Hər şeyi anlamaq hər şeyi bağışlamaqdır

Hər şeyi anlamaq hər şeyi bağışlamaqdır
24 oktyabr 2012
# 11:02
Kulis. az Buddadan aforizmləri təqdim edir.

Günahların ən böyüyü cəhalətdir. Müdrikləşin və bu günahdan qurtulun.

Kişi qadına duyduğu ehtiras hissinə nəzarət edə bilməzsə, o kişinin zehni azad olmaz və o, bir inəkdən asılı olan buzova oxşayar. Bir qadın tapmaq uğrunda özünüzü fəda etməyin.

Saçları ağarmış hər insan hörmətli insan deyildir. Bu ağarmaya sadəcə, illər səbəb olubsa, o illər boşuna yaşanmış bir həyatı ifadə edər.

Bu günkü həyatımız dünənki düşüncələrimizin, sabahkı həyatımız da bu günkü düşüncələrimizin əsəridir. Həyat ağlın əsəridir.

Nifrət nifrətlə deyil, ancaq sevgiylə yox edilə bilər. Bu, əbədi qanundur.

Bir qaşıq içinə girdiyi şorbanın dadını ala bilmədiyi kimi bütün həyatını müdriklərlə keçirən bir axmaq da hikmət yolunu tapa bilməz. Halbuki ayıq və görməyi bacaran bir insan müdrik biriylə sadəcə, bir anlıq belə bərabər olsa, dilin şorbanın dadını hiss etməsi kimi dərhal yolu tapar.

Sadəcə, bir neçə ədəd zeytun yeyərək oruc tutan axmaq bir insanın dəyəri düşüncələri həqiqətlə bəslənən müdrik bir kişinin dəyərinə əsla çatmaz.

İnsanın özünə qalib gəlmək üçün xərclədiyi qısa zaman o insanın illərcə Tanrıya təqdim etdiyi nəzirlərdən üstündür.

Bütün canlılar təhlükə qarşısında titrəyir və ölümdən qorxur. Bunu anlayan insan nə başqa bir canlını öldürər, nə də onun ölümünə səbəb olar.

Bir insana anası, atası, yaxınları çox yaxşılıqlar edə bilərlər, ancaq insana ən böyük yaxşılığı doğru istiqamətləndirdiyi öz zehni edir.

İnsanın özü başqalarına nəsihət etdiyi dərəcədə yaxşı insansa, ancaq o zaman yaxşı insan olmağı öyrədə bilər.

İnsan özünə nəzarət edə bilirsə, ona kənardan heç kim nəzarət edə bilməz.

Bir insanın başqalarının səhvlərini görməsi asan, öz səhvlərini görməsi çox çətindir. İnsan öz səhvlərini qumarbaz hiyləsini gizlətdiyi kimi gizlədər, başqalarının səhvlərini dünyanın ən yaxşı şeylərini nümayiş etdirirmiş kimi göstərər.

Yoldakı düşüncəsiz insan böyük bir iş gördüyünü zənn edər, ancaq sadəcə, yoldakı toz-torpağı havaya qaldırar.

Doğru yolda iki səhv ola bilər, heç yola çıxmamaq və yolu sonuna qədər getməmək.

Düşüncə sözlə ifadə olunur, söz işə çevrilir, iş vərdişə, vərdiş xarakterə çevrilir. Düşüncələrinizdə diqqətli olun.

Başqası üçün yandırdığınız şam sizin də yolunuzu işıqlandırar.

Hansısa fikir sizin ağlınıza və vicdanınıza sığmırsa, haradan oxumağınıza, kimdən eşitməyinizə, mənim demiş olmağıma belə baxmayın.

Hər şeyi anlamaq hər şeyi bağışlamaqdır.

Ayaq torpağı hiss edəndə, özünün də varlığı hiss edilir.

Bizi özümüzdən başqa heç kim xilas edə bilməz. Yolu özümüz getməliyik.

Səmada Şərq və Qərb ayrı-seçkiliyi yoxdur. Fərqliliyi biz qoyuruq və sonra doğruluğuna inanırıq.

Düşüncələrinizin şahidi olun.

İnsan nə etməsindən asılı olmayaraq taleyin qurbanı olmur, heç nə etməyəndə taleyin qurbanı olur.

Oxunanlar və danışılanlar fəaliyyətə keçmirsə, onların heç bir əhəmiyyəti olmur.

Yalçın İSLAMZADƏ
# 2312 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #