“Deməyə sözümüz var” foto müsabiqəsi

“Deməyə sözümüz var” foto müsabiqəsi
19 sentyabr 2012
# 10:48
Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən həyata keçirilən və İREX Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən “Deməyə sözümüz var” foto jurnalistika vasitəsi ilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsi çərçivəsində Biləsuvar şəhəri Mübariz İbrahimov adına lisey-məktəb kompleksində “Deməyə sözümüz var” fotosərgisi təşkil edilib.

Fotosərgidə bu ilin aprel ayında Bakıda təşkil edilən “Foto jurnalistika” mövzusu üzrə təlimlərdə iştirak etmiş Bakı, Lənkəran, Bərdə və Naxçıvandakı orta və peşə təhsili məktəbləri, internat, liseylərdən, eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə və gəncin foto işləri nümayiş olunub.

Fotolarda uşaqların gözü ilə sosial problemlər əks edilib, geniş ictimaiyyətin diqqətini həmin problemlərə cəlb etməyə cəhd göstərilib.

Oktyabr ayında bu sərgi Gəncə və Bakı şəhərlərində də sərgiyə çıxarılacaq, həmçinin bu fotolar sosial şəbəkələrdə, digər yeni media vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaq.

Sərgi zamanı həmçinin Bakıdan dəvət edilmiş və layihənin paytaxtda təşkil edilən “Foto jurnalistika” mövzusu üzrə təlimləri təşkil edən peşəkar fotoqraf tərəfindən Mübariz İbrahimov adına lisey-məktəb kompleksində yaradılmış foto həvəskarlar qrupuna qısa müddətli təlim-seminar keçirildi.

Layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artırmaq və onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət təşkilatlarına çatdırmağa kömək etməkdir.

Layihə bu ilin sonu başa çatacaq.
# 2168 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər