“Kon Tiki səyahəti” kitabının təqdimatı oldu

 “Kon Tiki səyahəti” kitabının təqdimatı oldu
28 sentyabr 2012
# 17:15
Azərbaycan Dillər Universitetində Norveçli təbiətşünas alim Tur Heyerdalın “Kon Tiki səyahəti” kitabının təqdimat mərasimi keçirilib. Universitetdə fəaliyyət göstərən Skandinaviya Mərkəzinin direktoru Vibeke Roggenin təşkil etdiyi təqdimat burada təhsil alan və Skandinaviya dillərini öyrənən tələbələr üçün nəzərdə tutulmuşdu – habelə qonaqlar; Norveç səfirliyindən Birinci Katib Marko Soldic, “Azerbaijan İnternational” dərgisinin redaktoru Betty Blear və “Kon Tiki səyahəti” kitabın naşiri Rasim Qaraca və media nümayəndələri dəvət olunmuşdular. Öncə tələbələrə Tur Heyerdalın şəxsiyyəti və onun elm qarşısındakı fədakarlıqları haqqında geniş məlumat verildi, daha sonra bilavasitə Tur Heyerdalın çəkmiş olduğu sənədli “Kon Tiki” filmindən fraqmentlər nümayiş olundu. Tur Heyerdal irsini dərindən bilən Betty Blear bir insanın edə biləcəyi ən böyük qəhrəmanlığa imza atmış olan Tur Heyerdal haqqında təqdimat iştirakçılarına geniş məlumat verdi, böyük elmi gerçəkliklərə yol açaraq mənsub olduğu xalqın şərəf və ləyaqət simvoluna çevrilməyi bacarmış bu insanın “Kon Tiki səyahəti” kitabının gənclər üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladı. Tələbələrə “Kon Tiki səyahəti” kitabı hədiyyə edildi.

Qeyd etmək lazımdır ki, Tur Heyerdalın adı Azərbaycanda çox məşhurdur. O, 1947-ci ildə dostları Knut Haugland, Bengt Danielsson, Erik Hesselberq, Torstein Raaby və Herman Vatzinger ilə birlikdə elm adına qeyri-adi bir fədakarlıq göstərərək, balsa ağaclarından düzəlmiş sal üzərində cənubi Amerika sahillərindən Polineziya adalarına üzmüşdür. “Kon-Tiki” adlandırılan bu salın üzərində, açıq okeanda 101 günlük təhlükəli səyahətə onları vadar edən səbəb, Sakit okeanın dərinliklərində yerləşən Polineziya adalarında ispan konkistadorları tərəfindən çəkilmiş ink qəbiləsinə məxsus sal rəsmləri, arxeolji dəlillər və bir çox yazılı mənbələr olmuşdu. 1947-ci ilin 7 avqustunda Peru sahillərindən ayrılan “Kon-Tiki” 8000 km məsafə keçərək Tuamotu adasının sahillərinə varmağı bacarmışdı. Çoxları Peru əfsanəsinin qəhrəmanı Kon-Tikinin adını daşıyan bu ibtidai salın Sakit okeanın o tayındakı Polineziya adalarına çatmadan yolda batacağını güman edirdi. Lakin Heyerdal ibtidai insanların okean cərəyanlarından istifadə etməklə həmin məsafəni qət etdiyinə və öz heyətinin də bunun öhdəsindən gələcəyinə inanırdı.
# 2058 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər