Dahilərin dəliliyi SİYAHİ

Dahilərin dəliliyi SİYAHİ
18 sentyabr 2012
# 05:00
Məşhur psixiatr Lambrozo iddia edir ki, dahilik və dəlilik həmişə yanaşı addımlayırlar. Aşağıda göstərilən faktları nəzərə alsaq, bu iddianın yanlış olmadığı qənaətinə gəlmək olar…

Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.

Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

Dalamber və Menaj ən əzablı cərrahi əməliyyatları sakit qarşıladıqları halda yüngülcə tənqiddən dəhşətə gəlirdilər. Ayağı kəsilərkən Lüçio de Lanseval gülürdü, ancaq Jofruanın tənqidini oxuyub ağlayırdı.

Harun əl Rəşid hansısa qrammatik qayda ilə bağlı ərəb alimi Sebuyyənin fikirləri ilə razılaşmadığına görə sonuncu dərddən ölmüşdü.

Edqar Po yazarkən ayaqlarını soyuq suya qoyurmuş.

Emil Zolya isə özünü stula bağlayırmış.
Dostoyevski çarpayıda uzanıb, üzünü divara tutaraq diktə edirmiş.

Vasili Şukşin otaqda əsgər addımlarıyla var-gəl edirmiş.

Fridrix Şiller həmişə stolunun üstünə çürümüş almalar qoyurmuş.

«Ceyn Eyr»in müəllifi Şarlotta Bronte tez-tez yazı masasından ayrılıb, mətbəxə kartof təmizləməyə gedirmiş.

Aleksandr Düma (oğul) yazı prosesində elə hey yeyirmş.

İngilis yazıçısı Ceyms Harrinqtona elə gəlirdi ki, fikirləri arı və quş şəklində ağzından çıxır və süpürgəni götürüb, onları qovmağa çalışırdı.

Alman bəstəkarı Robert Şumanda dörd yaşındaykən dəlilik əlamətləri aşkarlanır, 46 yaşında isə o ağlını tamamilə itirir. Ona elə gəlirdi ki, stollar danışır. O, akkordlara və musiqi parçalarına çevrilən səsləri görürdü.

İtalyan filosof Cerolamo Kardanoya elə gəlirdi ki, bütün hökumətlər onu izləyir. O həmişə yeməyinə zəhər qatılacağından qorxurdu.

Volfqanq Amadey Mostsart izləmə maniyasından əziyyət çəkirdi və italyanların onu zəhərləmək istədiyini düşünürdü.

Alman filosofu Artur Şopenhauer yazırdı: «Dahilər təkcə dözülməz deyillər, həm də əxlaqsız və zalımdırlar, onlar üçün dost tapmaq çətindir. Fikir ənginliyində tənhalıq hökm sürür». Bununla belə Şopenhauerin özü bir qarını ölümünə döymüşdü və məhkəmənin hökmü ilə ona ömürlük təqaüd ödəyirdi.

Van Qoq sutkalarla işləyirdi, absenti (arağın növüdür) su kimi içirdi. O sol qulağını kəsib, bu şəkildə avtoportretini çəkmiş, 37 yaşında isə intihar etmişdi. Yeri gəlmişkən, ölümündən sonra həkimlər onun 150-dən çox xəstəliyinin olması haqqında diaqnozları ictimaiyyətə təqdim etmişdilər.

Kompozitor Frans Haydn almaz qaşlı üzüyü barmağında olmasa, işləyə bilmirdi – o dəqiqəbaşı həmin üzüyü diqqətlə nəzərdən keçirirdi.

Bir dəfə böyük fizik Amper mənzilindən çıxarkən, qapının üstündə qeyd edir: «Amper evə axşam qayıdacaq». Ancaq tez qayıtmalı olur və qapının üstündəki yazını oxuyub, çıxıb gedir. Amper elə onun özü olduğunu unutduğuna görə…

Bir dəfə Nyuton özünə yumurta bişirmək istəyir. Saatı götürüb, vaxtı vaxtı fiksə edir və bir neçə dəqiqədən sonra görür ki, əlində tutduğu yumurtadı, qazanda isə saatı qaynadır.

Albert Eynşteyn yolda öz dostu ilə qarşılaşır və onu evə dəvət edir: «Axşam bizə gəlin. Professor Stimson da orda olacaq». «Stimson mənəm də!» - dostu deyir. Cavabında Eynşteyn «Eybi yoxdur, siz də gəlin» - deyə istrar edir.

Anton Çexov gimnaziyada oxuyarkən iki dəfə sinifdə qalmışdı.

Puşkin liseydə çox pis oxuyurdu və riyaziyyat dərslərində ağlayırdı.

Tolstoy universitet imtahanlarında çoxlu «1» (ən aşagı bal) qiyməti almışdır.

Alber Kamyu əsəb xəstəliyi olan qadınlarla evlənməyə üstünlük verirdi – onun hər iki arvadı «bu dünyanın adamı» deyildilər. Kamyunun özü də, yumşaq dillə desək, çox huşsuz adam olub. Bio dəfə o ikinci arvadını doğum evindən çıxararkən, yeni doğulmuş əkizləri xəstəxanada unutmuşdu.

Bu misalların sayını istənilən qədər artırmaq olar, ancaq Lambrozonun fikirlərinin nə dərəcədə doğru-olmamadığını elə bu nümunələrə görə də müəyyənləşdirmək mümkündür…
# 2535 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #