Natiq Məmmədlidən “Ləyaqət düsturu”
«Qanun» nəşriyyatında “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin «Ləyaqət düsturu» adlı hekayələr kitabı çap olunub. Müəllifin Kulisə verdiyi məlumata görə kitabda yazarın son illər yazdığı hekayələr yer alıb. Bu, müəllifin ilk kitabıdır, amma yazar kimi hekayələri mətbuatda neçə illərdir çap olunur.
Gündəlik həyatımızda gördüyümüz gerçəkliklər, insan xislətindən doğan naqisliklər, reallıqla barışmayan, eyni zamanda onu dəyişməyə də gücü çatmayan müxtəlif xarakterlər, küncə sıxışdırılmış ləyaqətli adamların getdikcə eşidilməyən səsi, bir sözlə Azərbaycan insanın ədalət axtarışı bu kitabda öz əksini tapıb.
Bu hekayələrin qəhrəmanları adi adamlardı. Onlar bəşəriyyətin yüz illər bundan öncə cavablandırdığı suallar ətrafında düşündükcə reallıqla insan xarakterlərinin toqquşmasından yaranan ziddiyyət daha da dərinləşir, tunelin sonunda işığın görünməməyi isə gələcəyə inamı sarsıdır. Natiq Məmmədlinin hekayələri süjet xəttinin dinamikliyi, obrazların rəngarəngliyi baxımından bir-birindən fərqlənsə də, bütün mövzuların kökündə real həyat həqiqətləri dayanır. İlk baxışda sadə, diqqət cəlb etməyən hadisələrin bədii formada ifadəsi oxucuya yalnız bir ideyanın – mütləq dəyişmək, mütləq dəyişilmək yanğısının aşılanmasına hesablanıb.
Kitaba ön sözü xalq yazıçısı Anar yazıb. Redaktoru filologiya elmləri doktoru, professor Tehran Əlişanoğludur. Gələn həftədən kitab satışı mərkəzlərindən tapa biləcəyiniz kitabı cəmi 2 manata ala bilərsiniz.
Ramilə Qurbanlı

Oxşar xəbərlər
Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu
16:00
23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu
16:00
22 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"
12:00
19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu
15:00
18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?
16:00
17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?
15:00
17 sentyabr 2026