Facebookun sahibindən pul qoparmaq istəyənin aqibəti
3 noyabr 2012
08:15
Layihə: “Texnobloq”
Kulis.az həftənin texnoloji yeniliklərindən bəhs edən yeni “Texnobloq” layihəsini təqdim edir. Burdan çox şey öyrənəcəksiniz. Hər həftəsonu bizi oxumağı unutmayın...
“Zaman tuneli”ndə yeniliklər
Facebook “Zaman tuneli”ndə yeniliklər edəcək. Bütün göndərilənlər – yəni statuslar, linklər, fotolar hamısı sol tərəfdəki tək sırada yer alacaq. İstifadəçinin fəaliyyətinə isə – bəyənmələri, dostluqları və s. – az yer ayrılacaq.
Hələ ki, çox az istifadəçidə bu yeniliklər nəzərə çarpır. Əgər siz də dəyişikliklər görsəniz, təəccüblənməyin.
Facebook kökəldir!
Facebookla bağlı başqa bir xəbərimiz də var. Belə ki, Columbia Business School və University of Pittshburgun apardığı birgə araşdırmanın nəticələrinə görə sosial şəbəkədən çox istifadə insanların çəkisinin artmasına səbəb olur.
Bütün gününü burda keçirən, dostlarının fəaliyyətini izləyən insanlar sağlam qidalanmağa vaxt tapmırlar. Yəni zamanını burda keçirənlərin psixologiyası pozulur. Ona görə də bir az diqqətli olmaq lazımdır.
Markdan pul qopartmaq istəyən adam
Paul Ceglia adı sizə heç nə demir yəqin ki. Ancaq Qərb mediasında onun adı uzun müddətdir ki, hallanır. Adam Facebookun yaradıcısı Mark Zuckerbergə gün verib işıq vermirdi.
O iddia edirdi ki, Facebookun yaradılmasında onun da böyük rolu olub. Guya o vaxtilə Marka bu sosial şəbəkəni böyük məbləğdə borc pul verib. Hətta Marka məhkəmə də açmışdı. Mark Ceglianı tanıdığını inkar etmirdi. Ancaq borc məsələsinin tamamilə əsassız olduğunu deyirdi.
İndi isə adamın özünün başı dərddədir. Bu günlərdə Ceglia həbs olunub. Səbəb isə saxta sübutlarla məhkəməni aldatmağa cəhddir. Ceglia oturduğu yerdə pul qazanmaq istəyirdi. Ancaq özünü “zibilə saldı”.
Twitter də “söhbəti tutur”
Deyəsən dünya əhalisi işini-gücünü ataraq tvit yazmaqla məşğuldur.
Ən böyük mikrobloq olan Twitterdə dünya üzrə istifadəçilərin gün ərzində yazdığı tvit sayı yarım milyarda çatıb.
İngiltərənin paytaxtı Londonda keçirilən dijital reklamçılıqla bağlı konfransda iştirak edən Twitterin rəhbəri Dick Costolo sözügedən sosial şəbəkə haqda bəzi məlumatlar verib.
Başqan onu da bildirib ki, Facebookdakı kimi Twitterdə də “like” – yəni “bəyən” düyməsi olacaq. Çox güman ki, “Like” düyməsi Twitterdəki “favorit”i əvəz edəcək. Belə çıxır ki, Facebookda zəhləmizi tökən “like dilənçiləri”ni burda da görəcəyik.
Qardaş-qardaşa deməz
Sonda isə noutbuk istifadəçiləri üçün bəzi məsləhətlərimizi oxuyun.
1. Noutbukunuzu elektrik cərəyanına taxılı vəziyyətdə işlətməyin. Xüsusilə isti yerlərdə batareya rejimində işlədin. Çünki belə halda noutbuk az qızır. Və daha az qızan noutbukun ömrü uzun olur.
2. Noutbuku işlətmirsinizsə, onu günəş altında saxlamayın. Noutbuku kölgəyə qoyun.
3. Noutbuku avtomobilin içində saxlamayın. Çünki orda hava isti olur. Ən yaxşısı onu çantanın içində saxlamaqdır. Çünki çantanın içi avtomobilin içindən daha sərindir.
4. Noutbukların kənarında havalandırma üçün yer olduğunu yəqin ki, görmüsünüz. Bax həmin yeri heç vaxt bağlı saxlamayın. Qoyun noutbukunuz nəfəs alsın!
Rəna Nevzat

2230 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024