Barışmaqçün bəhanələr HAMIYA LAZIM

Barışmaqçün bəhanələr HAMIYA LAZIM
20 avqust 2012
# 07:00
Bəzən insanlar evlənməyi planlaşdırdığı insandan “Bitdi” sözünü eşidir. İlk bir neçə gün rahat, qayğısız özünü aparsa da, günlər hər iki tərəf üçün getdikcə ağırlaşıb gah əlimizi, gah da ağlımızı “yoldan çıxarıb” bizə bəzi istəmədiyimiz şeyləri etdirir... Hər şey virtual aləmdə köhnə sevgilini izləməklə, F5 düyməsini tez-tez vurmaqla, “görəsən yeni sevgili tapıb özünə” sualını dəfələrlə öz-özünə verdikdən sonra telefonu götürüb hansısa bəhanəylə ona yazmaqdan başlayır...

Elə mövzumuz da bu bəhanələrdir. Hamımızın ən azı bir dəfə müraciət etdiyi bu bəhanələrdən görün, hansı sizə daha yaxındır?

Yuxumda səni görmüşəm


Bu mesajı yazıb ondan “Aaa, yazıq məni yuxusunda görüb, tez qayıdım ona” deməyini gözləyirsiniz? Qarşındakının da “Sanki bir ildə hər gün görüb dağı dağ üstünə qoydun, qaldı yuxuda görməyin” cavabını yazmağı nə yerinə düşərdi!

Eşitdim arxamca danışmısan

Yəqin bunu məktəb vaxtlarında istifadə etmisiniz, çünki arxaca danışmaq yeniyetmələrin edəcəyi, bu bəhanəni gətirməksə, uşaqlara xasdır. Bunu yaşı 25-i keçmiş, karyerasında irəliləyiş əldə etmiş ciddi bir adama yazmaq hər halda ayrılığın bütün yaşlarda elə ayrılıq olduğunun sübutudur.

Əşyaların məndə qalıb

Ən çox istifadə olunan taktika yəqin budur. Onun köhnə, heç üzünə baxmadığı alışqanı belə birdən-birə çevrilib görüşmə səbəbi olur.

Xəstəxanadayam

Bu intihar tamaşaları bitmədi? Yaxşı, deyək ki, pis olmusuz, xəstəxanaya aparıblar, şişirib “intihar edirdim” deməyin nə mənası var? İntihara görə qayıdırsa, qayıtmasa ondan yaxşıdır. Çünki qarşındakını bundan sonra həmişə aciz, cılız görəcək. Sizə lazımdır bu?

Xəbərlərdə adını gördüm

Təngnəfəs zəng vurub “Xəbərlərdə adını gördüm, qəza olub, çox qorxdum” deyib ağlamağa başlamaq...Hətta balaca ad oxşarlığından da görüşmə, zəng vurma səbəbi kimi istifadə etməyə “afərin” düşür! Amma heyif, qayıtmağa heç bir bəhanə kömək etmir.

Peşə qəzaları

Məsələn, sevgiliniz vəkildir, zəng vurub “Qonşumuz deyirdi tanış vəkil varsa, denən, mən də səni dedim”, keçmiş sevgiliniz həkim olubsa, daha rahat: “Bacımın qızının qayınatasının qardaşının barmağına tikan batıb, nə edək?” bəhanələrindən bolsunuz.

Səhv mesaj

“Zeynəb, filan yerdəyik, nə vaxt gəlirsən?” tipli mesajları adı Murad olan adama necə göndərmək olar? Baş hərfləri eyni olsaydı, dərd yarı. Əslində bu mesajın məqsədi “Əylənirəm, ölmədim, yaşayıram, qısqan məni”-dir.

Dost sevgisi

Münasibətləriniz vaxtı sevgilinizin zəhləniz gedən dostları indi sizə necə sevimli görünür! Axı onlar indi köhnə sevgilinizlə görüşmək, onun haqda məlumat almaq üçün ən yaxşı vasitədir.

Xüsusi günləri xatırlama

“Vecimə deyilsən, amma sənsən də, az-çox birlikdə sevgi yaşamışıq, ad günün mübarək!” tipli mesaj göndərməmiş olmazsınız. Hər bayramda- uşaqlar günü, hərbçilər günü, gənclər günü, nənələr günü, babalar günündə o qədər zəng vurub bezdirirsiniz ki, axırda yazıq köhnə sevgili də nömrəsini dəyişmək məcburiyyətində qalır!

Ən əsası, bunu bilin ki, bu taktikaların heç biri işə yaramır. Kim qayıtmaq istəyirsə, bəhanə gözləməz, qayıdar. Sadəcə, səbr edib gözləmək lazımdır. Gəlməsə də, canınız sağ olsun!

Hazırladı: Rena Nevzat
# 2850 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər