Uşaq sığınacağından görünən dünya

Uşaq sığınacağından görünən dünya
19 noyabr 2012
# 17:25
Azərbaycan Uşaqlar Birliyinin (AUB) həyata keçirdiyi və İREX Beynəlxalq Təşkilatı tərəfindən dəstəklənən “Deməyə sözümüz var” Foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsi çərçivəsində noyabrın 16-sı Bakının “Park Bulvar” AVM-də “Deməyə sözümüz var” fotosərgisinin rəsmi açılışı oldu.

Açılışda AUB fəalları ilə bərabər, layihədə iştirak edən yeniyetmələr, müxtəlif universitetin tələbələri, məktlilər, bir sıra yerli QHT aktivləri, eləcə də KİV nümayəndələri iştirak edirdilər. Açılış mərasimində çıxış edən layihə icraçıları 11 ay ərzində (yanvar 2012-noyabr 2012) həyata keçirilən fəaliyyətlərdən ətraflı danışdılar, onun yekunu, əldə edilən uğurları və davamlılığı barədə məlumatla bölüşdülər. Sonra qonaqlar sərgidə nümayiş olunan fotoişlər ilə tanış olmaq üçün dəvət edildilər.

Noyabrın 21-nə kimi davam edəcək fotosərgidə bu ilin aprel ayında Bakıda təşkil edilən “Foto jurnalistika” mövzusu üzrə təlimlərdə iştirak etmiş Bakı, Lənkəran, Bərdə və Naxçıvandakı orta və peşə təhsili məktəbləri, internat, liseylərdən, eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə və gəncin foto işləri nümayiş etdiriləcək. Fotolarda uşaqların gözü ilə sosial problemlər əks olunmuş, geniş ictimaiyyətin diqqətini həmin problemlərə cəlb etməyə çalışılmışdı.

Qeyd edək ki, bu foto sərgi eyni zamanda bu ilin sentyabr ayında Bilsuvarda yerləşən Mübariz İbrahimov adına lisey-məktəb kompleksində və oktyabr ayında Gəncə şəhəri “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin ofisində təşkil edilmişdi. Həmçinin “Park Bulvar” AVM-də təşkil edilən sərgi yekunlaşandan sonra bu fotolar sosial şəbəkələrdə, digər yeni media vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaq.

Sözügedən layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artıqmaq, onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət təşkilatlarına çatdırmağa kömək etməkdir.
# 2717 dəfə oxunub

Oxşar xəbərlər

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
Naməhrəm  - Alpay Azərin yeni hekayəsi

Naməhrəm - Alpay Azərin yeni hekayəsi

12:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Azadlıq quşu -  Aron Tamaşinin hekayəsi

Azadlıq quşu - Aron Tamaşinin hekayəsi

14:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər