Keşiş arvadı sevgilisiylə birləşib ərini öldürdü

Keşiş arvadı sevgilisiylə birləşib ərini öldürdü
11 sentyabr 2012
# 05:00
Yunanıstanda dəhşətli qətl hadisəsi baş verib. Mora (Peloponez) yarımadasının İlia bölgəsindəki Krestena kəndinin keşişi, üç uşaq atası 53 yaşlı Thanasis Avqeropulos, kənddən yüz metr aralıda, avtomobilində qan içində tapılıb.

Əvvəlcə cinayətin soyğunçuluq səbəbindən baş verdiyi güman edilsə də sonradan vəziyyətin fərqli olduğu anlaşılıb.

“Papadia”(Yunanıstanda keşişin həyat yoldaşını belə çağırırlar-F.), 43 yaşlı Teodora Avqeropulos və onun 41 yaşlı sevgilisi Niko Panaqopulos şübhəli şəxs qismində həbs olunublar.

Keşiş Thanasis məclislərdə mədəsini doldurub, bir qədəh şərabdan sonra yuxuya gedən tiplərdən olub. Ailəsindən qalma, özünün də sayını artırdığı bir neçə evi və ərazisi varmış. Ancaq ailəsinə çox diqqət ayırmayıb.

Teodora Thanasislə 13 yaşında evlənib. Teodora 10 il heç kimə şikayət etmədən həyatını yaşayıb.

İfadəsində tez-tez keşiş tərəfindən döyüldüyünü, həyatdan bezdiyini söyləyib. Özünə sevgili tapıb. Daha sonra başqa sevgili tapıb...

Boşanmağı düşünsə də keşişin sərvətinin əlindən çıxacağından qorxub. Buna görə din adamının ölümü bütün problemləri həll edəcəkdi.

Bir neçə il əvvəl sevgililərindən birinə pul qarşılığında ərini öldürməyi təklif edən Teodoranın sevgilisi qorxudan kənddən qaçıb.

Niko Panaqopulos cinayət törətdiyinə görə İliadakı həbsxanada cəza çəkib. Keşiş Thanasis günah çıxarmaq üçün tez-tez həbsxanaya gedib. Niko həbsdən çıxan kimi mütəmadi keşişin evinə getməyə başlayıb. Nikonun gəlişindən sonra Teodora Nikonu yoldan çıxardıb. Bir neçə ay keçəndən sonra, Nikoya “Ərimi öldürək, ikimiz də varlanıb, xilas olaq” deyib. Niko üçün bir cinayət artıq, bir cinayət əskik fərq etmirdi.

Keşiş və arvadı keçən il kənddən bir neçə kilometr aralıda Zaharo qəsəbəsindəki bankdan pul çıxartmaq üçün yola çıxıblar. Qayıdan zaman tənha yerdə Teodora tualetinin olduğunu söyləyib dayanmaqlarını istəyib və avtomobildən enib kolluqlara doğru irəliləyib. Sonra səkkiz dəfə atəş səsi eşidilib.

Meyidi oradaca qoyub kəndə qayıdıblar. Teodora “Üzərində pulu vardı. İki nəfər yaxınlaşdı və atəş açıb, motosikletlə qaçdılar!” deyib polisə.

Hadisə yerində keşişin bankdan çıxardığı pul olduğu kimi qalıb. Teodora bir az sıxışdırıldıqdan sonra hər şeyi etiraf edib.

“Keşişin şeytan arvadı” deyə qışqıran kəndlilər az qala Teodorayı linç edəcəkdilər...

“Hürriyət” qəzeti
# 1735 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

16:15 15 mart 2026
Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

12:00 15 mart 2026
"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

10:00 15 mart 2026
Mən, sən, o və telefon – Anarın hekayəsi

Mən, sən, o və telefon – Anarın hekayəsi

12:00 14 mart 2026
"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

14:20 13 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər