Bir dəqiqədə 50 min qazanan qadınla MÜSAHİBƏ
16 oktyabr 2012
07:30
Model, aktrisa, müğənni, yazıçı, iş adamı Paris Hilton bu yaxınlarda Türkiyədə qonaq olub və “Hürriyət” qəzetinə müsahibə verib.
1981-ci ildə Nyu-Yorkda doğulan Paris Azərbaycanda da fəaliyyət göstərən məşhur “Hilton” otellər zəncirinin varisidir. Ailənin böyük övladıdır. 15 yaşından modelliklə məşğul olub və Guess, Tommy Hilfiger kimi bir çox məşhur markaların üzü olub. 2003-cü ildə sevgilisi Rik Solomonla çəkdirdiyi seks videosu bomba effekti doğurub və onu bir gecədə məşhurlaşdırıb. 22 yaşlı Paris sonra rəfiqəsi Nikol Riçi ilə realiti şou aparmağa başlayıb. Şou 5 il davam edib. Bir çox filmlərdə çəkilib, bir neçə albomu var. Üstəlik, bir kitabın da müəllifidir. Qatıldığı partilərdən, ziyafətlərdən, hətta yazdığı tvitlərdən pul qazanır.
“Hürriyət” qəzetinin köşə yazarı Ayşe Armanın Hiltonla müsahibəsini təqdim edirik:
- İşləmək həyatınızın əsas motividir. Amma çoxları Paris Hiltonun işlədiyinə inanmır. Üstünüzdəki “parti qızı” imici xətrinizə dəymir?
- Yox. 21 yaşımda 5 illik realiti şou (“Sadə həyat” – red.) apardım. Dünya o proqramla tanıdı məni. Özümə heç oxşamayan birini canlandırırdım orda. İnsanlar da elə bildilər, o tip insanam.
- Deyilsiniz?
- Deyiləm. Bu rolun mənə yapışıb qalacağını bilmədim. Təcrübəsiz idim. Ürəyim istəmişdi, eləmişdim.
- Peşmansınız?
- Yox. Şou çərçivəsində çox gəzdim, çox əyləndim.
- Pul üçün edirdiniz?
- Əlbəttə, pul da qazanırdım, amma şou təklifini qəbul etməyim tək pulla bağlı deyildi. Ən yaxın dostumla səyahətə çıxdım, əyləncəli işlərdə çalışdıq. Maraqlı və fərqli idi. Təcrübəsizdik. Əslində, bu da bir şoudur, səni göstərmək istədikləri kimi göstərirlər.
- Bəs heç kim xəbərdarlıq etməmişdi?
- Hamı demişdi. Heç birinə qulaq asmadım! İstədiyimi etdim. Peşman deyiləm. İşləmişəm. Atama, babama baxa-baxa böyümüşəm. İş münasibətlərinə heyran qalırdım. Uşaq vaxtı da azad və pul qazanan insan olmaq istəyirdim.
“Ailəm mənimlə fəxr etsin”
- Yaxşı bəs niyə bu qədər işləyirsiniz? Sizin adınızı daşıyan 17 marka var. Hələ artırmaq niyyətindəsiniz. Kimə, nəyi sübut etmək istəyirsiniz?
- Dolça bürcüyəm. Yaratmağı sevirəm. İnsanları xoşbəxt etməyi sevirəm. Xoşbəxt olub kef etməyi də. Ən çox istədiyim şey ailəmin mənimlə fəxr etməyidir. Babamla yemək yeyəndə “Sənlə fəxr edirəm”,- deyir, ondan bunu eşitmək nəyə desən dəyər. Azadlığımı da sevirəm. Maddi baxımdan tam azadam. Varlı ailədən olsam da, öz pulumu özüm qazanıram. Buna görə xoşbəxtəm.
- Ailədə ən çox kim dəstəkləyir sizi?
- Babam. “Tanıdığım biznesmenlərdən daha çox işləyirsən!” deyir.
- Uşaqlardan ən çox pulu kim qazanır?
- Deyəsən, mən. Digərləri hələ universitetdə oxuyurlar.
- İndi neçə yaşındasınız?
- Həmişə 21 yaşında olacağam!
- Belə bir dükan adı da var, deyəsən - “Forever 21”. Oradan alış-veriş edirsiniz, yoxsa Paris Hilton heç vaxt ucuz şeylər geyinmir?
- Dəlisiniz? Xüsusi paltarları sevirəm, amma beş dollarlıq şeylər də geyinirəm. İndi geyindiklərim “Defacto”dandır (Türk marka –red.). Yüz dollardan ucuzdur, amma görün necə bahalı görünürlər?! Desəm “Chanel”-dir, inanarlar. Əsas qiymət deyil, sizə yaraşmağı və onu necə geyinməyinizdir.
“Baytar olmaq istəyirdim”
- Uşaqlıqdan məşhur olmağı arzulayırdınız?
- Yox. Tək dərdim heyvanlar idi. Baytar olmaq istəyirdim. Amma sonra başa düşdüm ki, baytar olmaq ancaq heyvanları sağaltmaq deyil, hərdən öldürmək də lazım gəlir. Fikrimdən daşındım. 15 yaşında Donald Tramp Nyu-Yorkda mənə modellik təklif etdi. Yavaş-yavaş təcrübəm artdı. Sonra realiti şou, filmlər, mahnılar və öz markam...Heç birini planlaşdırmamışdım. Amma hamısı bir-birini tamamladı.
- 15 yaşında necə icazə verdilər model olmağınıza?
- Vermədilər ki. Anam aləmi dağıtdı. “18 yaşında gedərsən, indi olmaz!”,- dedi. Yenə qulaq asmadım. İstədiyimi edirəm. Xasiyyətim belədir.
- Bunu kişilərə də hiss etdirirsiniz?
- Təbii ki. Güclü qadınam və nə istədiyimi bilirəm.
- Maraqlıdır, amma kənardan zəif, “başından vur, çörəyi al” tipli insan təsiri bağışlayırsınız...
- Həqiqətin belə olmadığını az adam bilir, bu da mənə sərf edir!
- Həmişə belə baxımlı, bəzəkli-düzəkli olmaqdan yorulmursunuz?
- Yox. Normal hiss edirəm özümü. Evdə vaxtımı itlərimlə keçirirəm, adi ev paltarlarında oluram. Bu, iş geyimimdir. Həmişə belə deyiləm.
- Çəkilişlərdə bəzi kaprizləriniz olur, məsələn meyvələr, xüsusi içkilər və s...
- İndiyədək gördüyünüz və bundan sonra görəcəyiniz ən non-diva qadınam. Heç vaxt “Ulduzam” deyib gəzməmişəm. Xüsusi istəklərim olsa da, çəkilişlər vaxtı nə istəyirlər, edirəm. Problem yaratmıram. Çünki peşəkaram.
- Bu qədər işləməyinizin səbəbi o qeyri-ciddi imicinizi dağıtmaq istəyi ola bilərmi?
- Sadəcə xoşbəxt olmaq istəyirəm. İstədiyim şeyləri edirəm, bütün dünyanı gəzirəm, çoxlu şeylər öyrənirəm, fanatlarımla tanış oluram, məktublar, e-maillər alıram...
- Sizi niyə sevirlər?
- Bilmirəm. Onlardan soruşun. Məncə, onlara ilham verdiyim üçün sevirlər. Qulaqlarımı bağlayıb işləməyim onların xoşuna gəlir.
“Ailə quranda anam kimi olacağam”
- Hilton soyadı sizə nələr verib?
- Üstünlükləri də olub, çətinlikləri də. “Niyə işləyir ki?”, “Soyadına görə qazanır”, “Ərköyün”,-deyirlər. Düzdür, işləməyimə ehtiyac yoxdur, atamdan pul alıb həyatımı qura bilərdim. Amma 15 yaşından bəri işləyirəm. Elə bilirsiniz, ailəmin xoşuna gəlirdi pul qazanmaq arzum? Yox. Amma axır-əvvəl öz imperiyamı qurdum. Niyə bu qədər işləyirəm? Çünki yaratmaq xoşuma gəlir. Həyatımı mənalandırır. Onda özümü güclü hiss edirəm. Başqasının qurduğu şirkətdə gedib işləməkdənsə, öz markamı yaratdım. Ömrüm boyu bu qədər işləməyəcəyəm əlbəttə, anam kimi uşaqlarını çox sevən bir ana olacağam nə vaxtsa. Anamla atam 35 ildir birlikdədir.
- Mediada çoxları sizinlə zarafat edir, lağa qoyur. Onda özünüzü necə hiss edirsiniz?
- Oxumuram ki. Vecimə də almıram. Onsuz da hansı jurnalistlə danışıramsa, “sizi belə təsəvvür etmirdim”,-deyir axırda.
- Depressiyada olanda nə edirsiniz?
- Hamı nə edirsə, onu. Ağlayıram. Anama zəng vururam. Bacımla, rəfiqələrimlə dərdləşirəm.
- Bəs alış-veriş?
- Təkcə depressiyada olanda yox, alış-verişi həmişə sevirəm! Balaca dükanlar xoşuma gəlir. İstanbulda belə yerlər çoxdur.
“O partilərə gəlməyim üçün pul verirlər”
- Bəs “parti qızı”...
- Mən? Doğrudur, 15 yaşında Nyu-Yorkda yaşayanda sevirdim. Amma indi yox. Adamlar elə bilirlər, getdiyim şəhərlərin klublarını gəzirəm. Amma bilmirlər ki, o ziyafətlərə pulsuz getmirəm. Mikrofonda bir şey deyib, insanları əyləndirmək üçün yüz minlərlə dollar alıram. Klublara ancaq reklam xarakterli tədbirlərdə gedirəm. Ora getməkdənsə, evdə dostlarımla oturmağa üstünlük verirəm.
- Yazdığınız tvitlərə görə pul alırsınız, elədir?
- Bəli. 50 min dollar, bəzən 100 min.
- Dəlilik deyil, sizcə?
- Yox, bu “gələcəyin marketinqi”dir. Dünya artıq “sosial bazarlığ”a üz tutub. 7 milyon izləyicim var. Yazdığım şeyləri sevirlər.
- Qazandığınız pullarla nə edirsiniz?
- Həyatımı yaşayıram.
- Nə əcəb təyyarə almamısınız?
- Yox, araşdırmışam. Xərci çoxdur. İldə bir təyyarə çıxır həm də. Minlərlə hava yolu və təyyarə var, niyə birinə ilişib qalım axı?
- Ən böyük qorxunuz?
- Hamımızda eyni deyil? Ölüm.
- Gələcək planlarınız...
- İşimə davam! Amma nə eləsəm də, mən Hiltonam. Axır-əvvəl otel biznesinə qayıdacağam.
- Güclü və zəif cəhətləriniz...
- Qorxusuz və cəsarətliyəm. Bunlar güclü cəhətlərimdir. Amma heyvan düşərgələrinə, ya da Qvatemalaya gedəndə məni görəsiniz. Xəstə uşaqlar, xərçəng xəstəliyindən əziyyət çəkənlər...Məhv oluram. Əlimdən gələn hər şeyi etmək istəyirəm onlar üçün.
- Özünüzdə nəyi sevmirsiniz?
- Çox tez inanıram insanlara. Hollivudda belə yaramaz. Sizdən istifadə etmək istəyən o qədər adam var ki...
- Müğənni, model, marka, iş adamı, aktrisa... Eyni vaxtda bu işlərin öhdəsindən gəlmək çətin deyil ki?
- İnsan özünə niyə sərhədlər, limitlər qoymalıdır ki? İstədiyiniz hər şeyi edə bilərsiniz. Həyata belə yanaşıram. Həyat bizimdir, necə istəyirik, elə də yaşayırıq. Bizi xoşbəxt edən şeylərin arxasınca getməliyik.
Çevirdi: Günel Əsgərzadə

2615 dəfə oxunub
Oxşar xəbərlər
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?
12:00
26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi
09:00
26 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024