramı, niyyəti bəlli olmayan toyxana ab-havalı proqramında təxminən 30 dəqiqə reklam oldu, 15 dəqiqəsini mahnı oxuyub, oynadılar, 10 dəqiqə də “manıs” söhbətləri elədilər.

Təbii, biz daha müğənnilərdən nə gözləməliyik ki?

...Telepersona kanalın simasını müəyyənləşdirən əsas amillərdən biridir.

Əslində bütün kanallarda çoxdandır, nüfuzlu, xarizmatik telepersona yoxluğu var.

“Lider” isə bu yoxluqdan daha çox əziyyət çəkir və ona görə də müğənni aparıcılara gen-bol yer verir.

Amma Könül Kərimovaya aparıclıq təklif edəndə, heç olmasa öncə onun üçün müəyyən bir obraz düşünmək, normal cümlə deməsi üçün ən azından Əlibala Hacızadənin, İlyas Əfəndiyevin melodramatik romanlarını oxutmaq olardı.


# 7307 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

10:00 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər