Ağdamda “Dolu” filminin təqdimatı olub

Ağdamda “Dolu” filminin təqdimatı olub
22 oktyabr 2012
# 13:52
Quzanlı Olimpiya İdman Kompleksində tanınmış yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “Dolu” tammetrajlı bədii filminin təqdimatı olub.

AzərTAc xəbər verir ki, filmin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri əvvəlcə rayonun girişindəki Şəhidlər abidə kompleksi önünə tər çiçəklər düzüb, respublikamızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Təqdimat mərasimdə çıxış edən Aqil Abbas film haqqında məlumat verərək çəkilişdə əməyi olanların hamısına minnətdarlığını bildirib.

Film Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edir. Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq Artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyevdir.

Baş rollarda Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Fərhad İsrafilov və başqaları çəkiliblər.

Filmin çəkilişləri İsmayıllı, Şəmkir, Ağdam və Ağcabədi rayonlarında aparılıb.

Sonda “Dolu” filmi nümayiş etdirilib.
# 2602 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər