Xəyanət edən qadını bağışlamaq olarmı?

Xəyanət edən qadını bağışlamaq olarmı?
2 oktyabr 2012
# 04:00
Kulis.az Türkiyənin tanınmış köşə yazarı Ərtoğrul Özkökün xəyanətlə bağlı yazısını təqdim edir.

Bir dəfə xəyanət edən qadın bu addımı yenə atar

O, həddən artıq yaraşıqlı kişidir, ona xəyanət edən sevgilisindən ayrılandan sonra nə edəcəyini bilmir. Ən azı keçmiş sevgilisi qədər gözəl qadınlar ona təsəlli versə də, qərar verməkdə çətinlik çəkir. Çünki beynində, tez-tez təkrarlanan o sual dolaşır...

Bitmiş, tükənmiş kişisiniz.

Sevdiyiniz qadının sizi başqa biri aldatdığını öyrənmisiniz.

Hərə bir şey deyir, hər ağızdan bir söz çıxır.

Kimisi dərdinizi anlamağa çalışır.

Amma sevdiyiniz qadın hələ də gözünüzün qarşından getmir. Bədənini, üzünü, sevişdiyiniz anları bir saniyə belə unuda bilmirsiniz.

O bədənə başqa bir kişinin sahib olduğunu düşündükcə məhv olur, ölürsünüz.

Yenə bəhanə axtarırsınız.

Hər şeyin düzələcəyinə, keçmiş günlərin qayıdacağına inamınız hələ ölməyib.

Bir balaca kömək, dəstək gözləyirsiniz.

Elə bu vaxt çox yaxın rəfiqəniz, dostunuz zəng vurub deyir: “Bağışlama... Geri qayıtma”. Sanki sizi ən ağır cümləyə hazırlayır: “Qadın bir dəfə xəyanət edibsə, yenə edəcək...”

Məhəbbət üçbucağı: Qadın – 22 yaş, sevgilisi – 24 yaş, digər tərəf – 41 yaş

Hər şey jurnalda çıxan foto ilə başladı.

“Alatoran” (Twilight) filminin baş rol ifaçısı Kristen Stüardın bir kişi ilə səmimi pozada fotosu yayımlandı.

Həmin adam “Ağca xanım və ovçu” adlı uğursuz bir filmin rejissoru Rupert Sanders idi.

Stüard da o filmə çəkilmişdi.

Kristen Stüardın 22 yaşı var. Münasibət qurduğu rejissorun isə 41 yaşı.

Bu hadisə təkcə yaş fərqinə görə diqqət çəkmirdi: Kristen Stüard “Alatoran” filmində birlikdə çəkildiyi Robert Pattinsonun sevgilisi idi.
Aralarındakı sevgi bəlkə də XXI əsr Hollivudunun ilk əfsanəvi sevgisiydi.

İngilis əsilli gənc oğlan “Alatoran” dünyasının, gənc qızların gözündəki ən böyük qəhrəmanı idi.

Hamı onların bir-birilərinə çox yaraşdığını deyirdi.

İkisi də birgə yaşadıqları evi tərk etdi

Stüard münasibətini gizlətmədi. Əksinə, çıxıb hər şeyin doğru olduğunu dedi. Sonra Robert Pattinsonun xətrinə dəydiyinə görə çox pis olduğunu, onu çox sevdiyini və təkcə onu sevdiyini bildirdi.

Amma olan olmuşdu.

Pattinson birgə yaşadıqları evi tərk etmişdi. Stüard da valideynlərinin evinə qayıtdı.

“Alatoran” birdən-birə Hollivud melodramına çevrildi. Hamı bu məsələdən danışmağa başladı.

Ən qəribəsi isə ətrafdakıların reaksiyası idi: onlar cütlüyün barışmağını istəyir və bunun üçün yol axtarırdılar.

Amma hamı eyni fikirdə deyildi.

İki qadın ona evinin qapısını açır

Pattinson çox gəncdir və içəndir. “Alatoran”ın çəkilişləri zamanı barlarda pivə ilə necə sərxoş olduğundan danışırdı. Sonra içkini atdı.

Mətbuata gələn ilk xəbər onun yenidən əlində pivə ilə barlarda görünməyi idi.

Evi tərk edəndən sonra “Fillər üçün su” filmində birlikdə işlədiyi aktrisa Riz Uizerspun ona qapısını açmışdı. Bir müddət onunla qalmış və başqaları ilə əlaqəni kəsmişdi.

Fikiri dağınıq idi. Dostlarının dediyinə görə, Stüard bütün gün ona mesaj yazırmış. O da qərar verə bilmirdi, amma qayıtmaq üçün birinin dəstəyinə, köməyinə möhtac idi.

Elə həmin vaxtda gözləmədiyi bir şey oldu.

Pattinson ingilisdir. Ən yaxın rəfiqəsi Sienna Miller əvvəlki uğurlu ingilis aktyorlar nəslindən idi. Siennanın da Cud Lo ilə enişli-yoxuşlu münasibəti olmuşdu.

Tövsiyyə: “Qayıtma”

Sienna Miller dünyanın ən “cool” vampirinə zəng vurub belə dedi: “Bağışlama. Geri də qayıtma. Bu qız səni yenə aldadacaq”.

Bir az sonra Riz Uizerspun da eyni şeyi deyəcəkdi: “Qayıtma”.

Çox sevdiyi, hörmət etdiyi iki qadın ona eyni şeyi demişdi: “Nə badə geri qayıdasan...”.

Xəyanətdən sonra görüşən iki sevgili nə edər?

Başqası ilə sevişən qadın gələcəkdə də xəyanət edərmi?

Qadınların nə hiss etdiyini bilmirəm.

Kişilərdən soruşsaq, cavab belə olar: Mütləq edər.

Amma nə vaxta qədər? Qadını çox sevən hər kişi üçün mütləq “Kazanova qanunu” keçərlidir.

Qadından qadına gedə bilərsiniz, amma bir gün qarşınıza elə bir qadın çıxar ki...

Divarla toqquşmaq kimi...

Həyatınızın ən böyük qorxusunu yaşamağa başlayarsınız...

Qadınlar üçün də bu qanunun keçərli olduğunu düşünürəm.

Başqasına gedən qadın yenə gedər.

Amma həqiqi sevgini tapana qədər.

Ona görə də, bu sualı bir kənara qoyub əsas məsələyə qayıdaq.

O qadına geri qayıdarsınız...

Başqasını seçən qadın geri qayıda bilərmi?

Cavabım sadədir.

O qadını həqiqətən sevirsinizsə, gedə bilməzsiniz. Gedə bilmədiyiniz üçün qayıda da bilmirsiniz.

Amma bilin ki, qayıtdığınız yer artıq həmin yer deyil.

Ona görə də, mən Pattinson olsaydım, qayıdardım. Mənə “Qayıtma” deyən möhtəşəm Sienna Miller olsa da, qayıdardım.

“Alatoran” finalının səhəri

Bu həftəki “US Weekly” və “People” jurnalında bir xəbər vardı.

Robert Pattinson və Kristen Stüard keçən həftə bir evdə gizli görüşüblər.

Stüard sevdiyi oğlana evinin açarlarını verib.

Sizcə, o gecə nələr olub?

Xəyanəti görən hər kəs bilir bunun cavabını.

Onlar ömürlərinin ən unudulmaz sevişməsini yaşayıblar.

Ən iztirablı, amma ən həyəcanlı gecəsini keçiriblər.

Çünki həyat qəribədir.

Qadınla kişinin arasındakı münasibəti onlardan yaxşı heç kim bilə bilməz.

Mənsə...

Xoşbəxtəm.

“Alatoran” fanatıyam və o cəsarətli vampir mənə kişi olmağın çox yaxşı bir şey olduğunu deyir.

Qoruyan kişi həm də bağışlayandır.
Bəzən bağışlamaq qəbul etmək və qayıtmaqdır.

Həyatın ən möhtəşəm qərarıdır.

Çünki Cemal Sürəyanın dediyi kimi: “Qüruru olmamaq kişiyə çox yaraşır”.

Aldatmağı başqası ilə sevişməklə əvəz edin

Məni narahat edən bir mövzuya da toxunum.

Aldatmaq sözünü heç sevmirəm. Bu sözün qadınlara deyilməsindən də xoşum gəlmir.

XXI əsrin dildəki ilk böyük yeniliyi aldatmaq felini başqa fellə əvəz etmək olardı.

Keçən həftə o sözün başqasıyla sevişməklə əvəz edilə biləcəyini yazmışdım.

Dəyişdirilmək ehtimalı çox azdır.

Çünki iki sözdən ibarətdir və deyilməsi, işlədilməsi çətindir.

Ona görə də, siz bu yazıdakı aldatmaq fellərini başqası ilə sevişmək kimi oxuyun.

Çevirdi: Rəna Nevzat
# 4755 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

Azərbaycan ədəbiyyatının canlı əfsanəsi - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər