“Mentalitet əsrlərdir bizə sırınan dindir”-MÜZAKİRƏ

“Mentalitet əsrlərdir bizə sırınan dindir”-MÜZAKİRƏ
8 noyabr 2012
# 11:01
Kulis.az Facebook səhifəsində oxucularına bu sualla müraciət edib: “Hər yerdə millətimizi tənqid edən insanlarla rastlaşırıq. Belə görünür ki, hamı-hamıdan narazıdır. Bəs sizcə bizim millətin ən pis xüsusiyyəti nədədir? Mentalitetimizdə hansı qaydalar, hansı tabular sizi narahat edir?”

Andrey Balkonski:
Toy və yas mərasimləri

Mələk Münzəvi: Mentalitetin özü narahat edir.

Yeganə Vəliyeva: Ömür boyu – “kim nə deyir”i düşünmək.

Fərid Sadıqov: Mentalitetin varlığı məni narahat edir.

Xəqani Sultanov: Qonaqpərvərliyimiz

Fəridə Məmmədova: Əsassız ittiham

Fidan Muradova: Bizdə başqalarının həyatına və seçimlərinə çox müdaxilə olunur, hər kəs öz fikrini digərinə yeritməyə və hökmranlıq etməyə çalışır .

Vasif Qardaşbəyov: Mentalitetin özü narahat edir.

Şahin Quluzadə: Tənqid etməliyik də lap o tərəfə də keçməliyik. Bu pis bir şey olsaydı, dünyada öz millətini tənqid etməkdə almanlar birinci yerdə olmazdı, çünki onların çürük mentaliteti yoxdur.

Əminə İpəkyolu: Mal, sərvət, göstəriş vermək xəstəsiyik.

Afər Fərhad: Bizim millət yoxdur. Biz millət olmamışıq hələ. Ən sadə misal: biz hansı millətik deyəndə yaranan mübahisədir. Biz sadəcə öz mənafeyini düşünən kütləyik.

Türkan Qulamlı: "Olmaz"lar narahat edir.

Yeganə Vəliyeva: Bizləri uşaq vaxtından qorxaq böyüdürlər. Düşündüyümüzü deməməyimiz, istədiyimizi eləməməyimiz bizi qorxaq böyüdür. Bizim cəmiyyətdə uşaqlar valideynlərin həyata keçməyən arzularını həyata keçirmək üçün dünyaya gətirilir və valideynlər ölənə qədər həmin uşaqlar (yaşları neçə də olsa) valideynlərinin pultlu oyuncağı rolunu oynayır.

Ülvi Madridista: Məsələ bundadır ki, mentalitet yox xarakter, dünyagörüşü məsələsidir. Amma bizim öz mentalitetimiz yoxdur. Mentalitet deyə əsrlərdir sırınan dindir. Azərbaycan mentaliteti ərəblərin dinidir. Millət özü-özlüyünü tapmalıdır. Başlanğıcımız hansı şəxsiyyətdir? Hansı dövrdür? Biz ilk bunu tapmalıyıq, bilməliyik ki, biz millət olaraq kimik? Əslində tənqid sistemə fayda verir. Yəni tənqid yox, birbaşa inkar eləmək lazımdır.

Naz Qəribli: Ən sadəsi adamı bezdirən "Hələ getmirsən?" sualıdır. Bu da mentalitetin, beyninə həkk olunmuş xəstə düşüncənin bir nümunəsi. Hamının həyatı onların ssenarisi üzrə getməlidir. Belə beyinlər dəyişən deyil.

Şah Şirin: İslamla gələnləri mentalitet deyə qanımıza yeritmək doğru deyil. Əsas nəyi düzəltmək istəyiriksə bu anlayışı düzəltmək lazımdır. Türk əxlaqı deyə anlayış var. Bu mentalitetdə bir dənə də olsun mənfi keyfiyyət yoxdur. Qadına hüquqsuzluğu, mənasız yas mərasimləri, qızları savadsızlığa sürükləyən və başqa qaydalar islamla yaxud dinlə gələn xaltadır boğazımıza keçirilib. Dinlərin qaydalarına görə Uca Millətinə daş atmaq doğru addım deyil. Nəyin bizə aid olduğunu aydınlaşdırıb onu müdafiə etməli, kənar əxlaqları "top atəşinə" tutmaq lazımdır.

Anar Cəfərov: Futbol oynamağı bacarmamağımız !!!!!!

Şah Şirin: Ülvi bəy mən yazana kimi çox doğru qeyd edib. Əlinizə sağlıq.

İqor Caqataev : Birdir, ikidir bəyəm? Hansını deyəsən?

Renat Qurbanov: Biz bir millət kimi millət deyilik.

Aygün Ömərova: İnsanlarımızdakı yersiz mühafizəkarlığı sevmirəm. Ailələrdəki guya mentalitetə ziddir adı altında qoyulan qadağaların arxasında yatan pis niyyətlərin aradan qalxmasını istərdim. İnsanların yaxşı işlər görməkdə bir-birilərini ötməyə çalışmasını istərdim. Mən əsl, həqiqi, təzyiqlərin olmadığı, ədalətli islam cəmiyyətində yaşamağını istərdim.

Elşən Ədalətli: Millətimizin həmişə nə isə qeyri-qanuni yol axtarmağını sevmirəm. Deyəndə bir şey mümkün deyil, soruşurlar ki, nə isə başqa variant yoxdur? Bax bu xüsusiyyət bizim kökdən qeyri demokratik və saxtakar olduğumuzu göstərir. Təəssüf.

Hazırladı: Fuad Cəfərov
# 2417 dəfə oxunub

Oxşar xəbərlər

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər