Koelyonu Azərbaycana Çingiz Abdullayev dəvət edib

Koelyonu Azərbaycana Çingiz Abdullayev dəvət edib
7 avqust 2012
# 10:54
Ədalət Əsgəroğlu:
“Mən Yazıçılar Birliyinin sədri Anar müəllimlə də, Pen klubun prezidenti, bizim birliyin katibi Çingiz Abdullayevlə də danışdım, onların mənə verdiyi məlumata görə, dəvət Pen klubun adından göndərilib və bu həftə yazıçı Azərbaycanda olacaq”.

Məşhur Braziliya yazıçısı Paulo Koelyo ölkəsinin nüfuzlu qəzetlərindən olan "Folha de S.Paulo"ya müsahibəsində Azərbaycanan səfər edəcəyini bildirib.

Yazıçı deyib ki, "Mən indi yalnız maraqlı yerlərə getməyi qəbul edə bilərəm. Gələn həftə Azərbaycana gedirəm”.

Maraqlıdır, Paulo Koelyo Azərbaycana kim dəvət edib? Məsələ ilə bağlı kiçik araşdırma apardıq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva “Oxu zali”na bildirib ki, Koelhonun səfəri ilə bağlı nazirlik tərəfindən rəsmi dəvət göndərilməyib.

“Mən məzuniyyətdə olduğumdan iş günüm sabah başlayır, amma məlumatı bu dəqiqə bizim nazirliyin Nəşriyyat, Reklamın təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli ilə dəqiqləşdirdim. Vaqif müəllim dedi ki, Mədəniyyət Nazirliyi tərəfindən Koelyo ilə görüş nəzərdə tutulmayıb. Bilirsiniz, adətən bu cür görüşlər şəxsi münasibətlər görə təşkil edilir, yaxud yazıçının öz təşəbbüsü ilə gerçəkləşir. Məsələn, Koelyo keçən il Rusiyaya səfər etmişdi. Mən Koelyonun yaradıcılığını izləyən oxucu kimi onun Azərbaycana səfər etməsindən məmnun olardım”

Bakı Slavyan Universitetindən prorektor Asif Hacıyev və universitet nəşriyyatının direktoru Salam Sarvan bildirdilər ki, səfərlə bağlı onlarda xəbər yoxdur: “Bu dəvət universitetin rektoru yazıçı Kamal Abdullanın şəxsi təşəbbüsü ilə olsaydı belə, bizim xəbərimiz olardı”

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun sözlərinə görəsə, Paulo Koelyonun Azərbaycana səfərini Azərbaycan Pen klubu təşkil edib.

“Mən Birliyin sədri Anar müəllimlə də, Pen klubun prezidenti, bizim birliyin katibi Çingiz Abdullayevlə də danışdım, onların mənə verdiyi məlumata görə, dəvət Pen klubun adından göndərilib və bu həftə yazıçı Azərbaycanda olacaq”.

(oxuzali)
# 2532 dəfə oxunub

Oxşar xəbərlər

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

Ölüm ayağında Sakit okeana qaçan yazıçı - Yerli əhalinin ona verdiyi sirli ad nə idi?

16:00 15 noyabr 2026
"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

"Amerika modernizminin anası"nın səhrada tapdığı sirr - "Qarğalı kanyon"

13:45 15 noyabr 2026
"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər