Dişlədiyi dodaqlara necə həsrət qaldığımı bilmirdi

Dişlədiyi dodaqlara necə həsrət qaldığımı  bilmirdi
22 oktyabr 2012
# 10:00
Mənim onu tanımağım-eşitməyim 5 il bundan öncəyə mənim X sinifdə oxuduğum vaxtlara təsadüf edir.

Sinif yoldaşlarımdan biri mənə trek dinlətdirdi.

Treki bəyəndim və dərhal oxuyan gəncin simasını görmək arzusu baş qaldırdı.

Sinif yoldaşım təbii ki bu mövzuda mənə kömək edə bilmədi.

İlk işim evə gedib Google-da həmin gənci axtarmaq oldu.

Qarşıma çıxan ilk şəkildə xəyallara daldım.

İri gözlər, bapbalaca burun, yeməli dodaqlar.

Mən bu oğlana aşiq olmaq istədim.

Haqqında heç nə öyrənə bilmədim.

Şəkillərini telefonuma yükləyib çıxartdırdım.

Akademiyaya hazırlaşdığım vaxtlar mənə güc verən bir şey var idi-uşaqlıqdan heyran olduğum alman əsilli bir siyasi liderin portretləri.

Həmin gündən bu gəncin şəkillərini siyasi liderimin portretinin yanına qoydum.

O gündən şəkilləri masaüstü güc qaynağım oldu.

Qəribə səslənir, amma məni başa düşmək üçün bu oğlanın bir fotosuna baxmaq kifayətdir.

Onu bir gün görə, toxuna bilmək, qollarında xəyallara dalmaq arzusuyla məktəbi bitirdim.

Axırıncı dəfə hazırlığa gedəndə dərsdən sonra cəsarətimi toplayıb bir internet kluba girdim. Facebook adresini tapıb inboksuna yazdım:

“Qızlar uşaqlıqdan özlərinə bir qəhrəman yaradırlar və ömürləri boyu bu qəhrəmanın bir gün onları tapacağı ümidilə yaşayırlar. Məni anlamaq çətin olucey sizə, amma xəyallarımdakı adam sizsiz.”

Cavab bilirsiniz nə oldu? “Səni xəyallarınla baş-başa buraxıram onda”.

İnternet klubdan çıxıb bir skamyada oturdum ağlayaraq çantamdakı bütün şəkillərini cırdım, skamyanın altında basdırdım.

Hə, torpağı üzdən əllərimlə qazıyıb şəkillərin üstünü örtdüm.

Hansısa qızın tapa bilmə ehtimalını azaltdım öz ağlımca.

Evə gəldim, özümü Dostoyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar” romanının personaji kimi hiss eləyirdim.

Bütün arzularım, ondan icazəsiz onunla bağlı qurduğum planlarım alt-üst oldu.

Mən onu sevirdim?

Platonik sevgi bu idi?

Bilmirəm, amma əlim çatmayan yeganə insan idi, bundan əmindim.

Evdəki şəkillərini cırıb kiçik yaşıl qutuma atdım.

I kurs həftədə bir dəfə, 10 gündən bir puzzle yığırdım o şəkillərlə.

Sonralar dərslər, mənə yazan oğlanlar, gündəlik qayğılar başımı qatdı.

Desəm ki, ilk tanışlığımızı xatırlamıram, buna inanarsınız?

Utancvericidi, amma ilk dialoqumuzu xatırlamıram. Dialoqlar öz-özündən yaranırdı.

Onu online görəndə əsirdim, mənə istilik gəlirdi, həyəcan boğazımda düyünlənirdi “yazım yazmayım”,- deyə düşünənə qədər o artıq şəbəkədən çıxırdı.

“Bakıya gələndə görüşərik” yazdığı gün duyduğun sevinci heç akademiyaya girdiyimi öyrənəndə duymamışdım.

Gəldi.

Bir gün dərsdən çıxıb kafeyə yemək yeməyə getdim və təsadüfən ona-“ti sluchayno ne v gorode?”,- yazdım.

Bir dəqiqəyə cavab gəldi, Nəsimi heykəlinin qabağında görüşdük.

Söhbətə başlamadan onu ürəkdən qucaqladım.

Elə bərk qucaqladım ki, elə bil əlimdən alacaqlar deyə qorxurdum.

Gülümsədi mənə.

Təbəssümü adi oğlan təbəssümü deyildi, ilahi təbəssüm idi elə bil.

Müqəddəs bir təbəssüm.

Bundan sonra artıq söz tapa bilməyəcəyimi başa düşdüm.

Evə tərəf yollandıq. Maşında bir dəqiqə də gözümü ondan çəkmədim.

Maşın sürə-sürə dodaqlarını dişləyirdi və arada mənə baxıb gülümsəyirdi .

O başa düşürdü ki, dişlədiyi dodaqlara necə həsrətəm?

O başa düşürdü ki, onunla elə o dəqiqə hər şeyi atıb istədiyi yerə gedərəm?

O başa düşürdü ki, mən ona dəlicəsinə aşiqəm?

Yox, o mənim duyğularımı keçici hesab edirdi və mənə aşiq olduğunu zənn edən balaca qız kimi baxırdı.

Yolun ortasında maşını saxladı və məni öpdü.

Mən həyəcandan onun dodaqlarının dadını yadımda saxlaya bilmədim.

Əllərim əsirdi, amma çalışırdım görməsin.

Əllərimlə saqqalına toxundum, bu mənim çoxdankı arzum idi.

O an xoşbəxtliyin mənim üçün onun əllərində olduğunu dərk elədim.

Yola davam elədik, hava soyuq idi zarafatca “bəlkə dənizə gedək”,- dedim.

Evə gedən yoldan dönmədi və düz sürdü.

Tanımadığımız bir yerə-dəniz qırağına gəlib çıxdıq.

Çimərlik deyildi ətrafda boyumuzdan hündür qamışlar, otlar vardı.

8 santimetrlik “kabluk”la bu əngəlləri keçmək mümkünsüz görünürdü.

Məni qucağına aldı.

İlahi, o andakı xoşbəxtliyə ürəyim güclə dözdü.

Mən sevincdən dəli olmaq üzrəydim.

Ləpədöyənə çatdıq mənə “soyun suya girək”,- dedi.

Dedim, yəqin zarafat eləyir.

Hava çox soyuq idi, olduğumuz yer çimərlik deyildi və yanımızda qurulanmağa heç nə yoxdu.

Ona yox deyə bilməzdim. Şərfini çıxartdı, sonra köynəyini, sonra şalvarını. Ciddi olduğunu başa düşdüm və “sapaşkilər”imi çıxarmağa başladım.

Gülümsəyərək mənə baxırdı. Soyundum və dənizə girdik. Suyun temperatur unun neçə olmasıyla bağlı heç bir təsəvvürüm yoxdu, amma bədənimə su dəyəndə dərimi dəmirlə cızırdılar elə bil.

Əsirdim, onu qucaqladım. Saçlarıma dəyən ləpələr, üzümə dəyən şiddətli külək, məni gözləyən stomatoloq hamısı yadımdan çıxdı .Mən saatlarla o vəziyyətdə qalmaq istəyirdim.

Öpüşdük, bu söz çox sadə səslənir öpüşmək deyildi bu. Daha ali bir duyğuydu hiss etdiyim. Əllərini bədənimdə hiss elədikcə gülümsəyirdim.

Düşündüm ki, mən onu sevirəm . Sudan çıxdıq qumların içində bir neçə dəqiqə qucaqladım onu. Buraxmaq istəmirdim. Amma getməli idik.

Geyindik. Şərfini bağladım. Özümün ona aid olduğunu hiss eləyirdim. Mən ondan başqasına aid olmaq istəmirdim. Məni heç kim onun qədər xoşbəxt eləyə bilməzdi.

Stomatoloqa gətirdi məni. Sonuncu dəfə öpdüm onu dodaqlarından. Mənə yenə görüşəcəyimizlə bağlı söz verməsini xahiş elədim. Mənə söz verdi. Biz yenə görüşdük.

Amma artıq görüşə bilmirik. Mən Vətənimi heç vaxt tərk eləmərəm deyirdim.

Amma istəsə edəcəm. Onunla Afrikada, qaradərililərin əhatəsində də yaşamağa hazıram. Hər şeyi atıb qollarında yaşamaq istəyirəm. Təhsilimi tamamlayıb yanına getmək istəyirəm.

Məni başa düşməsə də, hisslərimə inanmasa da, mənim üçün darıxmasa da mənə ondan qalan yay, qış geyinib yatdığım “polver”i olsa da mən o saqqallı oğlanı sevirəm.

Redaksiyamızın elektron ünvanına daxil olan bu yazını müəllifin xahişi ilə imzasız çap edirik.
# 3101 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #