Kvazimodonu kar edən zənglər sökülür

Kvazimodonu kar edən zənglər sökülür
15 noyabr 2012
# 12:20
Kulis.az-ın Guardian qəzetinə istinadən verdiyi xəbərə görə Paris Notrdam kilsəsinin “Anjelika-Fransuaza”, “Antuanetta-Şarlotta”, “Qiaçint-Janna” və “Deniz-David” adlı məşhur zəngləri metal emalı zavoduna təhvil veriləcək.

Fransa hökuməti zənglərin “pis səsi və görünüşü”nü əsas səbəb kimi göstərib və kilsənin 850 illik yubileyi münasibətilə müqəddəs zənglərin dəyişdirilməsinə qərar verilib.

Eyni zamanda, layihənin təşəbbüskarı və kilsənin baş keşişi Patris Jaken bəyan edib ki, dəyişiləcək zənglər Notrdam kilsəsinin əvvəlki səsini özünə qaytara biləcək.

Fransa Mədəniyyət Assosiasiyasının üzvləri isə kilsə zənglərinin dəyişdirilməsinin əleyhinə çıxırlar.

Hələ 19-cu əsrdə Paris şəhərinin memarlıq görünüşünün dəyişdirilməsi ilə əlaqədar bu abidənin sökülməsinə qərar verilib. Lakin tarixi abidənin sökülməsinə etiraz olaraq yazıçı Viktor Hüqo “Notrdam kilsəsinin qozbeli” romanını yazaraq ictimaiyyətin diqqətini məsələyə yönəldib və kilsəni sökülməkdən xilas edib.

Əsərdə keşiş Klod Frollo, kilsənin zəng çalanı Kvazimodo və qaraçı qız Esmeralda arasında baş verən “məhəbbət üçbucağı”ndan bəhs olunur.

Fərid MİRZƏYEV
# 3191 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər