Facebookda qırılan ümidlər, pozulan bakirəliklər

Facebookda qırılan ümidlər, pozulan bakirəliklər
8 sentyabr 2012
# 04:00
Facebook məkanı Azərbaycan ailəsini yeni bir sınaq qarşısında qoyur. Bir çox Qərb ölkələrində Facebookda xəyanət mesajları məhkəmədə boşanmaq üçün üçün dəlil-sübut sayılır. Bəs Facebook inboxunun dərinliklərində nələr baş verir?

Evli kişilərdən bəziləri əyləncə, bəziləri isə şəhvət hissini həyat yoldaşı ilə söndürə bilmədiyi üçün yaşı keçib amma ərə gedə bilməyən “xala”larla, yaxud boşanmış gənc qadınlarla Facebookda gizli şəkildə yazışır. Bəziləri isə Facebook istifadəçisi olan xanımına sadiqliyini nümayiş etdirmək üçün ona parolunu verir. O kişinin gizli səhifəsinin olmasını isə həyat yoldaşından savayı hamı bilir. Şair Aqşin demişkən Facebookda hərəmxana saxlayan kişilər var.

Boşanmış və dul kişilər isə gənc qızlara üstünlük verirlər. Öz həyat təcrübələri və ilanı yuvasından çıxara bilən şirin dilləri ilə bu sosial şəbəkədə ova çıxırlar. Allah bərəkət versin, gözəl, çirkin fərqi yoxdur, təki “ovlanan” gənc qız olsun. Qurduqları nağıllar ilə bu qızları tez ələ alan “ovçular” bir başqası onlardan qabağa düşməsin deyə tez-tələsik o qızlarla görüş təyin edirlər.

Sevməyərək ailə qurmuş, məcburən evləndirilmiş, hind filmlərindəki böyük sevgiyə, Qərb filmlərindəki ehtirasa ömür boyu həsrət qalan qadınlar da Facebookda fəaldırlar. Onlar türk seriallarının tanınmış aktrisalarının şəkillərini profil şəkli edir, Nakam məhəbbət, Gizli sevgi, Gözəl qız, Alovlu qadın, Mən və sən kimi adlarla qeydiyyatdan keçirlər. Ərləri tikintidə divar hörəndə onlar bir əllə beşiyi yırğalayır, o biri əllə öz həyat dramlarını yazırlar.

Ailə həyatı uğursuz olmuş, boşanmış qadınlardan da Facebooka üz tutanlar var. Azərbaycanlılar boşanmış qadını günahlandırmağı sevir. Sanki qadın hər bir əzaba qatlanmağa məhkum edilmiş günahkardır. Bu əzaba dözməyənlər isə əksər hallarda barmaqla göstərilir. Bu qadınlar isə daha da aqressivləşərək hələ bığ yeri təzə tərləməyə başlayan və özünü kişi kimi təsdiq etmək üçün axtarışda olan yeniyetmə oğlanlara Facebookda hücum edirlər. Bəziləri isə min bir hiylə ilə profilində evli yazılmış kişiləri balıq kimi öz tilovlarına keçirir.

Ailə həyatı qurmayan, paylaşdığı romantik şeirlərlə, google-dən yüklədiyi xoşbəxt ailə tablosunu əks etdirən şəkillərlə Facebookda özünə sevgili və ər axtaran orta yaşlı qızlar da var. Bu qızlar qarşı tərəf onları ağıllı qız kimi qiymətləndirənə kimi görüş vermirlər. Facebookdakı tanışlıq uğurlu olursa, ailə vəziyyətinin dəyişdiyini burada dərhal qeyd edirlər.

Yeniyetmə və gənc qızlar, oğlanlar fəal Facebook istifadəçiləridir. Onlar sevgini baxdıqları rus və ya türk seriallarından öyrənir... Qısa müddətli münasibətlər, çılğın öpüşmələr, gizli sevişmələr. Nəticə: qırılan ümidlər, pozulan bakirəliklər, gizli tikilən pərdələr...

Sevinc Qocayeva
# 2916 dəfə oxunub

Oxşar xəbərlər

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər