Qəssab: “7 min manatlıq nisyə dəftərini cırıb atmışıq”

Qəssab: “7 min manatlıq nisyə dəftərini cırıb atmışıq”
26 oktyabr 2012
# 07:30
”Bu nə sümüklü ətdir, alıb gətirmisən”. Bu sözləri yəqin çoxumuza deyiblər. Həmişə də cavabımız eyni olur ki, sümükdən borş bişirərsən də. Amma bəzən elə əti alırıq ki, o ancaq borş bişirməyə yarayır. Kulis.az bu dəfə müştəriləri aldatmayan, hamını gülərüzlə qarşılayan qəssab Ruhin Mahmudəliyevin müsahibəni təqdim edir. Həmişə yaxşı ət alın ki, danlanmayasınız.

-Neçə ildi bu sənətlə məşğulsan?

- 13-14 ildi.

-Bəs niyə qəssab?

- Yeznəm qəssab idi. O, məktəbi qurtarandan sonra bizi öz yanına apardı. O vaxtdan elə bu işlə məşğulam.

-Neçə kilo ət satırsınız?

- Bir günə 80-100 kilo ət satıram. Amma hər il ətin satışı aşağı düşür.

-Mal əti çox satılır, yoxsa qoyun?

- Mal əti.

-Müştərilərlə münasibət necədir?

- Ümumiyyətlə, müştərilərlə münasibətim pis deyil. Bəzən məni çox incidirlər. Elə müştəri olur ki, adamı necə incidirsə, istəyirsən baltanı yerə çırpıb gedəsən.

-Ət hardan gəlir?

- Ağcabədi, Beyləqan, Bərdə.


- Qəssablardan həmişə şikayət edirlər. Bunun səbəbi nədir?

- Vallah bizim adımız çıxıb. Belə bir söz var: “Qəssabdan anası da narazıdır”. Qəssabların əksəriyyəti insanları aldatmır. Kürdlər əvvəllər malı qorxudub kəsirdilər. Qan qalırdı heyvanın içində və o çəkiyə təsir edirdi. Bir heyvan hardasa 5-6 kilo artıq gəlirdi. Buna baxmayaraq heyvanın ətinə baxan kimi bilinirdi ki. Canında qan qalmış heyvanın əti qara olur. Amma indi elə şeylər yoxdur.

- Qurban Bayramına görə heyvan sifariş verirlər?

- Sifarişlərimiz çoxdur.

-Ətin qiyməti neçiyədi?

- Mal əti 8 manat 20 qəpik, qoyun əti 10 manat.

- İndi böyük marketlərdə ət satılır. Bu, sizin satışa necə təsir göstərir?

- Marketdə satılan ət bizdə satılan ətdən ucuzdur. Amma o ətlərin keyfiyyəti çox aşağıdır. Mənim müştərilərimin bəziləri bir ara əti marketlərdən alırdı. Amma iki-üç dəfədən sonra yenə də qayıtdılar bizim yanımıza.

- Qoyunun quyruğu neçəyə olur?

- 10 manata.

- Bəzən deyirlər ki, bu kabab İran quyruğu ilə bişib. Bu necə quyruqdur?

- İrandan gələn quyruqlar dondurulmuş olur. Ona görə İran quyruğu ilə bişirilən kabablar bərk olur.

- Əti qaytaranlar olur?

- Çox nadir hallarda, amma olur. Bir nəfər uşağını göndərir. Uşaq da mal əti əvəzinə qoyun əti alır. Ümumiyyətlə, müştərilərlə problemimiz sümük üstündə olur. Müştəriyə deyirsən ki, sümüksüz mal əti 10 manat, sümüklü 8 manat 20 qəpikdir. Deyir ki, 2 kilo sümüksüz ət ver. Gedib əti evdə çəkir, gəlib deyir ki, mən sənə 20 manat pul vermişəm, amma sən 2 kilo ət vermisən, amma 2 kilo yarım ət verməliydin. Başa salmaq olmur ki, ay qardaş, sümüksüz ət 10 manatdı.

- Nisyə ət satırsız?

- Nisyə at satmaqla havayı ət satmağın fərqi yoxdur. Nisyə verirsən, bir də o müştərini görmürsən. Elə vaxtlar olub ki, 7 min manatlıq nisyə dəftərini cırıb atmışıq. Rastlaşanda deyir ki , mənim sizə borcum yoxdu axı. Amma dəqiq müştərimizə nisyə ət satırıq.

- Baş-ayaq satırsınız?

- Hə. Baş-ayaq pis satılmır. Başı 10 manata, dırnaq 3-4 manata.

- Dişi malla erkək malın fərqi nədir?

- Bişməyində, dadında. Amma belə götürəndə doğmamış dişi heyvanın əti dadlı və yağlı olur. Yağlı olduğuna görə çox satılmır. Onu ancaq bilənlər alır.

- Başqa iş olsa işləyərsən?

- Bir ara qəssablıqdan uzaqlaşdım, təxminən 6-7 ay. Amma heç bir işdə qərar tuta bilmədim. Bizim göbəyimiz ətdə kəsilib.

- Bir aylıq gəliriniz nə qədərdir?

- Mən burda maaşa işləyirəm. Günə 25 manat maaş alıram.

- İş rejimi necədi?

- Səhər saat yeddidən axşam doqquza kimi. Amma satış zəif olanda gecə axşam on birə kimi də burda oluruq. Ümumiyyətlə ət qurtardısa, iş də qurtarır.

- Əti özünüz kəsirsiz ya kəsilmiş olur?

- Xeyr, özüm kəsirəm. Ümumiyyətlə, bir malı 35-40 dəqiqəyə kəsirəm.

- Bəzən mal əti əvəzinə camış əti də satırlar? Bunu necə ayırd eləmək olar?

- Qiymətində fərq olur. Amma ayırd eləmək çətindi. Ucuz mal əti satılırsa, deməli camış ətidi.

- Baytarlıq idarəsi ətləri yoxlayır?

- Hər səhər baxırlar, sonra ət satışa çıxır.


Fuad Cəfərov
# 3058 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #